Icma.az
close
up
RU
Qadını makiyajsız deyil, bəzəkli, örtülü deyil, çılpaq görmək istəyənlər...

Qadını makiyajsız deyil, bəzəkli, örtülü deyil, çılpaq görmək istəyənlər...

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Əslən azərbaycanlı olan Melisa Rauf İngiltərədə keçirilən gözəllik yarışmasına makiyajsız qatılıb və finala yüksələrək cəsarəti, təbii gözəlliyi ilə böyük rəğbət qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, o, media orqanlarına verdiyi müsahibəsində bildirib:

“Müxtəlif yaşlarda olan bir çox qızların makiyaj etdiklərini görürəm və onların bunu etmək üçün təzyiq hiss etdiklərini düşünürəm. Əgər insan öz dərisində xoşbəxtdirsə, üzünü makiyajla örtməyə məcbur hiss etməməlidir.

Qüsurlarımız bizi biz edir və hər kəs bu fərqliliklə özünəməxsus olur. Ancaq sual budur: biz kim olduğumuzla razı qala və cəmiyyətin qüsurlarımızı gizlətməyə yönəlmiş təzyiqlərini rədd edə bilərikmi?”

Bəs təbii gözəllik varkən, qadınlar niyə təbii olmayan kosmetik vasitələrə və müxtəlif kosmetoloji prosedurlara üstünlük verirlər?

Mövzu ilə bağlı Bakıvaxtı.az olaraq bir neçə qadın arasında kiçik sorğu keçirdik. Cavablar isə maraqlı və fərqli oldu:

28 yaşlı Gülsüm Əsgərzadə bildirir ki, indi hər kəsin əlində telefon var, sosial şəbəkələr hamının başını qarışdırır:

“Filtrlərlə dəyişdirilmiş insanlara aldanırıq, sonra başlayırıq özümüzü dəyişməyə çalışmağa. Halbuki o insanlar da gerçək deyil”.

35 yaşlı Sevil Qasımova isə məsələyə bir qədər fərqli yanaşır:

“Makiyaj mənim üçün sadəcə bir bəzək deyil, özümü daha güvənli hiss etdiyim bir vasitədir. Amma qəbul edirəm ki, sosial şəbəkələrin yaratdığı gözəllik standartları qadınlar üzərində böyük psixoloji təzyiq yaradır”.

Bəs reklamlar və sosial media qadınları təbii görünməkdən uzaqlaşdırır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan media eksperti Səbinə İzzətli bildirib ki, bu gün mediada yayımlanan reklamların əksəriyyəti qadınlara verilən süni dəyəri təbliğ edir:

"Qəribə bir mənəvi boşluq içindəyik. Bu boşluq birbaşa əxlaq problemlərinə də gətirib çıxarır. Toplum olaraq o qədər əminik ki, qadın dedikdə mütləq makiyajlı, qadınlığını nümayişkaranə şəkildə göstərən geyimli xanımlar ağıla gəlir. Qadın azadlığı onun istədiyi kimi (əslində isə ona sırınan, marketinq yolu ilə təlqin edilən görkəmdə) geyinməsi, istəsə soyunması, istəsə örtünməsi deyil axı!"

Səbinə İzzətli: Reklamların əksəriyyəti qadınlara verilən süni dəyəri təbliğ edir

Ekspert qeyd edir ki, qadın özlüyündə - varlıq olaraq, yaradılış olaraq, insan olaraq, düşüncə və amal baxımından dəyərlidir:

"Onun üzərindən təşviqedici reklamlar çəkib, filmlər satıb, qadın bədəni üzərindən sensasiya yaratmaq əsl əxlaqsızlıqdır. Və bu əxlaqsızlığı, təəssüf ki, normal dəyərlər kimi qəbul edirik. Qadını makiyajsız deyil, bəzəkli, örtülü deyil, çılpaq görmək istəyənlər qadın və kişi qarışıq gender bərabərliyindən, qadın hüquqlarından, feminizmdən danışır. Onlar unudurlar ki, qadınlar bu toplumda özlərini istedadları, ağılları, peşəkar fəaliyyətləri ilə də təsdiq edə bilərlər. Bunun üçün cəlbedici görünməyə, soyunmağa, estetik və plastik cərrahiyə əməliyyatlarına ehtiyac yoxdur".

Müsahibimiz sosial medianın dəyişiklik yaratmaq potensialından da bəhs edib:

"Sadəcə cəmiyyət olaraq nələrin tələbində olduğumuzun fərqinə varmalıyıq. Biz hansı kontenti istəyirik? Nəyi dinləmək, izləmək və oxumaq istəyirik? Bu sualların cavabını özlüyümüzdə yaxşıca verməliyik. Əgər bizə təqdim olunan məzmunlar bizi mənəvi olaraq korlayırsa, onlardan imtina etməyi bacarmalıyıq. Alternativlər hər zaman var - bəlkə daha az izlənir, bəlkə hardasa gizli qalıb. O zaman məhz o keyfiyyətli, səviyyəli məzmunları üzə çıxarmağı və onların reytinqini qaldırmağı bacarmalıyıq".

"Media öz imkanlarını hər kəs üçün açır. Bu rəqabət mühitində toplum olaraq bizi firqələrə bölməyən, ayrışdırmayan, fitrətimizdən uzaqlaşdırmayan məzmunların iziylə gedə bilsək, bu gün medianı daha az təhlükə mənbəyi kimi qəbul edərik",- deyə Səbinə İzzətli vurğulayıb.

Nuriyyə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Aprel 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri