Icma.az
close
up
RU
Qadın müəllimlərin üstünlük təşkil etməsi oğlanların psixologiyasının formalaşmasına mənfi təsir göstərmir AÇIQLAMA

Qadın müəllimlərin üstünlük təşkil etməsi oğlanların psixologiyasının formalaşmasına mənfi təsir göstərmir AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Cəmiyyətdə məktəb ən böyük sosial çevrədir. Bütün insanların məktəblərdə dünya görüşünün formalaşması böyük önəmə sahibdir. Bu gün cəmiyyətdə qadınların iş yerlərinin artması, qadın sahibkarlığının artması həm də məktəb həyatına təsir edir. Məktəblərin əksəriyyətində qadın müəllimlərin rolu daha çox görünür".
Bu sözləri Demokrat.az-a açıqlamasında Orvita Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri Ramidə Oqtayqızı deyib:
"Bütün insanların psixoloji durumu ailədə formalaşır. Müxtəlif tipli: natamam, birtərəfli, boşanma ərəfəsində olan, həyatını itirən ata və ya ana olan ailələr var. Uşaqlar bu cür ailələrdə formalaşıb bir müddət sonra məktəb həyatına davam edirlər. Ailədə qadının rolunun, məktəbdə də qadın müəllimlərin rolunun üstünlük təşkil etməsinin oğlan uşağının psixologiyasının formalaşmasına mənfi təsir göstərməsi barəsində konkret təcrübə yoxdur. Ümumi nəticəyə gəlmək olar ki, hər dövrün özünün tələb və təklifləri var. Qadın müəllimlərin, evdə ananın aktiv rol alması heç də oğlan uşaqlarının cinsi olaraq zəif inkişafına, kişi kimi formalaşmasına mənfi təsir etmir. Əksinə, güclü anaların oğlu anasından ilham alaraq daha da yaxşı inkişaf edə bilər. Anadan olan uşağın cinsi oryentasiyasında dəyişiklik yoxdursa, cinsi təcavüzə məruz qalmayıbsa, özünü oğlan və ya qız kimi görməsində stabil fikir formalaşıbsa, burada məktəbdə, ailədə qadınların üstünlük təşkil etməsi heç bir dəyişikliyə səbəb ola bilməz". 
O bildirib ki, cəmiyyətdə hər sahədə qadınların üstünlük təşkil etməsi heç bir mənfi rola sahib deyil:
"Qadınlara məxsus cəmiyyətin formalaşması kişilərin həyatında müəyyən nüanslara təsir edə bilər. Hər bir ölkənin mental dəyərləri var. Qadının rolu artdıqca kişilərdə mən nə desəm, odur, qadını aşağılamaq funksiyaları korreksiya olunur. Kişilər qadınlara daha çox hörmət etmək, diqqət göstərmək, qadın gücünün fərqində olmaq kimi dəyişikliklərə məruz qalırlar. Cəmiyyətdə qadının rolu artıqca qadınların kişilərlə bərabər işləməsi, öz karyeralarını qurması, ailə düzəninin fomalaşmasında rolunun artması təsdiqini tapır. Qadınların cəmiyyətdə üstünlük təşkil etməsi oğlan uşaqlarında cinsi oreyentasiyanın dəyişməsinə gətirən amil deyil. Cinsi əsaslar bioloji amillərlə ölçülür. İnsan doğuşdan necədirsə, həyatda tutduğu mövqe də o şəkildə formalaşmağa doğru gedir. Cinsi oryentasiya dəyişikliyi insanın özünün istəyinə, uşaqlıq çağında aldığı hansısa cinsi travmaya bağlı olur. Əks halda qadınların üstünlük təşkil etdiyi cəmiyyətdə hansısa kişinin cinsi dəyişikliyə məruz qalması məsələsi əsassızdır, absurd fikirdir. İnsanları yanlış istiqamətə yönəltməmək üçün doğru məlumatların verilməsi vacibdir".
Qeyd edək ki, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, heç də bütün qadın müəllimlər öz tələbələrini kişi kimi yetişdirmirlər.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Aprel 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see389

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see191

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see175

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see169

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see168

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see145

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see140

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see137

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri