Icma.az
close
up
RU
Qadınlar kişilərlə müqayisədə niyə daha çox depressiyaya düşürlər?

Qadınlar kişilərlə müqayisədə niyə daha çox depressiyaya düşürlər?

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Berlin, 9 oktyabr, AZƏRTAC

Qadınların kişilərlə müqayisədə niyə daha çox depressiyaya düşməsi uzun illər ərzində elm üçün sirr olaraq qalsa da, Avstraliyanın Berqhofer Tibbi Tədqiqat İnstitutunun alimlərinin apardığı araşdırma bu sualın cavabını müəyyənləşdirməyə imkan verir.

AZƏRTAC xəbər verir ki,“Nature Communications” jurnalında dərc olunan elmi məqaləyə əsasən, araşdırmanın nəticələri qadınlarda klinik depressiyaya tutulma riskinin genetik səbəblərlə birbaşa əlaqəli olduğunu sübut edib.

Bu, depressiya ilə bağlı indiyədək aparılan ən genişmiqyaslı araşdırmalardan biridir. Tədqiqat çərçivəsində depressiyadan əziyyət çəkən 200 min nəfərin DNT-si təhlil edilib. Araşdırmanın nəticələrinə görə, qadınlarda depressiya ilə əlaqəli təxminən 13 min, kişilərdə isə 7 min genetik göstərici müəyyən olunub. Bu da qadınların depressiyaya qarşı genetik meylliyin daha güclü olduğunu göstərir.

Tədqiqatçılar vurğulayıblar ki, depressiya ilə bağlı elmi işlərin çoxu indiyədək əsasən kişi pasiyentlər üzərində aparıldığından mövcud müalicə üsulları da daha çox onlara yönəlib. Bu tədqiqat nəticəsində əldə edilən yeni biliklər isə depressiyanın səbəbləri barədə aydın təsəvvür yaradır və xəstəliyin fərdi xüsusiyyətlərə uyğun daha dəqiq müalicəsinə imkan verəcək.

Alimlərin fikrincə, depressiya qadınlarda çox vaxt maddələr mübadiləsinin pozulması, bədən çəkisinin artması və enerjinin tükənməsi kimi fiziki əlamətlərlə müşayiət olunur. Genetik fərqlər bu simptomların izahına da işıq sala bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 300 milyondan çox insan depressiyadan əziyyət çəkir və bu xəstəlik ən çox rast gəlinən psixi pozuntulardan biridir. Yeni tədqiqat qadınlarda depressiyanın həm diaqnostikasını, həm də müalicəsini fərdi və effektiv şəkildə həyata keçirməyə imkan verəcək.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri