Icma.az
close
up
RU
“Vüqar Həşimov” öz gücü hesabına oynayır və layiqli nəticə göstərir” Rauf Məmmədovun ə MÜSAHİBƏSİ

“Vüqar Həşimov” öz gücü hesabına oynayır və layiqli nəticə göstərir” Rauf Məmmədovun ə MÜSAHİBƏSİ

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yunanıstanın Rodos adasında şahmat üzrə klublararası Avropa Kuboku turnirinə yekun vurulub. Turnirdə Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu son tura qədər medallar uğrunda mübarizə aparsa da, yekunda səkkizinci yeri tutub.

Komandanın lideri təcrübəli qrossmeyster Rauf Məmmədov olub. O, son həftələrdə ardıcıl üç böyük yarışda iştirak edib - Səmərqənddə (Özbəkistan) keçirilən “Grand Swiss” yarışı, Batumidə (Gürcüstan) baş tutan Avropa milli komandalarının çempionatı və Rodostakı (Yunanıstan) klublararası Avropa Kuboku turniri.

İdman.Biz-ə müsahibəsində Rauf Məmmədov etiraf edib ki, xüsusilə son turda oyununun zəifləməsinə yorğunluq təsir göstərib. Buna baxmayaraq, o artıq Hindistanda keçiriləcək Dünya Kubokuna hazırlaşır.

- Turnirdən hansı təəssüratlar qaldı? Xüsusilə də nəzərə alsaq ki, son tura qədər medal qazanmağa iddia edirdiniz.

- Bəli, əgər güclü Çexiya klubu “Yeni Bor”u məğlub etsəydik, ikinci və ya üçüncü yeri tuta bilərdik. Amma son turda məndə bir növ “kollaps” baş verdi. Gedişləri səhv saldım və hazırladığım planı tətbiq edə bilmədim. Partiyadan 20 dəqiqə əvvəl ideyanı müəyyənləşdirmişdim, amma oyun zamanı hər şey qarışdı. Görünür, yorğunluğun təsiri idi - ardıcıl üç turnirdə oynamaq, əlbəttə, çətindir.

Amma uşaqlar əla mübarizə apardılar. Aydındır ki, şahmat üzrə Avropa Kubokunda medallar uğrunda döyüşmək bizim üçün asan deyil. Biz, demək olar ki, öz gücümüzə, ictimai əsaslarla oynayırıq. Fikrimcə, biz hələ medallar uğrunda mübarizəni davam etdirəcəyik. Ümumilikdə hesab edirəm ki, layiqli çıxış etdik.

- Son vaxtlar doğrudan da çox sıx qrafikiniz var. Məsələn, yaxınlarda Batumidə keçirilən Avropa komandalar çempionatında Azərbaycan millisinin heyətində “gümüş” medal qazandınız...

- Qitə birinciliyində normal oynadım, yalnız ilk turda David Navara ilə partiyada onun evdə hazırladığı variantın “toruna” düşdüm. Son turda da, əslində, eyni hal baş verdi. Amma Avropa çempionatında ən vacib anda - Ukrayna ilə oyunda Andrey Volokitini məğlub etməklə əhvalım yüksəldi (gülür).

Avropa çempionatının gümüş medalı bizim üçün uğurdur, çünki son səkkiz ildə komanda yarışlarında medal qazana bilməmişdik. Hamı bu nailiyyətdən yazdı. Əlbəttə, uğursuzluğumuz zamanı yazmağı sevənlər də var (gülür). Amma ümumilikdə nəticə yaxşıdır.

- Qarşıda Hindistanda keçiriləcək Dünya Kuboku var. Yarış 30 oktyabrda start götürəcək.

- Bəli. Reytinqimə görə ikinci dövrədən başlayacağam, amma biletləri beş gün əvvəldən almışam. Buna görə peşman deyiləm - istirahət etməyə və yuxunu bərpa etməyə vaxtım olacaq. Hazırda bu mənim üçün xüsusilə vacibdir.

- Məlumdur ki, Hindistan spesifik ölkədir, xüsusilə də qidalanma baxımından. Qidalanma məsələsində ehtiyatlı olacaqsınız?

- Mən orada artıq oynamışam - Çennayda və hətta 2009-cu ildə. Acılı yeməkləri sevdiyim üçün Hindistan mətbəxi ilə bağlı problemim yoxdur (gülür). Eşitmişəm ki, orada təhlükəsizliklə bağlı da hər şey qaydasındadır, buna görə narahat deyiləm.

- Sizcə, ikinci dövrədə rəqibiniz kim olacaq?

- Böyük ehtimalla, təxminən 2 620 reytinqə malik alman qrossmeysteri Svan Rasmus. Əlbəttə, o, əvvəlcə ilk rəqibini keçməlidir, amma açıq favorit odur. Sonra isə, hər şey yaxşı getsə, addım-addım irəliləyib hər rəqibi ayrıca təhlil edəcəyik. Əsas odur ki, yaxşı istirahət edim, çünki Avrokubokun son turunda yorğunluq diqqətimə ciddi təsir göstərmişdi.

- Dünya Kubokunda konkret hədəfiniz varmı?

- Bəli, hədəfim var. Bakıdakı Dünya Kuboku göstərdi ki, heç nə mümkünsüz deyil (2023-cü ildə Bakıda keçirilən Dünya Kubokunda Nicat Abbasov dördüncü yeri tutmuşdu). Əgər bəxt və digər amillər üst-üstə düşsə, hər şey mümkündür.

Teymur Tuşiyev

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Oktyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see432

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see193

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see174

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri