Icma.az
close
up
RU
Paşinyanın Aİİ şıltaqlığı

Paşinyanın Aİİ şıltaqlığı

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Yaxud Aleksandr Lukaşenkonun odun doğramağı

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Avrasiya İqtisadi İttifaqı Ali İqtisadi Şurasının Sankt-Peterburqda keçirilmiş iclasından əvvəl odun yarmasının nə demək olduğu aydınlaşdı. Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanı iclas zamanı, necə deyərlər, ağ yuyub ‒ qara sərdi. Hərçənd, Belarus liderinin bu davranışına Paşinyanın aşkar həyasızlıqla cavab verdiyini də bildirməliyik. Görəsən, cənab Lukaşenko ilə Nikol arasındakı gərginliyə səbəb nədir?

Əslində, gərginliyin kökləri iki il əvvələ gedib çıxır. Xatırladaq ki, 2022-ci ildə Ermənistan rotasiya qaydasında üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik edirdi və qurumun illik toplantısı İrəvanda keçirilirdi. O vaxt N.Paşinyan çox çalışdı ki, KTMT Azərbaycan ‒ Ermənistan şərti sərhədində yaşanmış hərbi eskalasiyaya siyasi qiymət versin, ölkəmiz işğalçı kimi tanınsın.

Nikol imtahanda yalnız bir mövzunu öyrənmiş, bütün başqa sualları da bildiyi məsələyə gətirməyə çalışan yarıtmaz tələbələr kimi, bir neçə dəfə söhbəti “Azərbaycanın təcavüzündən” saldı.

Bu yolla KTMT-nin Bakıya qarşı, guya, heç bir tədbir görmədiyini vurğulamaq istədi. Doğrudur, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşmədiyini və bu səbəbdən KTMT-nin təsir zonasının naməlum olduğunu bildirdi. A.Lukaşenko isə mövzunu lap “baltaladı”. O, Nikolu KTMT üzvlərini uşaq yerinə qoymamağa, problemi Azərbaycanla səmimi danışıqlar masası arxasında həll etməyə çağırdı. Yəni Belarus lideri konfliktdən yaxşı xəbərdar olduğunu, Paşinyanın manipulyasiyasına ehtiyacın duyulmadığını və KTMT-ni Bakı ilə təxribata çəkməyin lüzumsuzluğunu diqqətə çatdırdı. Elə həmin vaxtdan Ermənistan qurumla yollarını ayırmağa başladı və hazırda İrəvan, demək olar, KTMT-dən çıxmış durumdadır.

Ümumən, Ermənistanın Qərbin təhriki ilə həyata keçirdiyi anti-Rusiya ritorikasında Moskvanın hakim rol oynadığı təşkilatların boykot edilməsi başlıca yer tutur. Hamı kimi, cənab Lukaşenko da bunu gözəl bilir. Ancaq çoxlarından fərqli olaraq, Belarus lideri məsələyə açıq tekstlə reaksiya bildirməyi sevir və onun xarakterindəki məxsusilik elə budur.

Digər tərəfdən, A.Lukaşenko hadisə və proseslərə öz adı ilə qiymət verir. Məsələn, o, bu ilin mayında ölkəmizə səfəri çərçivəsində Şuşada olarkən, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki mövqeyini haqq, azadlıq davası kimi qiymətləndirmişdi. Yeri gəlmişkən, Belarus Prezidentinin yanaşması, ümumən, Şuşaya səfəri Ermənistanda böyük hiddət doğurmuşdu. Həmin vaxt N.Paşinyan axına qoşularaq bildirmişdi ki, Lukaşenko dövlət başçısı olduğu müddətdə Belarusa səfər etməyəcək və heç bir hökumət üzvünün ora getməsinə icazə verməyəcək. Beləliklə, erməni nümayəndə heyəti dəfələrlə istər MDB-nin, istər KTMT-nin, istərsə də Aİİ-nin Minskdə düzənlənmiş toplantılarına qatılmadı, Lukaşenkonun şəxsinə yönəlmiş antipatiya zəminində Ermənistan Rusiyanın hakim rol oynadığı təşkilatları heçə saymaq xətti üçün əlavə bəhanə tapdı. Elə bu səbəbdəndir ki, Belarus lideri Aİİ-nin mühüm toplantısından əvvəl odun yarmaq qərarına gəldi. Özü də bunun əksini tapdığı foto belə bir təqdimatla yayıldı: “Birincinin iş səhəri. Bəs siz vacib danışıqlar ərəfəsində nə işlə məşğul olursunuz?”

***

Bəli, Belarus Prezidenti N.Paşinyanı odun yerinə qoydu. Həmçinin ona istənilən odunun yarıla biləcəyi mesajını verdi. O, səsləndirdiyi konkret fikirlərlə də Ermənistanın tutduğu yolun, yumşaq desək, yanlışlığını anlatdı. Lukaşenkonun mövzuya dair nələri diqqətə çatdırmasından söz açacağıq. Amma əvvəlcə onu bildirək ki, 2024-cü ildə Aİİ-yə rotasiya qaydasında sədrlik Ermənistanda idi. Paşinyan çıxışında bu sədrliyin hansı nəticələr verməsindən danışdı. Əlbəttə ki, ortada heç bir nəticə yoxdur. Əsas olan Ermənistanın Aİİ hesabına öz büdcəsini doldurmasıdır. Nəzərə alaq ki, ölkə iqtisadi inkişaf tempinə görə Rusiyaya borcludur. Bunu Qərbdə də çox yaxşı bilirlər, amma duruma göz yumurlar. Çünki, loru dildə desək, özlərini ağıllı sayır, Rusiyanın pulu hesabına, əllərini ciblərinə atmadan, anti-Rusiya cəbhəsi formalaşdırdıqlarını düşünürlər.

Paşinyan isə həyasızlıq edərək, özünü bu cəbhənin komandanı kimi aparır. O, Rusiyanın Ermənistanı yenidən öz orbitinə qaytarmaq niyyətinə fokuslanır və elə zənn edir ki, Moskva İrəvanın əndazəsini aşmasına susqun yanaşacaq. Həqiqətən, Nikolun ehtimalları düz çıxır. Amma hələlik. Çünki Lukaşenko əbəs yerə dilə gəlməz.

Əslində, onun danışması Ermənistana minnət qoymaqdır. Ermənistana minnət həm də ona görə qoyulub ki, Paşinyan COVID-19-a yoluxduğunu bəhanə edərək, Sankt-Peterburqa yollanmayıb, Aİİ-nin hazırkı mötəbər toplantısına yalnız videoformatda qoşulub. Hər halda, tədbirdəkilər, o cümlədən, Rusiya Prezidenti Vladimir Putin Nikolun toplantıda nə üçün iştirak etmədiyini bilməmiş deyil.

Deməli, Aİİ-yə sədrlik Ermənistandan Belarusa keçəcək. A.Lukaşenko isə bununla bağlı çıxış edərkən, qurumun may toplantısının Minskdə təşkil olunacağının anonsunu verdi. Paşinyan isə bildirdi ki, Ermənistan tədbirə indiki kimi, yəni videoformatda qatılacaq. Belarus lideri isə cavabında Aİİ-yə üzv ölkələrin bəzi iştirakçılarının fiziki olaraq qurumun toplantılarında iştirak etməməsindən narazılığını bildirdi: “Yaxşı, bir sədr kimi deyirəm, müşahidəçilərimiz (Aİİ üzvləri nəzərdə tutulur. Müşahidəçi məsxərə anlamındadır – red.) birliyimizlə maraqlanırlarsa, onlardan xahiş edərdim ki, iclaslarda iştirak etsinlər, televiziyada bizimlə necə əməkdaşlıq quracaqlarını deməsinlər. Nikol Vovaeviç, bunun sizə aidiyyəti yoxdur. Biz bilirik ki, siz nəinki saqqalınızı qırxmısınız, həm də bir az xəstələnmisiniz. Ona görə də sizi ittifaqımızın, yeni, ən azı, zahirən gənc üzvü kimi qəbul edirik”.

N.Paşinyanın həyasızlığı Lukaşenkonun bu fikrindən sonra daha açıq xarakter almağa başladı. “Təşəkkür edirəm, Aleksandr Qriqoryeviç. Mən, sadəcə olaraq, aydınlaşdırmaq istəyirəm ki, biz Aİİ-nin Ali İqtisadi Şurasının iclasının Minskdə keçirilməsinə etiraz etmirik. Lakin əvvəlcədən demək istəyirəm ki, nümayəndə heyətimiz videokonfrans vasitəsilə görüşdə iştirak edəcək. Sağ olun”, ‒ deyən erməni baş nazir bir daha Belarus liderinin Şuşadakı bəyanatına cavab olaraq səsləndirdiyi fikirlərdə qaldığını təsdiqləyib. Əlbəttə,

A.Lukaşenko bunu cavabsız qoya bilməzdi və qoymadı da. “Sizin probleminiz nədir? Minsk uzaqdır, bəlkə sizi gətirən yoxdur? Yaxşı, zərurət yaranarsa, nümayəndə heyətinizin gəlişini təşkil edəcəyik”.

Bundan sonra tərəflər arasında söz davası getdi ki, onun təfərrüatlarını diqqətə çatdırmağa lüzum görmürük. Başlıca məqam isə budur ki, Ermənistan KTMT kimi, Aİİ-nin də toplantılarını boykot etmək qərarına gəlib və qurumda sədrliyin Belarusa keçməsi bunun üçün yaxşı fürsət olub. Yəni Paşinyan bəhanə axtarırdı, tapdı. Bəhanəyə gəlincə, Nikol hələ bir il əvvəl Ermənistan Aİİ-yə sədrliyə başlayanda, kifayət qədər, qeyri-ordinar fikirlər səsləndirmişdi. O demişdi ki, təşkilat ancaq iqtisadi motivlidir, siyasi məsələlər qurumun işinə təsir göstərməməlidir. Yəni Paşinyan bildirmişdi ki, Ermənistan siyasi anlamda Qərbpərəst xətt yeridəcək və bu mövqe ölkəni Aİİ çərçivəsindəki gəlirlərdən məhrum duruma salmamalıdır. Əlbəttə, erməni baş nazir üçün prinsipcə fərqi yoxdur. O, hər bir halda, Qərbə sadiqliyini göstərir və özünü şıltaqlığa qoyaraq, mümkün qədər sərt fikirlər səsləndirir. Əgər Aİİ, daha doğrusu, Moskva bu sərtliyə qarşı cavab vermək istəsə, o zaman yüksək fazada olan anti-Rusiya ritorikasını daha da gücləndirəcək. Habelə, Kreml real iqtisadi təsir mexanizmlərini işə salmaq zərurətini duysa, Nikol körpüləri tamamilə yandıracaq və Qərbdəki ağalarından ölkəsi üçün pul tələb edəcək. Yəni, ortada məhz belə bir həyasız məqsəd də var. Paşinyandan hər şey çıxar.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Dekabr 2024 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see238

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see215

Nyu York birjasında təbii qaz bahalaşıb

13 Avqust 2025 08:53see181

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see134

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see133

Şimali Koreyalılar kütləvi şəkildə Rusiyaya işləməyə göndərilir

12 Avqust 2025 21:16see130

Qarabağ qalibiyyətə LAYİQ KOMANDADIR Şkendiya nın baş məşqçisi

12 Avqust 2025 22:41see128

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see127

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see126

Şəfa Qəbələ toplanışında 3 sınaq matçı keçirəcək AÇIQLAMA

12 Avqust 2025 21:16see125

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see125

Norveç ilə İsveç arasında dağ dişi qaz zəminində münaqişə yaranıb

13 Avqust 2025 06:28see124

Liverpul dan A Seriyası klubuna 35 milyon avroluq təklif

13 Avqust 2025 00:53see123

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see121

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

13 Avqust 2025 15:18see120

Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

13 Avqust 2025 11:40see120

“Qarabağ”dan dördüncü qol Yenilənir

12 Avqust 2025 20:37see119

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see119

Fənərbaxça Feyenoord matçındakı 7 qol Video

13 Avqust 2025 09:03see116

Dünyanın ən təhlükəli ölkələri: Azərbaycan neçənci yerdədir?

13 Avqust 2025 08:31see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri