Əvvəlcə ayaqlarından vurdular, sonra xəstəxanada öldürdülər
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Türkiyənin "10 kardeşlər" cinayətkar dəstəsinin başçısı Mekin Büyükdeniz öldürülüb.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, oktyabrın 16-da Büyükdeniz İspaniyanın Salau şəhərinin mərkəzi meydanında silahlı hücuma məruz qalıb. Naməlum şəxslər ona silahdan 10 dəfə atəş açıblar. Güllələr M.Büyükdenizin ayağına dəyib.
Büyükdeniz yaralı halda şəhər xəstəxanasına yerləşdirilib. O, hadisə ilə bağlı ifadə verməkdən imtina edib.
Ötən gün isə Büyükdenizə xəstəxanada silahlı hücum olub. Maskalı şəxs ona arvadının gözləri önündə üç dəfə atəş açıb. Güllələr onun baş və bədən nayihələrinə dəyib. O, hadisə yerində ölüb.
Cinayətkar qətldən sonra qaçmağa nail olub. İspaniya polisi faktla bağlı araşdırmalara başlanıb.
İlkin ehtimallara görə, hadisə iki cinayətkar dəstə arasında ədavət səbəbindən baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 30 Oktyabr 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















