Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

PSJ yenidən vahid lider oldu

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Qadınlar həyatı bəzədiyi kimi, tarixdə də fərqlənmişlər Tel­man Oru­cov yazır

Qadınlar həyatı bəzədiyi kimi, tarixdə də fərqlənmişlər Tel­man Oru­cov yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Telman ORUCOV

(Əvvəli 26 iyun sayımızda)

Yəhudi gözəli Ester dayısı Mordexayın köməyi ilə kəniz kimi Persiya çarı Artakserksin hərəmxanasına daxil olmuşdu. Dayısı, qıza yəhudi olduğunu heç kəsə deməməyi tapşırmışdı. Qız çarın xoşuna gəldiyindən, Artakserks onu arvadı elan etmişdi. Lakin çarın vəziri Haman yəhudilərə qarşı düşmən mövqeyində idi və Mordexayı asdırmaq üçün şəhərdə dar ağacı da qurdurmuşdu. Mordexay Esterə dedi ki, Haman ölkədə olan bütün yəhudiləri qırmaq barədə əyalət başçılarına göstəriş vermişdir və  çara çatdırmaqla, bunun qarşısını almaq lazımdır. Hamanın bir gün ərzində yəhudiləri qırmaq istəyi sonralar tarixdə həqiqətən öz real əksini tapmışdı. B.e.ə. 88-ci ildə Pont çarı VI Mitridat Yevpator bir gün ərzində öz ərazisində yaşayan 80 min nəfər romalını və italikləri qırdırmışdı.

Ester əri olan çara ustalıqla Hamanın dəhşətli göstərişini çatdırdı. Qadının təşkil etdiyi qonaqlıq vaxtı həyətə çıxan çar otağa qayıtdıqda, Hamanın onun arvadının ayaqlarından yapışdığını görüb, onun qadına təcavüz etmək istəməsindən şübhələndi. Haman isə ancaq Esterə yalvarırdı ki, ərinə bu xəbəri çatdırmasın. Çar Hamanı Mordexay üçün qurdurduğu dar ağacından asdırdı və onun qəddarlıqdan xəbər verən göstərişini ləğv etdi. Beləliklə, Ester hələ Hitlerdən 2.5 min il əvvəl yəhudilərə qarşı ilkin Holokostun baş verməsinin qarşısını almışdı.

Yəhudilər Bibliya qəhrəmanı olan Yudifə və Esterə bu gün də böyük ehtiram bəsləyirlər. Yəhudi xalqı 1970-ci illərdə Baş nazir Qolda Meyir kimi belə xilaskar qadına malik olmuşdu. O, 1973-cü ildəki "Qiyamət günü" müharibəsindəki qələbənin müəlliflərindən biri idi. Onun "Fələstinlilər silahı yerə qoysalar, sülh yaranacaq, israillilər silahı yerə qoysalar, İsrail dövləti məhv olacaqdır" sözləri bu gün də doğma xalqı arasında çağırışçı şüar kimi səslənir. Lakin taleyi dəhşətli tufanlara məruz qalmış yəhudilərin siyasi və hərbi rəhbərliyi bu gün ərəb qatı millətçiləri ilə mübarizə adı altında Qəzzada yaşayan mülki əhalinin qırğını kimi vəhşilikdən də çəkinmir.

Qadınlar sonralar meydana gələn bədii ədəbiyyatın da mühüm obyektinə, tədqiqat mənbəyinə çevrilmişdir. Böyük Roma şairi Ovidi Nazon özünün "Məhəbbət elmi" əsərində qadına məhəbbətin, ibtidai insanın mədəni, sivilizasiyalaşmış varlığa çevrilməsindəki əvəz edilməz rolunu vəsf etmişdir. O, qadınların kurorta və teatra getmələrinin əsas səbəbini özlərini nümayiş etdirməkdə, həm də öz macəra axtarışlarına əks-səda tapmaq cəhdi ilə izah edirdi. Qadın ölənə qədər məhəbbəti ovundurmaq iqtidarında, fiziki yaxınlıq üçün daim hazır olmaqla, kişilərin ehtiras yanğısını söndürmək gücündə olduğunu çətinlik çəkmədən nümayiş etdirir. O, qadının ehtirasa cavab vermək üçün üstün qabiliyyətə malik olduğunu, kişilərdən fərqli olaraq fiziki yaxınlıqda heç bir məhdudiyyət hiss etmədiyini vurğulayır və qeyd edir ki, hovuzdan hansısa qabla su götürmək, heç də onda məkan tapan mayenin azalmasına, yoxa çıxmasına səbəb olmur.

Qadın gözəlliyi eşq obyektinə çevrildikdə, daha parlaq işıqlanmağa başlayır, bir az əvvəl sükunətdə olan, qiymətini tapmadığından kədərə qərq olmuş könül, azacıq məhəbbət işartısının təsiri altında oyanmağa, canlanmağa başlayır. Bunun üçün qadının ruhunda, düşüncəsində sadəcə bir qığılcımın meydana gəlməsi kifayətdir. Qadın öz sevgisində də kişilərdən daha cəsarətlidir, ona vurulanı özünə əsir etmək, ən azı müəyyən vaxt üçün onu girov götürmək üçün təbiətinə məxsus olan hər bir vasitəni işə salmaqdan, onlardan bol-bol istifadə etməkdən çəkinmir. Qadın kişidən fərqli olaraq, fiziki yaxınlıq timsalındakı adsız təpəni tutmaq ilə özünü aldatmağa yol vermir, bu kiçik qələbəyə görə qətiyyən qürur duymur. Ona məhəbbət dağının zirvəsini fəth etmək, istəyini, öz ehtirasını doyuzdurmaq üçün kişilərə naməlum olanı, Comolunqmaya dırmaşmaq kimi çətin məqsədi həyata keçirməyə çalışır, var qüvvəsi ilə buna can atır. 

Qadın eşqində yanıldıqda, səhv etdiyi qərarına gəldikdə, girdiyi ittifaqın ona fil sümüyündən tikilən saray təklif etdiyi halda da, mövcud olan əlaqəni bir andaca kəsir, hətta nikaha son qoymaq cəsarəti nümayiş etdirir. Qadın məhəbbətin təkcə obyekti deyildir, onun varlığına əsasən sərəncam verən varlıqdır. Qadının könlü oyanmasa, onun  qəlbinə Kupidon oxunun zərbəsi dəyməsə, ona ünvanlanan çağırışa, bəzən hətta yalvarış harayına da cavab vermək istəməsə, heç bir məhəbbət anı meydana gəlmir, mövcud olmur. Qadın öz səhvi ilə fiziki yaxınlığa yol versə də, az sonra könlünün tələbi ilə bu əlaqəyə son qoyur, həyatda olduqca böyük çətinliklərlə üzləşsə də, ehtiyac girdabında yaşamaqdan əziyyət çəksə də, qərarının düzgün olduğuna şübhə etmir. Çünki kişilərdən fərqli olaraq, o, fiziki yaxınlıq düşkünü deyildir, ona yalnız könlünün ehtiyac duyduğu və qurduğu məhəbbət dünyası lazımdır. Bu dünyanın bəzəyi könlün tələbatının ödənilməsidir, heç də maddi imkanlara yiyələnmək həvəsi deyildir. Mübahisə edənlər yanılsalar da, əks mövqeyi təsdiq etmək üçün bədənini satan qadınların acı təcrübəsini arqument kimi irəli sürə bilərlər. Fahişəlik, qadının öz bədəni ilə alver etməsi olduqca qədim peşədir və F.Engels onun ilkin yaranması səbəbini, məbədlərin xərclərini ödəmək üçün rahibələrin bu yola düşdüyü ilə izah edir. Bəlkə də, fahişəlik dini məbədlərdən daha köhnə olan ehtiyacı ödəməyin yollarından biridir. Əxlaq pozğunluğuna, fahişəliyə qurşanmış qadın, bu, hansısa zöhrəvi xəstəliyin nişanəsi deyilsə, ehtiyac ucbatından həmin dəhşətli, bəlkə özünün də nifrət etdiyi yola qədəm basır və ondan çıxmaqda da çətinlik çəkir və qocalana, hətta tələbdən məhrum olana qədər bu alçaldıcı məkanı tərk edə bilmir. Ona görə də fahişəliyə qurşanmış qadınlara tam başqa, yazığı gəlmə, mərhəmətli münasibət bəslənməlidir və imkan daxilində onları bu iyrənc şəraitdən xilas etmək üçün onlara hər cür köməklik göstərilməlidir.

Məhəbbət təbii istəkdir və heç kəsə onu qadağan etmək mümkün deyildir. Bəzi dinlər zinakarlığa qarşı sərt qaydalar, cəzalar təyin etsə də, hətta bunu etmiş qadını daş-qalaq etməklə öldürməyə girişsə də, bu, həmin dinlərin ağalıq etdiyi teokratik dövlətlərdə də fahişəliyə nəinki son qoymağı bacarır, əksinə, sərt ölçülər fiziki yaxınlıq axtaranların həvəsini daha da qızışdırır.

Hər bir qadın ona vurulan adam üçün, cazibədarlıq xüsusiyyətlərinə malik olmasından asılı olmayaraq, gözəllik simvolu hesab olunur. Hətta çirkin qadına vurulmaq üçün onda bu vaxta qədər gizli qalan hansısa gözəllik nişanəsini tapmaq mümkündür. Çünki kişi gözü qadının xoşagələn məziyyətlərini əks etdirən güzgü rolunu oynayır. Gözəlliyi də, məhz qadına vurulan gözlər müəyyən edir və onu böyütməklə, daha xoşagələn haşiyələrə salmaqla, ona heyran olmağa başlayır. Özünə qəsd edib, kişi nəzərindən qaçmağa çalısan qızdan, qadından başqa heç kəs məhəbbət dalğasının təsirindən kənarda qalmır, bu dənizin suları təkcə onun bədənini əzizləməklə kifayətlənmir. Həm də ruhunu, könlünü oxşayır, bu vaxt qadın ürəyi ona ünvanlanan güclü hissləri cavabsız qoya bilmir.

Nyuton Ümumi cazibə qanununu tapmamışdan əvvəl, kainatın kiçik bir hissəsində, qadın könlündə və bədənində daha güclü qravitasiya qüvvəsi yaranmışdı. Qadın gözəlliyi, bu, heç də mütləq anlayış deyildir, nisbi xüsusiyyətdir, əsasən ona dikilmiş nəzərlər vasitəsi ilə meydana gəlir, cazibə dalğası əks cinsin ruhi və fiziki istəyindən kənarda qalmır, öz obyektini tapır və əks tərəfdən də ona cavab verildikdə iki cins arasında izahı çətin olan birləşmə, vahid ruha çevrilmə möcüzəsi meydana gəlir. Qadının cazibə qüvvəsi olduqca güclüdür, bəlkə də yuxarı tullandırılan cisimləri özünə cəlb edən Yer kürəsinin malik olduğundan da böyükdür.

Ona görə də qadına vurğunluq hələ qədim dövrlərdən mifologiyadan tutmuş poeziyaya qədər tərənnüm edilmiş, vəsf obyektinə çevrilmişdir. Qədim Roma şairi Katull sevgilisinə müraciət edərək, onu öpüşlərə qərq edəcəyinə, bu öpüşlərin sayını itirəcəyinə söz vermişdi. Məhz belə nəhayətsiz vurğunluq qadının ürəyindəki buzu əridə, aysberqin donmuş kristallarını bir andaca məhəbbət dənizinin məlhəm suyuna çevirməyi bacarır.

Məhəbbətin qələbəsi könüllərin hökmü şəklində meydana çıxsa da, nəticədə bədənlərin fiziki yaxınlığında tapır. Bədənlərin birləşməsindən əvvəl zərif könül saplarının sıx çuğlaşması baş verir. Təsadüfi deyildir ki, XII əsrdə Fransada meydana gələn Trubadurlar poeziyası fiziki hissiyyatı ön plana çəkib, bunu insan könlünü sakitləşdirən, ram edən məlhəm hesab edirdi. Dahi Nizami də poemalarına erotika səhnələri gətirmişdi. Şərq dastanları da bu məsələdə heç də geridə qalmaq istəmir. "Min bir gecə" nağıllarının qəhrəmanı Şəhrizada İran şahını təkcə nağılları ilə deyil, həm də onun bədən ehtirasını söndürmək qabiliyyətinə yiyələnməsi ilə məftun edə bilmişdi. Hər gecə o, şaha təkcə rəvayətləri söyləməklə deyil, həm də əvvəllər  ona məlum olmayan hissiyyat sirlərini açmaqla, onu özünə əsir etməyə, əvvəlki qəddar adətindən, qadınla yaxın olduqdan sonra onu öldürmək kimi qeyri-təbii vəhşilikdən çəkinməyə sövq etmişdi. Şəhrizada sübut edir ki, məhəbbət öz sirli çalarları ilə istənilən qəddar xüsusiyyətləri də məhv edib, onun sahibini insanlığa qaytara bilər.

Şəhrizada qəddar şahı başa salır ki, qurbanları qanuni yollarla ona təsir etmək gücündə deyildilər, çünki şah öz xeyrinə, lakin insanlığa zidd olan istəyini, pozulmaz qanuna çevirib yazıq məxluqların həyatına son qoymaqla özünü qalib sayır. Bu, qələbə deyil, əslində şahın özünün könülləri fəth edə bilməməsində ifadə olunan məğlubiyyətidir. Qurbanları, fiziki cəhətdən məhv olmaları ilə də, bu qəddarlığa son qoya bilmirdilər. Şahın imkanlarından qorxu, onları hər cür müdafiədən çəkindirməklə, əslində  bədbəxt finallarına sadəcə yol acırdı.

Şəhrizada öz məhəbbət silahı ilə şahı tərksilah etməyi və özünə tabe etməyi bacardı. Axı ən qəddar məxluqlar da məhəbbət haləsində  vəhşi xarakter daşıyan üsullardan uzaqlaşırlar. On milyonlarla insan həyatına qəsd etmiş Hitler vurulduğu Yeva Braunun yanında özünü tam sakit aparırdı. İkinci Dünya müharibəsi illərində Avropada insanlar məktublarında onlara qənim kəsilən taledən şikayətləndikləri, həlak olma təhlükəsinin yaxınlaşdığı barədə qorxulu xəbərləri çatdırdıqları halda, bu zəhərli ilanla Yeva Braun arasındakı məktublar sevgi musiqisinin təranələrini andırırdı. Hitlerin sevgilisinə yazdığı məktublar, dövrün dəhşətlərindən şikayət şəklindəki milyonlarla epistolyar janr nümunələrindən tam fərqli olması ilə seçilirdi. Saysız, hesabsız insan kütləsi öz əzizlərinə rekviyem həsr etdikləri halda, qaniçənliyi ilə, ağzından ölüm seliyi axan Kommoda əjdahasını andıran insan qiyafəsindəki bu yırtıcı, öz məktublarında lirik, romantik hisslərdən bəhs edirdi. Təkcə Yevaya münasibətdən başqa, bu vəhşi qulduru insan saymaq olmazdı. 1944-cü ilin iyulunda Hitlerə qarşı sui-qəsddə o, çox yüngül yaralanmışdı. Yeva bunu eşitdikdə, təşviş içində sevgilisinə zəng vurmuşdu. Hitler onu sakitləşdirib, demişdi ki, məgər sən bilmirsən ki, məni qəzavü-qədər qoruyur. Onun belə lovğalanması da əbəs idi, çünki heç on ay keçməmiş şəhəri tutan sovet qoşunlarının onu əsir götürəcəyi qorxusundan Hitler intihar etmiş, bu dəhşətli Molox həyatı tərk etmişdi. 

Hitlerin, onun yaratdığı nasizmin məhvi bəşəriyyəti olduqca acı taledən xilas etdi. Müttəfiq qoşunları təkcə döyüş cəbhələrində əsl igidlik göstərmədilər, həm də insanlığın qələbəsi uğrundakı mübarizədə vəhşiliyə, XX əsrdə meydana gələn qaniçici ordaya qalib gəlməklə, bəşəriyyəti qanlı tiraniyadan xilas etdilər. Sovet ordusu nasist Almaniyasının paytaxtı Berlini tutmaqla, misli görünməmiş bir qələbəyə imza atdı.

(Ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://525.az
archiveBu xəbər 09 İyul 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see434

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see302

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see197

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see186

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see166

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see156

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see154

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see151

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see138

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see136

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see135

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see134

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see134

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see133

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

11 Oktyabr 2025 20:50see133

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see129

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see125

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

11 Oktyabr 2025 17:55see124

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see123

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri