Icma.az
close
up
RU
Ədalət və uzunmüddətli sülh

Ədalət və uzunmüddətli sülh

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Ölkə Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirilən fikirlər Azərbaycanın son illərdə nümayiş etdirdiyi siyasi yetkinliyin, məsuliyyətli dövlət davranışının və humanist yanaşmanın məntiqi davamı kimi diqqət çəkir. Müharibədən sonra yaranmış reallıqlar fonunda ölkənin intiqam və dağıdıcılıq yolu deyil, ədalət və uzunmüddətli sülh strategiyasını seçməsi böyük müdrikliyin göstəricisidir. Tarixi ədalətsizliklərə, işğal illərində törədilmiş ağır cinayətlərə baxmayaraq, qarşı tərəfə kollektiv cəza tətbiq edilməməsi Azərbaycanın mənəvi üstünlüyünü təmin edən əsas amillərdən biridir. Güc imkanlarının mövcud olduğu halda ondan istifadənin məhdudlaşdırılması beynəlxalq hüquqa, humanitar dəyərlərə və gələcək nəsillərin təhlükəsizliyinə hesablanmış siyasi seçimdir. Bu yanaşma bir daha sübut edir ki, dövlətin gücü təkcə hərbi imkanlarla deyil, həm də məsuliyyət hissi və strateji səbrlə ölçülür. Məhz bu mövqe regionda qarşıdurmanın dərinləşməsinin qarşısını aldı və müharibədən sonrakı mərhələdə sabitlik üçün real zəmin formalaşdırdı.

Bununla yanaşı, dövlət başçısının müsahibəsində təhlükəsizlik məsələlərinə dair yer alan açıqlamalar müasir beynəlxalq münasibətlər sistemində praqmatik yanaşmanın zəruriliyini ortaya qoyur. Qlobal qeyri-sabitlik fonunda hər bir dövlətin öz müdafiə qabiliyyətini gücləndirməsi obyektiv reallıqdır və Azərbaycan bu reallığı vaxtında və düzgün qiymətləndirir. Türkiyə ilə rəsmi müttəfiqlik çərçivəsində qurulan hərbi əməkdaşlıq regionda sabitliyin əsas dayaqlarından biri kimi çıxış edir. Eyni zamanda, türk dövlətləri arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi təşəbbüsü qarşılıqlı etimadın və ortaq təhlükəsizlik anlayışının gücləndirilməsinə xidmət edir. Burada məqsəd yeni hərbi blok yaratmaq deyil, mövcud sahələrdə olduğu kimi, təhlükəsizlik müstəvisində də koordinasiyanı artırmaqdır. Energetika, nəqliyyat və ticarət sahələrində formalaşmış uğurlu əməkdaşlıq modeli göstərir ki, bu cür yanaşma həm rasionaldır, həm də regional maraqlara uyğundur. Təhlükəsizlik sahəsində əməkdaşlıq da məhz bu məntiqə əsaslanaraq ümumi dayanıqlığı möhkəmləndirə bilər.
Müsahibənin ən mühüm məqamlarından biri isə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanması ilə bağlı vurğulanan prinsipial mövqedir. Bu yanaşma uzun illərdir həyata keçirilən sosial-iqtisadi islahatların ideoloji əsasını təşkil edir. Sosialyönümlü və investisiyayönümlü siyasət arasında qorunan həssas balans ölkənin davamlı inkişafını təmin edən başlıca amildir. Populizmdən uzaq durmaq, reallığa əsaslanan vədlər vermək və cəmiyyətə açıq məlumat təqdim etmək dövlət-vətəndaş münasibətlərində etimadı gücləndirir. Son 20 ilin statistik göstəriciləri, xüsusilə minimum əməkhaqqının dəfələrlə artması bu siyasətin konkret nəticələr verdiyini təsdiqləyir. Bu faktlar göstərir ki, həyata keçirilən siyasət şüar xarakteri daşımır, real həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər Azərbaycan dövlətinin güc, məsuliyyət və sosial ədalət prinsiplərini uzlaşdıran idarəçilik modelinə malik olduğunu bir daha nümayiş etdirir.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see370

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see307

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see303

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see274

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see268

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see234

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see213

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see178

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see176

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see175

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see172

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see164

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see162

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see159

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see159

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see158

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see154

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see154

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see154

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri