Icma.az
close
up
RU
Qadın şıltaqlığı, yoxsa...

Qadın şıltaqlığı, yoxsa...

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Akif ABBASOV

(hekayə)
Mahal yorğun-arğın evə gəlib özünü divana yıxdı. Şəfəq qaş-qabaqlı:

- Mahal...
Mahal əlini qaldırıb onu danışmağa qoymadı. Dikəlib bir qutunu ona uzatdı. Şəfəq tez gözəl tərtibatlı qutunu açdı. Üzük, sırğa komplekti idi. Brilliantla işlənmişdi.
Şəfəqin sevincinin həddi-hüdudu olmadı. Qızıl üzüyü, qızıl sırğaları vardı. Brilliant dəsti isə yox. O, Mahala sarıldı. Mahal:
- Ürəyin gedirdi, - dedi. Axır ki, ala bildım.
Şəfəq
- Canım, ürəyim, çox sağ ol. Bir dənəsən.
Şəfəq bir daha öz təşəkkürünü bildirmək, onu öpmək üçün irəli yeridi. Mahal yatırdı. Onu oyatmadı. Ləl-cəvahir dəstini götürüb otağına çəkildi.
Aradan bir ay keçdi. Mahal əlində daha bir qutu evə gəldi. Şəfəq özünü yetirdi:
- Qutudakı nədir? Mənimçin almısan?
- Əlbəttə, səninçin.
Şəfəq maraq içərisində tez qutunu açdı. Bahalı bilərzik idi.
- Mənim həyat yoldaşımdan yoxdur! Var ol!
Mahal yorğun nəzərlərlə ona baxdı:
- Sənin zövqünə, sənin arzuna uyğun hədiyyə!!!
Başqa bir gün həyat yoldaşına bahalı boyunbağı gətirdi.
Həmin gündən bir müddət keçdi. Mahal işdən gəlmişdi. O, əlindəki açarı Şəfəqə uzadaraq:
- Daha bir arzunu da yerinə yetirdim, - dedi. - Pəncərədən bax.
Həyətdə yağın içində bahalı bir maşın dayanmışdı. Şəfəq sevindiyindən yerində atılıb düşdü. Mahalı qucaqlayıb öpmək üçün ona sarı getdi. Mahalı yuxu aparmışdı. Onu oyatmayıb həyətə düşdü, maşının sükanı arxasına keçdi. Maşınla bir-iki dövrə vurub qayıtdı.
Mahal oyanıb özünə çay süzmüşdü. Şəfəq onun boynuna sarıldı:
- Sağ ol, əzizim. Bir dənəsən. Köhnə maşının ümidinə qalmışdım.
Mahal dedi:
- Amma maşın sən deyən köhnə deyildi. Sənin gözünə elə görünürdü. Sadəcə rəfiqələrinlə, işdəki xanımlarla bəhsə girmişdin. Ona görə də maşın gözündən düşmüşdü.
Şəfəq mətbəxə keçib hazırlıq işləri görməyə başladı. Köməyə bacısı Şəhlanı da çağırdı. Eşidən-bilən təbrikə gələcəkdi. Qonaq otağına keçdi. Mahal yox idi. Şəfəq mobil telefonla ona zəng etdi. Vəziyyəti anlatdı. Mahal üzrxahlıq elədi:
- Siz yeyin-için, nuş olsun. Əylənin. Məni də orada hiss etdin. Mənin işim çoxdur. Yox, yox, gələ bilməyəcəyəm. Ola bilsin ofisdə gecələdim. Mahal evə bir də ertəsi gün gəldi. Şəfəq yatmışdı. Onu oyatmadı: “Yəqin axşam gec yatıb. Ev qonaqlı-qaralı olub”.
O, qazı yandırıb çayniki qazın üstünə qoydu. Soyuducudan yağ, pendir, kəsmik, bal, qaymaq çıxardı, çörək doğrayıb süfrəyə qoydu. Bir dənə də yumurta qaynatdı. Üzünü qırxınca yumurta da bişdi. Oturub səhər yeməyini yedi. Şəfəq hələ yatırdı. Onu oyatmamaq üçün asta tərpənirdi. Qapıdan çıxmaq istəyəndə Şəfəq yuxudan oyanıb özünü onun üstünə atdı:
- Əzizim, gözümün işığı!
Şəfəq elə bil əvvəlki hikkəli, dilxor, qaşqabaqlı adam deyildi. Mahala can deyib, can eşidirdi.
- Mahal, Allah səni mənə çox görməsin. Hara tələsirsən. Əyləş, çay-çörək verim, südlü aş hazırlayım. Ayaq saxla, bir as söhbət edək, dərdləşək.
Mahal cavabında dedi:
- Səhər yeməyi yedim. Şirin çay da içdim. Narahat olma. Gedim, iş başdan aşır.
Mahal getdi. Bir də gecədən xeyli keçmiş qayıtdı. Yorğun olduğundan divanda uzandı və dərhal yuxuya getdi.
Yenə bir neçə gün keçdi.
Mahal indi noutbukun qarşısında idi. Şəfəq onun yanına gələrək:
- Əzizim, özünü yorma, gedək yataq, - dedi.
Mahal:
- Sən get, yat. Mən işləməliyəm. Vacib tapşırıq almışam.
Şəfəq gedib yatdı. Ertəsi gün Mahal səhər yeməyindən sonra işə getmək istəyəndə Şəfəq onun qarşısını kəsdi:
- Üzünə həsrət qalmışam. Bir kəlmə kəsə bilmirəm. Gec gəlib, tez gedirsən. Qarşına yemək də qoya bilmirəm. Özün hazırlayırsan. Elə bil məndən qaçırsan. Evdən qaçaq düşmüsən. Nə baş verir? Bütün günü işdəsən. Evdə olanda da noutbukdan əl çəkmirsən. Bir anlığa ayaq saxla, oturub söhbət edək. Ər-arvadıq. Mənə vaxtın çatmır? Niyə mənə vaxt ayırmırsan?
Mahal ah çəkdi:
- Yadındamı? Bir neçə ay əvvəl işdən ac və yorğun gəlmişdim. Yemək istədim. Dedin, hazır yeməyimiz yoxdur, özün hazırla.
Dedim, çay gətir. Dedin, dur süz. Hələ üstəlik əlavə etdin ki, məhəbbət ləl-cəvahir dəsti, bilərzik, boyunbağı, maşın alıb gətirmir. Bunlar pul ilədir. Sonra arzuladığın alınası şeylərin siyahısını mənə verdin ki, onları hər şeydən çox istəyirsən. Məhəbbət gəldi-gedərdir. Sən dedin bunları. Sənin arzularını yerinə yetirmək üçün məcbur olub gecəmi gündüzümə qatdım. Bu işdən, o biri işə qaçdım. Pul qazanmaq lazım idi.
Şəfəq başını aşağı saldı. Mahalın gözlərinə dik baxa bilmirdi. Mahal sözünə davam etdi:
- Sənin istəklərini yerinə yetirmək üçün altı aydır əlləşirəm. İndi sənin brilliant sırğa-üzük dəstin, üzəri briliyantla işlənmiş qızıl saatın, bahalı boyunbağın və bilərziyin, yağın içində maşının var. Tezliklə yeni mənzilimiz də olar. Bu mənzilə sığmırsan. Bağ evidə alarıq. Amma bir şeyə təəssüflənirəm.
Şəfəq gözlərini ona zillədi:
- Nəyə?
- Sənin yazdığın siyahıda sənə olan məhəbbətimə dair bir söz də yoxdur.
Şəfəqin gözləri doldu. Siyahını ərindən alıb cırdı:
- Yazdıqlarımın heç biri mənə lazım deyil. Bağışla. Səni istəyirəm. Səni yanımda görmək istəyirəm.
Bakı, 28 sentyabr 2025-ci il
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 Sentyabr 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri