“Qadınlara qarşı zorakılıq insanlığa xəyanətdir”
Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
“Türkiyə prezidenti olaraq mən ölkəmizdə və dünyada bütün qadınların ləyaqətlə yaşamaq hüquqlarını qorumaq uğrunda apardıqları mübarizədə hər zaman onların yanında olacağam”.
Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü” münasibətilə çıxışı zamanı deyib.
"Bu mesajı Fələstinli və Livanlı qadınlara çatdırmaq istəyirəm, Türkiyənin bütün qadınlarının ürəyi sizinlə döyünür. Onlar sizin üçün dua edirlər. Qərb dövlətlərinin üz çevirdiyi fələstinli və livanlı qadınlara bütün səmimiyyətimlə bu mesajı çatdırmaq istərdim: Zorakılığa məruz qalan bütün qadınlar kimi sizinlə tam həmrəyik”, - deyə siyasətçi vurğulayıb.
Ərdoğan bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun hökuməti öldürməkdən həzz alan silsilə qatillər kimi hər gün onlarla qadın, uşaq, qoca və körpəni vəhşicəsinə qətlə yetirir.
“Biz sionist lobbisinin təzyiqlərindən asılı olmayaraq reaksiya verəcəyik və sizin ən təməl haqqınız olan yaşamaq hüququnuzu müdafiə etməkdən çəkinməyəcəyik”, - deyə Türkiyə lideri əlavə edib.
Ərdoğan qeyd edib ki, qadınlara qarşı zorakılıq insanlığa xəyanətdir. İnsanlara, xüsusən də qadınlara qarşı zorakılıq qəbuledilməz vandalizmdir. Qadına əl qaldıran, fiziki və ya psixoloji zorakılıq göstərən hər kəs layiq olduğu cəzanı almalıdır və bunu təmin etmək dövlətin əsas vəzifəsidir.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 25 Noyabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















