Icma.az
close
up
RU
Qadını döyən nazirlik əməkdaşı na HÖKM OXUNDU

Qadını döyən nazirlik əməkdaşı na HÖKM OXUNDU

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Babək Əmirovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Demokrat.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Babək Əmirova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İttihama görə, Babək Əmirov özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə intim münasibətlərdə olduğu zərərçəkmiş Maya Səfərovanın (adı, soyadı şərtidir) etibarından sui-istifadə edərək, onu Şəmkir rayonu ərazisində yol çəkilişi məqsədilə tender prosesi keçiriləcəyinə və tender prosesində iştirak edərək qalib olmaq üçün 30 000 manat məbləğində pul vəsaitinə ehtiyacı olduğuna inandırıb. Sonra o, tenderin qalibi olacağı təqdirdə 2 000 000 manat qazanc əldə edib onunla öz aralarında böləcəyinə dair yalandan vəd verib. Bu yolla Babək 17 oktyabr 2022-ci ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində qadından ümumilikdə 120 906 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, Babək Əmirov 13 noyabr 2023-cü il tarixdə, saat 20 radələrində Mayanın yaşayış binasının həyətində qəsdən başı ilə qadının sol qaş nahiyəsinə, yumruqla sol təpə nahiyəsinə, hər iki qoluna və sol əlinə zərbələr vuraraq, ona xəsarətlər yetirib.
Bundan başqa, o özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən nazirlik əməkdaşı kimi təqdim etməklə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən avtomobil bazarında avtomobil şinlərinin satışı ilə məşğul olan zərərçəkmiş Amil İbrahimovla (soyadı şərtidir) özünə "WhatsApp" vasitəsilə 26 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində əlaqə saxlayıb.
Babək zərərçəkmişə guya rəhbərliyin tapşırığına əsasən, işlədiyi nazirliyə məxsus "Toyota" və "Lexus" markalı xidməti avtomobillərin şinlərini dəyişdirməli olduğuna inandırıb, işi ilə əlaqədar Rusiya Federasiyasında olduğu üçün sifariş verdiyi şinlərin müqabilində ona məxsus bank kartına köçürmə yolu ilə ödəniş edəcəyinə dair yalandan vəd verib. O bu yolla zərərçəkmişdən ümumilikdə 5 260 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib. (Pravda.az)
 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 İyul 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri