Qadın körpüdə ölümə bir addım qala xilas oldu FOTO
Icma.az, Sherg.az saytına istinadən bildirir.
İstanbulun Bəyoğlu bölgəsindəki Haliç Metro Körpüsündə həyəcanlı anlar yaşanıb. Körpünün altındakı dəmir barmaqlıqlardan asılı qalan qadın ətrafdakıların diqqətini cəlb edib. Hadisə yerinə Sahil Mühafizə Xidməti çağırılıb. Sahil Mühafizə Xidməti dənizdə, polis isə quruda əməliyyata hazırlıq görərək sözün əsl mənasında zamana qarşı yarışıblar. Vətəndaşların izlədiyi hadisə mobil telefon kameralarına düşüb.

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, ehtiyatsız davranaraq körpünün dəmir barmaqlıqları arasından yıxılaraq qadın barmaqlıqlardan yapışaraq asılı vəziyyətdə qalıb. Sahil təhlükəsizlik qrupları dənizdə tədbir görərkən, polis quruda qadını sakitləşdirməyə çalışıb. Gərgin keçən müddət ərzində polis qadına təlimat verərək sağ-salamat xilas edilməsinə nail olub. Həmin anlar ətrafdakı insanlar tərəfindən mobil telefonla çəkilib. Qadının xilas edilməsi anlarını vətəndaşlar alqışla qarşılayıblar.
Baxış sayı:117
Bu xəbər 12 İyun 2025 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















