Icma.az
close
up
RU
Qız və oğlanlar bu ixtisaslara üstünlük verir AÇIQLAMA

Qız və oğlanlar bu ixtisaslara üstünlük verir AÇIQLAMA

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır.

Bəs abituriyentlər əsasən hansı ixtisaslara üstünlük verirlər?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, ixtisas seçimi prosesində gender fərqləri açıq görünür:

“Azərbaycan təhsil məkanında qızlar və oğlanlar fərqli sahələrə üstünlük verirlər. Bu seçimlər həm şəxsi maraq və qabiliyyətlərlə, həm də cəmiyyətin gözləntiləri ilə bağlıdır. Qız abituriyentlər daha çox humanitar və sosial yönümlü ixtisaslara yönəlirlər. Psixologiya, filologiya, məktəbəqədər təhsil, ibtidai sinif müəllimliyi, xarici dillər və hüquqşünaslıq bu sahədə populyardır. Tibb – xüsusilə tibb bacılığı, farmakologiya və həkimlik – qızların diqqətindədir. Son illərdə isə informasiya texnologiyaları, biznesin idarə olunması və beynəlxalq münasibətlər sahəsinə marağın artdığını görürük. Bu, qadınların yalnız ənənəvi humanitar sahələrlə kifayətlənmədiklərini, həm də müasir əmək bazarının tələblərinə yönəldiklərini göstərir. Oğlan abituriyentlərin seçimləri isə texniki və tətbiqi sahələrdə cəmlənir. Mühəndislik, mexanika, elektrik və elektronika, kompüter elmləri və informasiya texnologiyaları onların ənənəvi prioritetləridir. Eyni zamanda, idarəetmə, biznes, hüquq və beynəlxalq münasibətlər kimi sahələr də diqqət mərkəzindədir. Son dövrlərdə oğlanların tibb – xüsusilə stomatologiya və ümumi təbabət – sahəsinə marağı da artıb”.

Ekspert bildirib ki, son vaxtlar bu fərqlər getdikcə azalır:

”Ümumilikdə, qızlar insanlarla ünsiyyət və sosial əlaqə tələb edən peşələrə, oğlanlar isə texnologiya və analitik düşüncə tələb edən sahələrə meyllidir. Lakin yeni nəsil arasında sərhədlər yavaş-yavaş yox olur. Proqramlaşdırmaya maraq göstərən qızların sayı artır, pedaqoji və humanitar ixtisasları seçən oğlanlar da görünür. Bu, gender stereotiplərinin zəiflədiyini və əmək bazarının tələblərinə uyğunlaşmanı göstərir”.

Ülkər Cəlilzadə / Metbuat.a

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:348
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Avqust 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri