Qadını öldürdülər, meyitini xalçada gizlədib evə OD VURDULAR
Icma.az bildirir, Lent az portalına istinadən.
Rusiyanın Krasnodar vilayətində bir qadın vəhşicəsinə öldürülüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, Krasnodar diyarının 41 yaşlı sakini tanışı ilə birlikdə Ust-Labinskdə yaşayan onun dostunun evinə qonaq gedib. Qəfil dostlar arasında mübahisə yaranıb və nəticədə kişilərdən biri bıçaq götürərək qadının boğaz nahiyəsinə zərbə endirib. Qadın hadisə yerindəcə həyatını itirib.
Dostlar qadının cəsədini xalçada gizlədərək, evi yandırıblar. Bundan sonra cinayət yerindən qaçıblar. Hadisə yerinə yanğınsöndürənlər gəlib.
Onlar yanğını söndürüblər və daha sonra boynunda yaralar olan, xalçaya bükülmüş qadın meyitini aşkar ediblər.
Qətli törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, mərhumun dostu əvvəllər də zorlama, quldurluq və basqın maddələri ilə məhkum olunub.
Baxış sayı:109
Bu xəbər 16 May 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















