Icma.az
close
up
RU
Qadınlar, yoxsa kişilər daha çox depressiyaya düşür?

Qadınlar, yoxsa kişilər daha çox depressiyaya düşür?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qadınlar emosional olduqlarına görə daha çox depressiyaya düşürlər”.

Bu sözləri klinik psixoloq Xəyalə Xasməmmədli “Cebheinfo.az”-a açıqlamasında deyib.O, bunun səbəblərindən bəhs edib:

“Xanımlar kişilərdən fərqli olaraq özlərini daha çox günahlandırırlar. Bu səbəbdən də xanımların depressiyaya düşmə ehtimalı daha çox olur. Lakin bu, statistik məlumat deyil. Depressiya insanın özünü günahlandırması və qınaması səbəbindən başlayır. Yəni özlərini günahlandıran həssas kişilər də bu problemdən əziyyət çəkə bilərlər”.Ekspert vurğulayıb ki, özünü günahlandırmaq depressiyaya səbəb olur:

“Bu, dünyanın hər yerində belədir. Depressiyanın müddəti var. Əgər 2 həftədən artıq davam edirsə, onu depressiya adlandırmaq olar. Lakin 2-3 gün davam edən kefsizlik hissi isə depressiya sayılmır. Yəni bir neçə günə əhvalı düzələn insan depressiyaya düşmüş olmur. Çünki depressiya tamam fərqlidir, dərin kədər hissidir. Onun da diaqnozu 14 gündən sonra qoyulur”.

Mütəxəssis depressiyaya düşən insanların atmalı olduqları addımlardan da söz açıb:

“Əgər kimdəsə 14 gün ardıcıl depressiya yaşanırsa, mütləq şəkildə klinik psixoloqa müraciət etməlidir. Əks halda, şəxsin təkbaşına sağalması mümkün deyil. Onun diaqnostik qiymətləndirməsi aparılmalı, depressiyasının dərəcəsi müəyyən edilməlidir”.

Xəyalə Xasməmmədli depressiyaya düşən insanların neçə seansa sağaldığını da açıqlayıb:

“Əslində, bu, fərdə görə dəyişdiyi üçün konkret bir söz demək çətindir. Məsələn, 3 seansa da, 6 seansa da toparlanan insanlar olur. Hətta bəzi şəxslərə 1 seans belə bəs edir. Bu, insanın yanaşmasından və təhlil bacarığından asılıdır. Təhlil bacarığı olmayan insanlarla proses daha uzun çəkir”. 

Onun sözlərinə görə, bir insan özünü günahlandırmır və tənqid etmirsə, heç vaxt depressiyaya düşməyəcək:

“Lakin hər hansısa səbəb olmadan depressiyaya düşən insanlar olur. Bu da endogen depressiya adlanır. Endogen və psixogen depressiya bir-birindən fərqlənir.Biz hazırda psixogen depressiyadan danışırıq.

Endogen depressiyaya məruz qalan şəxslər psixiatra müraciət etməlidirlər. Onları dərman müalicəsi ilə sağaltmaq mümkündür. O bizim ixtisasımızdan kənardır”.

Elmir Mustafa
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri