Qadın olimpiya çempionu sevgilisinə zorakılıq etdi, saxlanıldı
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Olimpiya və ikiqat dünya çempionu Şa Karri Riçardson məişət zorakılığı ittihamı ilə saxlanılıb.
Bakupost.az xəbər verir ki, hadisə ABŞ-nin Sietl-Takoma hava limanında baş verib.
Riçardsonla sevgilisi - amerikalı sprinter, üçqat dünya çempionu Kristian Koulman arasında mübahisə yaranıb. 25 yaşlı idmançı 29 yaşlı sevgilisini bir neçə dəfə itələyib. Nəticədə Koulman yaxınlıqdakı sütuna çırpılıb. İdmançı həmçinin, qulaqlığını da Koulmana atıb.
Qadın idmançı dərhal saxlanılaraq De-Moyn şəhərindəki islah müəssisəsinə aparılıb. Koulman ona qarşı rəsmi ittiham irəli sürməkdən imtina etdiyi üçün Riçardson növbəti gün azadlığa buraxılıb.
Qeyd edək ki, Şa Karri Riçardson Paris-2024 Yay Olimpiya Oyunlarında 4X100 metr estafet qaçışında qızıl, 100 metr məsafəyə qaçışda gümüş medal qazanıb.
Baxış sayı:116
Bu xəbər 02 Avqust 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















