Ərini qısqandığı qadını gözəllik salonunda döydü HÖKM OXUNDU
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Ərini qısqandığı qadını gözəllik salonunda döyən şəxs barəsində məhkəmə hökmü çıxarılıb.
Redaktor.az-ın "Qaynarinfo"ya istinadla məlumatına görə, hadisə Qax şəhərində yerləşən "İncim" adlı gözəllik salonunda baş verib.
1991-ci il təvəllüdlü Ə.N. adlı qadın, həmin salonda müştəri qismində olan V.D.-ya hücum edib. O, zərərçəkmişin başına iki dəfə yumruq endirib, saçlarını dartaraq qoparıb.
İstintaq zamanı Ə.N. hadisəni ərini zərərçəkmiş qadına qısqandığı üçün törətdiyini bildirib və əməlindən peşman olduğunu etiraf edib.
Məhkəmənin qərarı ilə Ə.N. Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi üzrə təqsirli bilinib. O, aylıq gəlirinin 20 faizi dövlət büdcəsinə yönləndirilməklə 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 03 May 2025 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















