Icma.az
close
up
RU
Ölümə meydan oxuyan oğul FOTO

Ölümə meydan oxuyan oğul FOTO

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Şəhid İlqar Zeynalovun 37 yaşı tamam oldu
44 günlük haqq savaşımızda 30 illik torpaq həsrətinə öz can, qanı bahasına son qoyub ölümsüzlüyə qovuşan qəhrəmanlardan söz düşəndə İlqar Natiq oğlu Zeynalovun adı iftixarla çəkilir. 1989-cu ildə Cəlilabad rayonu, Zopun kəndində anadan olan bu, Vətən sevdalısı odlu-alovlu müharibə meydanında son damla qanına qədər yağı ilə döyüşüb. Düşmən gülləsinə tuş gələn İlqar “Vətən” deyib əbədiyyət adlı ulduzlu dünyasına qovuşub. Məhz buna görə də ömrünün 31 ilində şərəfli ölümü ilə bütün Azərbaycana qürur gətirib. Həmçinin xalqın qəhrəmanlıq simvoluna dönərək özünə də milyonların ürəyində əzəmətli abidə ucaldıb. Həqiqi məhəbbətlə Vətəninə, doğma torpağına bağlı olan İlqar Zeynalov dövlət tərəfindən ölümündən sonra "İgidliyə" görə, “Vətən uğrunda”, Laçının və Suqovuşanın azadlığına görə medallarına layiq görülüb. Həyatsevər, olduqca qeyrətli, təmiz ürəkli şəhidimizin yarımçıq arzularını cücərdəcək üç oğulu doğma Azərbaycanına əmanət qalıb.
Uşaqlıqdan qəlb dünyası Vətənə sevdalanan İlqar Zeynalov orta məktəbi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Son dərəcə mərd, cəsur, ağıllı, vətənpərvər gənc olan İlqar buranı 2011-ci ildə yüksək səviyyədə, mükəmməl biliklə başa vurub. Azərbaycan Ordusunun baş leytenantı rütbəsində hərbi hissələrin birində qulluq edib. Vətənin keşiyində durduğu 9 il ərzində bir dəfə də olsun hər hansı nöqsana yol verməyib. Nümunəvi hərbiçi kimi verilən bütün tapşırıqları vaxtında yerinə yetirib, özünə yalnız hörmət qazandırıb. İkinci ən yaxşı xüsusiyyəti tabeliyindəki əsgərlərə, gənc zabitlərə tələbkar yanaşmaqla bərabər, onlara böyük qardaş qayğısı göstərmək olub. Həmişə mənfur düşməndən qisas almaq məqsədilə öyrənib, vacib təlimlərdə fəallıq göstərib. Yüksək peşəkarlığına görə baş leytenant İlqar Zeynalova “Mübariz” postunda xidmət göstərmək tapşırılıb. Bir sözlə o, canından artıq sevdiyi Vətənə vicdanla, qeyrətlə xidmət edib və məqamı gələndə yağıya qarşı amansız olacağına and içib.
İkinci Qarabağ müharibəsi başlanan zaman Vətənin qeyrətli oğulları kimi, baş leytenant İlqar Zeynalov da cəbhə xətində yerini alıb. Talış kəndinin, Suqovuşanın azadlığı uğrunda haqq savaşımızda düşmənin kabusuna çevrilib. Göstərdiyi rəşadət nümunəsi ilə adı dillərə düşüb. Döyüşdən-döyüşə atıldıqca Qarabağın çox yerində üçrəngli bayrağımız dalğalanıb. Ağdərə istiqamətində gedən ağır müharibədə canından keçməklə Vətənə olan əbədi sevgisini ona bildirib. Odur ki, İlqar cismən aramızda olmasa da, adı Vətənlə birgə çəkilir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Avqust 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri