Icma.az
close
up
RU
Haqq yerini tapdı, qadınlar da haqlarına çatdı

Haqq yerini tapdı, qadınlar da haqlarına çatdı

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Bəlkə də dünya binə olandan qadınlara da onların əks cinsinə baxıldığı kimi baxılsaydı, heç ayrı-ayrı zamanlarda qadın hüquqları, haqları və qadınların müdafiəsi ilə bağlı digər günlərin yaranmasına, təsis olmasına ehtiyac da qalmazdı. Lakin bu, əsla bizim istəyimiz kimi olmayıb.

Nədənsə hər ikisi yer üzərinə Allah tərəfindən bəxş olunan, hər ikisini də ana dünyaya gətirən, hər ikisinin iki valideyninin olması şərt olan qadın və kişi arasında zamanın bütün mərhələlərində fərq olub. Onlar arasına ayrı-seçkilik qoyulub.

Qadın uşaq saxlamalı, evin işlərini görməli, susmalı, istəyini bildirməməli, işləməməli, insanlar arasında görünməməli və sair kimi qadağalar bineyi-qədimdən onların hüquqlarını pozan amillər arasında olub. Lakin bütün bunların heç biri kişilərə şamil edilməyib.

Maraqlıdır, görəsən dünyanın ən başlanğıcında qadınlarla kişilər arasındakı bu ayrı-seçkiliyin müəllifi kim olub? Kimin ağlına bu fikirlər gəlib? Bunlar nədən qaynaqlanıb? Nə üçün iki insan bir evdə bu qədər fərqli şəkildə yaşayıb. Nə üçün iki cinsin nümayəndəsi cəmiyyətdə bu qədər ayrı-seçkiliyə məruz qalıb?

Bütün bunları təqvimdə 5 dekabr - Dünya Qadın Haqları Gününü görərkən düşünürəm. Və düşünməmək də mümkün deyil. Türkiyədə 1934-cü il dekabrın 5-də Mustafa Kamal Atatürk tərəfindən qadınlara seçmə və seçilmə haqqı verilib. O tarixdən bəri bu xüsusi gün Türkiyə və dünyada Dünya Qadın Haqları Günü kimi qeyd edilir. Türkiyə dünyada qadınlara ən erkən seçmə və seçilmə haqqı verən ölkələr arasında yer alır. Daha sonra isə digər ölkələrdə də müxtəlif vaxtlarda qadınlara seçmək və seçilmək hüququ verilib. Azərbaycanda isə bu, 1918-ci ilə təsadüf edir.

Maraqlıdır, bəs həmin tarixə qədər qadın nə üçün seçə və seçilə bilməzdi? Nə üçün bunları kişilər edə bilərdi, lakin qadınlar yox? Saymaqla bitməyən qadın hüquq və azadlıqlarını böyük qürur və sevinclə qarşıladığımız günümüzdə həm də onu düşünürəm ki, bütün dünya əsrlərlə qadınların qarşısında bir günah yaşayıb.

Əgər bu gün qadın seçə və seçilə, yüksək vəzifələrdə işinin öhdəsindən gələ bilirsə, deputat kimi fəaliyyət göstərirsə, müəllim, həkim, jurnalist. mühəndis və sair yüzlərlə sənətin uğurla sahibinə çevrilə bilirsə, çox vaxt da öz işini kişilərdən dəfələrlə yaxşı icra etməyi bacarırsa, bu, yüzilliklər öncə mümkün deyildimi?

Mümkün idi. Tarixə nəzər salarkən çoxsaylı ağıllı, qəhrəman qadınlarla rastlaşırıq. O qadınlar ki, kişilər həmişə onların ağlından, məsləhətindən istifadə ediblər. Qadınlar müdrikliyi, savadı, biliyi ilə evdə övladlarını sabahın ən öndə olan adamlarına çeviriblər. Səslərini çıxara bilməsələr də, adam içərisinə çıxmağa iznləri olmasa da, bəzi hallarda üzləri belə görünməsə, bəzi hallarda başlarını yuxarı qaldırmağa qorxsalar da, onlar hər zaman evlərinin xanımı olublar. Həm evin saysız işini zərif çiyinlərinə götürüblər, həm də övlad yetişdirmək işini.

Beləliklə, cəmiyyətin hər zaman aralarına ayrı-seçkilik qoyduğu kişiləri həmin qadınlar dünyaya gətirib, tərbiyə ediblər. Lakin nədənsə biri hər zaman öndə olub, digəri çox arxada.

Şükürlər olsun, bu günlərə. Yaxşı ki, haqq yerini tapdı, qadınlar da haqlarına çatdı. Dünyadan öz dünyamıza-ölkəmizə qayıdırıq və qürurla deyirik ki, 1918-ci ildən –artıq 100 ildən çoxdur ki, qadınlara kişilərlə eyni hüquqlar verilib. İndi ölkəmizdə qadınlar seçə-seçilə, ən yüksək vəzifələrdə çalışa bilir.

Nə gözəldir qadınları haqları və haqları olanlarla birgə görmək. Çünki bütün hüquq və azadlıqlar qadınların da hüququdur.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Dekabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri