Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Benzema “Arsenal”a məsləhət bilinib

Qadın niyə xəyanət edir?

Qadın niyə xəyanət edir?

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aldatma və xəyanət insan cəmiyyətinin yarandığı ilk zamanlardan günümüzə qədər aktual olmaqla birlikdə, insanı xəyanət etməyə sövq edən səbəblərin nələr olduğu daima müzakirə mövzusu olmuşdur.

Son dövrlərdə qadın xəyanətlərinin bu qədər artmasının səbəbi kimi qadınların iş həyatına aktiv şəkildə daxil olması, cəmiyyət işlərində fəal olaraq iştirak etməsi, kişilərin ictimai-sosial hegemoniyasının zəifləməsi, qadının öz ayaqları üstündə dura bilməsi, kişilərin qarşı cinslə münasibət qurmasının asanlaşması kimi faktorlar göstərilə bilər.

Xəyanətin konkret dəqiqləşmiş tərifi olmadığına görə, bu vəziyyət hər insanın düşüncə tərzindən asılı olaraq dəyişir. Bəziləri üçün yalnız cinsi münasibət aldatma sayılsada, kimiləri üçünsə gizli bir görüş, qarşı cinslə olan adi bir online söhbət və ya emosional yaxınlıq aldatma kimi qəbul edilə bilir.

Psixoloji ədəbiyyatlarda xəyanətkar insanlar adətən əsasən asılı şəxsiyyət tipinə malik olan insanlar kimi xarakterizə edilirlər. Hələ uşaq yaşlarından yanlış tərbiyə nəticəsində valideynləri tərəfindən narsist (özünü həddindən artıq sevən və olduğundan yüksək qiymətləndirən) şəxsiyyət kimi formalaşdırılan uşaqlar, yetkin olduqdan sonra xəyanət etməyə daha cox meylli olurlar. Bunun əsas səbəbi kimi bu tiplərin, özlərini digərlərindən daha üstün görməsi, hər zaman bir alternativlərinin olduğunu düşünmələridir .Bu tip şəxslər xəyanət etməklə bərabər, həyatda yalnız qalmaqdan çox qorxduqları üçün mövcud ailələrini və ya sevgi münasibətlərini çətinliklədə olsa qoruyub saxlamağa və davam etdirməyə çalışırlar.

Qadın xəyanətlərində həm fiziki, həm də emosional səbəblər mühüm rol oynayır. Qadın xəyanətlərinin kişi xəyanətləri ilə bəzi ortaq nöqtələri olsa da, ümümi götürdükdə qadınlar bir neçə səbəbdən dolayı xəyanət edirlər.

Ən geniş yayılmış səbəb kimi, qadının intiqam almaq hissləri göstərilir. Yəni hər hansı bir xanım yoldaşının ona xəyanət etdiyini düşündüyü andan etibarən, intiqam almaq və acıq çıxmaq üçün xəyanət edib, qarşı tərəfə bərabər statusda olduqlarını sübut etməyə çalışır. Bəzən qadın bunu yalnız bir dəfə etməklə kifayətləndiyi halda, bəzən isə yoldaşı xəyanətə davam etdiyi müddətdə, o da xəyanəti davam etdirir.

Digər bir səbəb isə yoldaşı tərəfindən qısqanılmaq və özünə diqqət çəkmək üçün edilən aldatmalardır. Yoldaşı tərəfindən qısqanılmadığını düşünən qadın, yenidən diqqət çəkmək üçün bu vasitəyə əl ata bilir.

Bəzi hallarda isə qadının öz partyorundan yetərli səviyyədə cinsi həzz ala bilməməsi də xəyanət səbəbi kimi özünü göstərir. Yəni yataqda öz partnyoru tərəfindən qane edilməyən qadının, başqa kişilərə üz tutmaq ehtimalı böyükdür.

Qadını xəyanətə sövq edən bir başqa səbəb isə yaşlanma qorxusudur. Yaşlandığını düşünən qadın özünə hələ də cavan, arzulanan, əvvəlki tək istənilən qadın oldugunu sübüt etmək üçün xəyanət edə bilir. Buda əsasən keçid yaş dövrlərində, yəni 30 - 35 - 40 yaş aralıqlarında daha çox özünü göstərir. Bunu etdikdən sonra həmən qadında günahkarlıq və peşmanlıq hisslərinin olması müşahidə olunur çox zaman. Qadın xəyanətlərinin bir səbəbi kimi də qadının yeni macəralar axtarmaq həvəsi göstərilə bilər. Bəzən biz şahidi olub, görürük ki, hər bir istəyi təmin olunan, maddi və mənəvi olaraq sıxıntı yaşamayan qadınlar sadəcə monotonluqdan uzaqlaşmaq və həyatlarına rəng qatmaq üçün xəyanət edirlər. Belə vəziyyətdə olan qadınlar özləri üçün gənc, vaxtını yaxşı keçirdə biləcəyi, macəraçı partnyorlar tapmağa çalışırlar. Bu səbəb xəyanətlərdə üstünlük təşkil etməsə də bu tipdə olan xəyanətlər mövcuddur.

Həyatdan heç bir gözləntisi olmayan, daima mənəvi boşluq içərisində yaşayan, özünü digərlərindən fərqləndirmək istəyən qadınlarda da xəyanət etmək potensialı daha yüksəkdir.

Dünyada ən qarışıq və anlaşılmaz məntiq qadın məntiqi sayılır. Bu səbəbdəndir ki, qadın davranışlarının altında yatan səbəblərin nələr olduğunu qabaqcadan təxmin etmək və anlamaq çox çətindir. Buna görədir ki, psixoanalizin yaradıcısı, məşhur psixoloq Z. Freyd qadınlar haqda belə demişdi: "Mən 30 ildir ki, qadın psixologiyasını araşdırıram, ama hələ də cavablandıra bilmədiyim bir sual var - qadın nə istəyir?"  Xəyanətlərin sayını azaltmaq və qarşısını almaq üçün ailə institunu gücləndirmək, eqoist olmayan və özgüvəni yüksək olan nəsillər yetişdirmək lazımdır. Əks halda uşaqlar yarımçıq ailələrdə böyüməyə məcbur qaldıqlarına görə onların xoşbəxt ailə, sevgi, yaxınlıq, bağlılıq kimi emosional hissləri təmin edilməmiş qalacaqdır.

Rövşən Hümbətov

Psixoloq

Dushunce.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see322

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see268

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see228

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see228

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see222

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see221

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see214

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see211

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see211

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see208

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see202

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see200

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see192

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see187

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see187

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see186

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see185

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see181

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see175

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri