Icma.az
close
up
RU
“Qadına həbsxana yaraşmır” Yol polisindən xanım sürücülərə çağırış

“Qadına həbsxana yaraşmır” Yol polisindən xanım sürücülərə çağırış

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün xanım sürücülərin nəzərinə çatdırır ki, son dövrlər onların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri ciddi narahatçılıq doğurur.

AZXEBER.COM xəbər verir ki, aparılan təhlillər göstərir ki, bəzi hallarda diqqətsizlik, yol hərəkəti qaydalarına riayət olunmaması ağır yol qəzalarının baş verməsinə səbəb olur. Təkcə cari ilin ötən dövründə xanım sürücülərin iştirakı ilə baş vermiş 107 yol-nəqliyyat hadisəsində 16 nəfər həlak olmuş və 159 nəfər xəsarət almışdır.

Hər bir xanım sürücü, bir ana, həyat yoldaşı və cəmiyyətin dəyərli üzvü olmaqla övladına, ailəsinə və cəmiyyətə qarşı məsuliyyətini dərk edərək, yol hərəkəti qaydalarına tam məsuliyyətlə yanaşmalıdır.

Əgər nəqliyyat vasitəsi ilə hərəkət zamanı yüksək sürət, qəfil və təhlükəli manevrlər kimi ekstremal davranışlara həvəs yaranarsa, qadın sürücülər bir anlıq düşünməlidir:

"Bu hərəkətlər hara aparır – insan həyatının sonuna, xəstəxanaya, yoxsa həbsxanaya?”

Ciddi qayda pozuntuları törədən zaman qadın övladlarını, analıq borcunu, ailəsini, cəmiyyətdəki rolunu və nüfuzunu göz önünə gətirməlidir.

Unutmayın qadına həbsxana yaraşmır, sürət fəxr deyil, təhlükədir, qəza bir anda baş verir, peşmançılıq isə ömürlük olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün xanım sürücüləri soyuqqanlı və məsuliyyətli davranmağa, emosiyaya və riskli hərəkətlərə uymamağa çağırır.

Yol hərəkəti bir yarış deyil – bu, həyatın özüdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 23 Sentyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri