Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

“Qadın idmançıya güclü təsir göstərir” Elxan Məmmədovun ə MÜSAHİBƏSİ

“Qadın idmançıya güclü təsir göstərir” Elxan Məmmədovun ə MÜSAHİBƏSİ

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan cüdoçularının son illərdə qazandığı uğurlar artıq sistemli xarakter alıb. Hər medalın arxasında isə məşqçilər korpusunun gərgin əməyi dayanır. Bu uğurların memarlarından biri – cüdo üzrə kişilərdən ibarət millinin baş məşqçisi, dünya çempionu Elxan Məmmədovdur.

İdman.Biz ölkə cüdosunun canlı əfsanəsi ilə söhbəti təqdim edir.

- Elxan Məmmədov bu gün və 20 il əvvəl – əsas fərq nədir?

- Heç nə dəyişməyib, sadəcə zaman və saçların rəngi (gülür). Xarakterim də, məqsədlərim də eynidir. Əvvəl özüm qalib gəlmək istəyirdim, indi isə bunu yetirmələrimin etməsini arzulayıram.

- Sizi çox səbirli və təmkinli insan kimi xarakterizə edirlər. Həmişə belə olmusunuz?

- Uzun illərdir tanışıq, dəyişmişəmmi? Mən əsəblərimə hakim olmağa çalışıram. Problem məndən asılı deyilsə, səbrlə gözləyirəm. Asılıdırsa, sakit şəkildə həll edirəm. Əsas odur ki, emosiyalar ağlı üstələməsin.

- Çəki dərəcənizdəki əsas rəqibiniz temperamentli idi. O, hələ də tatamidədir, siz isə səkkiz il əvvəl karyeranı bitirmisiniz. Münasibətləriniz necədir?

- Əgər söhbət Elmar Qasımovdan gedirsə, aramızda səkkiz yaş fərqi var (gülür). Heç bir problem yoxdur. Münasibətimiz klassik “məşqçi–idmançı” çərçivəsində, qarşılıqlı hörmət üzərində qurulub.

- Eyni çəkidə rəqiblər dost ola bilərmi?

- Çətin sualdır. Ola bilsin, dostluq asan deyil. Amma hörmət hər şeydən üstün olmalıdır. Rəqabət tatamidə bitir.

- Cüdo olmasaydı, hansı sahəni seçərdiniz?

- Heç vaxt düşünməmişəm. Ancaq əminəm ki, hansı sahədə olsaydım, uğur qazanardım. Məqsədyönlü insanam.

- Hansı sahədə özünüzü təsəvvür etmirsiniz?

- Şou-biznesdə. Dostlarım var, amma o mühit mənlik deyil.

- Qaydaları dəyişmək imkanınız olsaydı, nəyi qaytarardınız?

- Köhnə qiymətləndirmələri. “Yuko” qayıtdı, amma mən “koka”nın da bərpasını istərdim. Bu, effektivlik baxımından vacibdir. Düşünürəm ki, cüdo tədricən öz köklərinə qayıdır.

- Fərdi idman növlərində ailə qurmaq nəticəyə mane olur?

- Belə fikir var. Amma hər şey idmançının və həyat yoldaşının xarakterindən asılıdır. Qadın idmançıya güclü təsir göstərir. Evdə anlayış və dəstək varsa, nəticə düşməz. Gərginlik və qalmaqal varsa, eniş qaçılmazdır.

- Özünüz subay vaxtı dünya çempionu oldunuz, ailə qurduqdan sonra isə “yalnız” Avropa qızılı qazandınız. Əlaqə varmı?

- Mənim halda səbəb zədələr idi (gülür). Əksinə, həyat yoldaşımın dəstəyi 35 yaşımda Avropa çempionu olmağıma kömək etdi.

- Olimpiadada isə medal qazana bilmədiniz…

- Qarşıma gələcək olimpiya çempionları çıxırdı. 2008-də İrakli Tsirekidzeyə, 2012-də Song Daenama uduzdum. Ən güclülərə məğlub olmuşam.

- Zelim Kotsoyevlə işiniz geniş işıqlandırılmadı. Parisdəki qızılın uğurunda payınız nədir?

- Zelim Kotsoyev 2018-dən mənimlə məşq edir. Öz səhvlərimi ona izah etmişəm ki, təkrarlamasın. Tokioda psixoloji baxımdan hazır deyildi. Parisə qədər isə onu qələbəyə istənilən şəraitdə inanmağa köklədik. Mənə görə ruh gücü fiziki hazırlıqdan da vacibdir.

- Çempionlarımız titulunu təkrarlaya bilməyib. Səbəb mükafatlardır?

- Xeyr. Hər şey ambisiyadan asılıdır – sadəcə çempion olmaq istəyirsən, yoxsa əfsanə? Mən Zelimə deyirəm ki, Los-Ancelesdə titulunu qorumalıdır.

- Los-Ancelesdə ikiqat çempion olmaq şansı kimdə daha çoxdur – Kotsoyevdə, yoxsa Heydərovda?

- Düşünürəm ki, hər ikisində. Əsas odur zədələrdən uzaq olsunlar. Onların hər ikisinə “əfsanəvi” sözü yaraşır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Fevral 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see267

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see265

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see247

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see244

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see240

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see227

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see224

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see220

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see219

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see216

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see212

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see210

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see206

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see206

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see204

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see190

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see185

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see185

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see179

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri