Icma.az
close
up
RU
Qadınlar kimin yerini dar edir?

Qadınlar kimin yerini dar edir?

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikan prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb. Qadınların zorakılığa qarşı mübarizə simvolları ağ lentdir. BMT cəmiyyətin bu problemə diqqətini cəlb etmək üçün noyabrın 25-də hökumətlərə, beynəlxalq təşkilatlara və QHT-lərə tədbirlər keçirməyi təklif edir.

Cəmiyyətdə sivilizasiya səviyyəsini müəyyən edən ən mühüm meyar o toplumda qadının statusudur. Genderlə bağlı araşdırmaların əksəriyyəti də qadınları kişilərlə müqayisə etməklə aparılır. Cinsimizi xromosomlar müəyyən etdiyi halda, gender balansımızı cəmiyyət müəyyən edir. Qadını əzən də bu cəmiyyətdəndir, əzdirən də. Döyən də içimizdəndir, izləyən də. Əslində, bütün demokratik ölkələrin siyasətinin əsasını gender bərabərliyi təşkil edir, lakin realda bir çox ölkədə qadınlar müstəqil və bərabərhüquqlu vətəndaş kimi sosial-ictimai həyatda iştirak edə bilmirlər.

Gender bərabərliyi qadın-kişi arasındakı sosial vəziyyəti, hüquqi maraqları, iqtisadi durumu tarazlaya bilir. Amma bu vəziyyətdən narahat olan güclü cins əlinə keçən hər fürsəti dəyərləndirir, qadınlar ailədə fiziki zorakılığa məruz qalır, bütün yolları yoxlayır, ailəsini qorumaq üçün hər fürsəti dəyərləndirir, amma vəziyyət düzəlmir. Qadın boşanmaqdan qorxur, çünki boşanmış qadın cəmiyyətdə stiqma ilə üzləşir. Onu boşandığı üçün qınayan cəmiyyət sosial-ictimai həyatda yer tutması üçün heç bir təşəbbüs göstərmir. Necə deyərlər, nə paraya dəy, nə bütövü kəs, amma doyunca ye...

Qadınlara qarşı zorakılıq: niyə, nə üçün?

Qadınlar sadəcə öldürülmür, ağır işgəncələrlə və vəhşicəsinə yollarla qətl edilir. Bütün dinlərin, inancların, qədim adət-ənənələrin baş tacı etdiyi qadın bu dövrdə, bu əsrdə yerlərdə sürüklənir, kəndirdən asılır, dəlik-deşik edilir.

Qadınların vəhşicəsinə qətl edilmə səbəbləri arasında 3 əsas amil var – savadsızlıq, sevgisizlik, şüursuzluq. Hər 3 amili də ailə formalaşdırır. Əgər hər bir valideyn övladını sevgi ilə böyütsə, övladına insani dəyərləri aşılasa, təhsil versə bu cür psixoloji pozğunluğu olan kişilər cəmiyyəti birə kimi basmaz, zorakılıq edə bilməz. Oğlan uşağına bəy balası, xan nəvəsi ədası ilə davranan, elədiyi səhvi dəcəllik kimi qəbul edən, hərəkətlərinə göz yuman valideyn gələcəkdə övladının edəcəyi zorakılığa yol açır əslində.

Qadına qarşı yolverilməz hərəkətlər edən, söyən, döyən, qətl edən insanları da cəmiyyət olaraq biz yetişdiririk. Fundamental maarifləndirməyə əhəmiyyət verməli, insanları psixoloji cəhətdən islah etməli, düşüncələri dəyişib inkişaf etdirməli olduğumuzu bilirik. Çox vaxt bunu həyata da keçiririk. Amma nəticə istədiyimiz kimi olmur. Qadına qarşı zorakılıq hər gün, hər saat artır. Sabaha ümid bağlamırıq daha, çünki dünən sabahdan daha empatiya dolu idik.

Bərabərlik – sözdə yox, əməldə

Dövlətimizin bütün qanunlarında, hüquqi sənədlərdə bərabərlik təmin edilir, lakin cəmiyyətin sosial bərabərlik anlayışı dəyişmədiyi üçün qadınlara sosial baxış da dəyişmir. Buna görə də anlayış dəyişikliyi tələb olunur. Qadınların maarifləndirilməsi, səhiyyə, siyasət və ictimai həyatda iştirakda qadınların prioritetliyi, qadınların öhdəlikləri ilə bağlı mənfi stereotiplərdən yaxa qurtarmaq və ailədə öhdəliklərin bölüşdürülməsi əsas hədəf olmalıdır. “Mən kişiyəm, mənə olar” ədası ailənin sonu olur, acı təcrübələrini çox görmüşük.

Ailədə qərarları birlikdə qəbul etmək, hüquq və vəzifələrdə bərabərliyi təmin eləmək, ailədə qız və oğlanlara bərabər münasibət göstərmək, qadınların sosial həyatda iştirakının təmin edilməsi və dəstəklənməsi, onların məşğulluğunun artırılması, qadınların ailə həyatı ilə iş həyatının bir-birini təmin etməsinə şərait yaratmaq, qadınların zorakılığa məruz qalmasının qarşısının alınması, ayrı-seçkiliyin qadağan edilməsi və ayrı-seçkiliklə mübarizə məsələsinin təşviqi, bərabər imkanların təmin edilməsi qadına göstəriləcək ən böyük dəstəkdir.

Qadın hüquqları ilə bağlı fəaliyyət göstərən bir çox layihə icraçıları elə düşünür ki qadınların hüquqlarını qadınlara başa salmaqla gender bərabərliyini təmin etmiş olurlar. Amma bu bərabərliyin təmin edilməsi üçün qadınlardan çox kişilərin maariflənməyə ehtiyacı var. Axı qadınları əzən, söyən, döyən, öldürən qadınlar deyil. Haqqını-hüququnu bilməsi qadına nə verir? Əvvəl 10 öldürülürdüsə, indi 9 öldürürlürlər, razıyam. 1 nəfər özünü xilas etdi, bəs yerdə qalanlar?

Vəzifənin qadını, kişisi olur?

Gender bərabərliyinin təmin edilməsi və cəmiyyətdə qadınlara verilən rolların dəyişdirilməsi üçün bütün cəmiyyət olaraq qadınların qarşısında qoyulan maneələri aradan qaldırmaq, onları bərabərhüquqlu şəxsiyyət kimi qəbul etmək və cəmiyyətdə öz layiqli yerini tutmalarına dəstək olmaq lazımdır. Xüsusilə. kişilər qadınlara münasibətdə inqilab etməlidir.

Bizim ölkəmizdə iddia etdiyimiz qədər də öncəlik verilmir qadınlara. Doğrudur, əhəmiyyətli postlarda qadın vəzifəlilər var, lakin bu nisbət ölkənin qadın əhalisinin əhəmiyyətli faizi qədər deyil. Dövlət və özəl sektorda təmsil olunan qadınlardan əlavə sadə vətəndaşların iqtisadi imkanları o qədər də yüksək faizlə xarakterizə edilmir. İş qurmaq istəyən, sərbəst gəlir əldə etmək istəyən çox sayda qadın var. Əslində, bizim ölkədə sənədlərdə olan imtiyazlarından istifadə edə bilsələr qadınlar çox rahat həyat yaşayarlar, lakin sənəddə olanlar reallığa ötürülmür. Qadınlar iş mühitində sıxışdırılırlar, biznes imkanı əllərindən alınır, mental ayrı-seçkiliyə məruz qalırlar.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Noyabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri