Icma.az
close
up
RU
Qadın zorakılığına son: sülh və ədalət naminə

Qadın zorakılığına son: sülh və ədalət naminə

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Qadınlara və qızlara qarşı zorakılıq dünyada ən çox yayılmış insan hüquqları pozuntularından biri olaraq qalır. Qlobal miqyasda, demək olar ki, hər üç qadından biri həyatlarında ən azı bir dəfə zorakılığa məruz qalıb. Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə elan edilən gündür. 25 noyabr tarixinə təyin olunmasının səbəbi 1960-cı ildə Dominikan Respublikasının rəhbəri Rafael Trujilloya qarşı çıxan “Mirabal Bacıları” kimi tanınan 3 bacının qətlə bu tarixdə yetirilməsidir.

Bu il Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü kampaniyası xüsusilə rəqəmsal zorakılığa yönəlib. Onlayn platformalarda qadınlara qarşı zorakılıq xüsusən də siyasət və ya jurnalistika kimi sahələrdə güclü ictimai və rəqəmsal iştirakı olan qadınları susdurmağa çalışan ciddi və sürətlə artan bir hədədir.Bəzi ölkələrdə bu tip zorakılığın hüquqi tanınmaması, rəqəmsal platformaların cəzasızlığı, süni intellektdən istifadə edərək yeni və sürətlə inkişaf edən zorakılıq formaları, gender bərabərliyinə qarşı çıxan hərəkatlar, cinayətkarların anonimliyi və rəqəmsal qurbanlara məhdud dəstək səbəbindən artan zorakılıq formasıdır.

Ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatrı (BMT) tərəfdaşları tərəfindən hazırlanıb dərc edilən “Qadınlara hörmət: Qadınlara qarşı zorakılığın qarşısının alınması” adlı hesabata görə, qadınlara qarşı zorakılıq dünyanın ən davamlı və həll edilməmiş insan hüquqları böhranlarından biri olaraq qalır və son iyirmi ildə çox az irəliləyiş əldə edilib. Hesabata görə dünyada təxminən 840 milyon qadından təxminən üçdə biri həyatları boyunca partnyorları tərəfindən cinsi zorakılığa məruz qalıb və bu rəqəm 2000-ci ildən bəri demək olar ki, dəyişməyib. Təkcə son 1 ildə 316 milyon qadın - 15 yaş və yaşı daha yuxarı olanların 11%-i - yaxın partnyoru tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalıb. Partnyor zorakılığının azaldılması istiqamətində irəliləyiş son 20 ildə illik cəmi 0,2% azalma ilə olduqca zəif olub.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, "Qadınlara qarşı zorakılıq bəşəriyyətin ən qədim və ən geniş yayılmış ədalətsizliklərindən biridir. Əhalinin yarısı - qadınlar qorxu içində yaşayarkən heç bir cəmiyyət özünü ədalətli, təhlükəsiz və ya sağlam adlandıra bilməz. Bu zorakılığa son qoymaq təkcə siyasət məsələsi deyil; bu, ləyaqət, bərabərlik və insan hüquqları məsələsidir. Hər statistikanın arxasında həyatı əbədi olaraq dəyişdirilmiş bir qadın və ya qız dayanır. Qadınlara və qızlara səlahiyyət vermək məcburiyyət yox, sülh, inkişaf və sağlamlıq üçün şərtdir. Qadınlar üçün daha təhlükəsiz bir dünya hər kəs üçün daha yaxşı bir dünyadır."

Hesabatda qadınlara qarşı zorakılığın erkən başladığı və risklərin həyat boyu davam etdiyi reallığı vurğulanır. Məsələn, təkcə son 12 ayda 15-19 yaşlarında 12,5 milyon yeniyetmə qız yaxın partnyoru tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalıb.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Noyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri