Icma.az
close
up
RU
Qadınlar diqqətli olsunlar! Bu əlamətlər varsa...

Qadınlar diqqətli olsunlar! Bu əlamətlər varsa...

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Uşaqlıq boynu törəmələri son vaxtlar aktual problemə çevrilib.

Sfera.az bildirir ki, hazırda uşaqlıq boynu şişləri və şişönü vəziyyətlərin inkişafında insanın papilloma virusunun bir neçə növünün patogenitik rolu sübut olunub.

Onlar, epitelial şişi olan pasientlərin əksəriyyətində aşkarlanır.

Digər şəraityaradıcı və potensial onkopatogen faktorlara isə - cinsi yolla keçən xəstəliklər, hətta pasientdə infeksiyanın əlamətləri aydın olmasa belə; fəsadlı doğuşlar, tibbi abortlar və invaziv müyinələr zamanı uşaqlıq boynunun zədələnməsi; hiperestrogeniyanın üstünlüyü ilə gedən dishormonal pozğunluqlar; uşaqlıq yolunun disbiozu, tez-tez aparılan gigiyenik sprinsevasiya, yaş dəyişiklikləri fonunda yaranan xroniki və residivləşən vaginit və servisitlərin olması; birincili və ikincili immunodefisit vəziyyətlər; siqaretçəkmə; artıq radiasion yük – məsələn, şüa terapiyası və ya peşə zərərləri; toksiki və potensial kanserogen birləşmələrlə requlyar kontakt və.s aiddir.

Uşaqlıq boynu şişinin ən ehtimal olunan simptomlarını belə sadalamaq mümkündür:

- Uşaqlıq yolunun dibində və ya qarnın aşağısında cinsi əlaqə zamanı diskomfort və ya ağrı hissi;

- Daimi olmayan atsiklik qanlı ifrazat, hansı ki, şişin səthinin zədələnməsi;

- Qarnın aşağısında, düz bağırsaqda, omada daimi xarakterli ağrılar;

- İrinli və ya sarı rəngli şəffaf vaginal ifrazat;

- Xarici cinsiyyət orqanlarının ödemi, varikozu və aşağı ətrafların asimmetrik limfostazı.

Şiş sidik kisəsinə və ya düz bağırsağa sirayət edərsə, bu orqanların funksiyalarının pozulması əlamətləri yarana bilər. Həmçinin düz bağırsaq və sidik kisəsi fistulaları da formalaşa bilər. Uşaqlıq boynunun hətta ən böyük xoşxassəli şişləri, belə simptomlar vermir, bu invaziv xərçəngin əlamətidir.

Kiçik ölçülü şişlərdə simptomların azlığı və ya heç olmaması onlara dəqiq diaqnoz qoymağa imkan vermir. Uşaqlıq boynu törəmələrində proqnoz onların tipindən, xarakterindən və inkişaf sürətindən, şişin tam xaric olunma imkanından asılıdır. Mezenximal şişlər nadir halda bədləşir və proqnostik cəhətdən qənaətbəxş hesab olunur. Sadə papillomalar və servikal poliplər də əksər hallarda həyat üçün təhlükə törətmir. Amma şişönü və fon vəziyyətlərinin inkişafı ilə nticələnən insanın papilloma virusunun onkopatogen tipləri ilə yoluxma, xüsusi diqqət və dinamik müşahidə tələb edir.

Profilaktik tədbirlərə gəldikdə isə, bunlara əsasən daxildir:

- Cinsi həyatın gigiyenası, təhlükəsiz seks və cinsi yolla keçən xəstəliklərin vaxtında və tam müalicəsi;

- Siqaretdən imtina;

- Requlyar olaraq ginekoloqun qəbulunda olmaq;

- Qız uşaqlarının papillomavirus infeksiyasına vaksinasiyası;

- İPV (insanın papilloma virusu) əlaməti aşkarlandıqda virusoloji müayinə.

Qeyd edək ki, uşaqlıq boynu törəmələri erkən aşkarlandıqda və vaxtında tam müalicə olunduqda, onların hamısı müalicəyə tabe olur.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri