Icma.az
close
up
RU
Qadınlara qarşı zorakılıq: niyə, nə üçün? ANALİZ

Qadınlara qarşı zorakılıq: niyə, nə üçün? ANALİZ

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

TƏBİB-in ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva keçmiş həyat yoldaşının hücumuna məruz qalması ilə bağlı iki gündür ölkə mətbuatında xəbərlər dərc edilir. Hadisədən 1 həftə əvvəl boşanan Lamiyə işdən evə qayıdarkən anasının və azyaşlı övladlarının yanında hücuma məruz qalıb. Ona bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu qoyulub, əməliyyat edilib, indi çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində həyatda qalmaq uğrunda mübarizə aparır. Cinayət əməlini törətməkdə şübhəli bilinən Tural Qanbayevi hüquq-mühavizə orqanları axtarsa da o 1 gün gizlənə bilib. Daha sonra keçmiş ər sirkə turşusu içərək intihara cəhd edib. Hazırda onların hər ikisi eyni xəstəxanada nəzarət altındadırlar.

Lamiyəyə 11 bıçaq yarası vurub keçmiş əri, təsəvvür edirsiniz? Əgər özündə güc tapıb başını kənara çəkməsəymiş 12-ci bıçaq zərbəsi də boşazını kəsəcəkmiş Lamiyənin. Qonşu qadının süpürgə ilə caniyə mane olması Lamiyəyə başını kənara çəkə bilmək şansı verib və son bıçaq onun boğazını yox, ağzını kəsib.

Lamiyə bu gün ölüm-qalım savaşında həyatda qala bilmək üçün mübarizə aparır, azyaşlı övladları isə şahidi olduqları bu dəhşətli hadisənin təsirindədir. Böyük bir kollektivin sevimlisi, nümunəvi işi ilə örnək olan, himayəsində iki azyaşlı uşağı olan bir qadına qarşı edilən bu vəhşilik əslində tək Lamiyənin yox, cəmiyyətin faciəsidir. Azğınlaşan, qəddarlaşan, murdarlaşan cəmiyyətin güzgüsüdür bu hadisə.

Cəmiyyətdə sivilizasiya səviyyəsini müəyyən edən ən mühüm meyar o toplumda qadının statusudur. Genderlə bağlı araşdırmaların əksəriyyəti də qadınları kişilərlə müqayisə etməklə aparılır. Bizim cinsimizi xromosomlar müəyyən etdiyi halda, gender balansımızı cəmiyyət müəyyən edir. Qadını əzən də bu cəmiyyətdəndir, əzdirən də. Döyən də içimizdəndir, izləyən də. Öldürən də bizik, ölən də.

Əslində, bütün demokratik ölkələrin siyasətinin əsasını gender bərabərliyi təşkil edir, lakin realda bir çox ölkədə qadınlar müstəqil və bərabərhüquqlu vətəndaş kimi sosial-ictimai həyatda iştirak edə bilmirlər. Gender bərabərliyi qadın-kişi arasındakı sosial vəziyyəti, hüquqi maraqları, iqtisadi durumu tarazlaya bilir. Amma bu vəziyyətdən narahat olan güclü cins əlinə keçən hər fürsəti dəyərləndirir, qadınlar ailədə fiziki zorakılığa məruz qalır, bütün yolları yoxlayır, ailəsini qorumaq üçün hər fürsəti dəyərləndirir, amma vəziyyət düzəlmir. Qadın boşanmaqdan qorxur, çünki boşanmış qadın cəmiyyətdə stiqma ilə üzləşir. Onu boşandığı üçün qınayan cəmiyyət sosial-ictimai həyatda yer tutması üçün heç bir təşəbbüs göstərmir. Necə deyərlər, nə paraya dəy, nə bütövü kəs, amma doyunca ye...

Qadınlara qarşı zorakılıq: niyə, nə üçün?

Qadınlar sadəcə öldürülmür, ağır işgəncələrlə və vəhşicəsinə yollarla qətl edilir. Bütün dinlərin, inancların, qədim adət-ənənələrin baş tacı etdiyi qadın bu dövrdə, bu əsrdə yerlərdə sürüklənir, kəndirdən asılır, dəlik-deşik edilir.

Qadınların vəhşicəsinə qətl edilmə səbəbləri arasında 3 əsas amil var – savadsızlıq, sevgisizlik, şüursuzluq. Hər 3 amili də ailə formalaşdırır. Əgər hər bir valideyn övladını sevgi ilə böyütsə, övladına insani dəyərləri aşılasa, təhsil versə bu cür psixoloji pozğunluğu olan kişilər cəmiyyəti birə kimi basmaz, zorakılıq edə bilməz. Oğlan uşağına bəy balası, xan nəvəsi ədası ilə davranan, elədiyi səhvi dəcəllik kimi qəbul edən, hərəkətlərinə göz yuman valideyn gələcəkdə övladının edəcəyi zorakılığa yol açır əslində.

Qadına qarşı yolverilməz hərəkətlər edən, söyən, döyən, qətl edən insanları da cəmiyyət olaraq biz yetişdiririk. Fundamental maarifləndirməyə əhəmiyyət verməli, insanları psixoloji cəhətdən islah etməli, düşüncələri dəyişib inkişaf etdirməli olduğumuzu bilirik. Çox vaxt bunu həyata da keçiririk. Amma nəticə istədiyimiz kimi olmur. Qadına qarşı zorakılıq hər gün, hər saat artır. Sabaha ümid bağlamırıq daha, çünki dünən sabahdan daha empatiya dolu idik.

Bərabərlik – sözdə yox, əməldə

Dövlətimizin bütün qanunlarında, hüquqi sənədlərdə bərabərlik təmin edilir, lakin cəmiyyətin sosial bərabərlik anlayışı dəyişmədiyi üçün qadınlara sosial baxış da dəyişmir. Buna görə də anlayış dəyişikliyi tələb olunur. Qadınların maarifləndirilməsi, səhiyyə, siyasət və ictimai həyatda iştirakda qadınların prioritetliyi, qadınların öhdəlikləri ilə bağlı mənfi stereotiplərdən yaxa qurtarmaq və ailədə öhdəliklərin bölüşdürülməsi əsas hədəf olmalıdır. “Mən kişiyəm, mənə olar” ədası ailənin sonu olur, acı təcrübələrini çox görmüşük.

Ailədə qərarları birlikdə qəbul etmək, hüquq və vəzifələrdə bərabərliyi təmin eləmək, ailədə qız və oğlanlara bərabər münasibət göstərmək, qadınların sosial həyatda iştirakının təmin edilməsi və dəstəklənməsi, onların məşğulluğunun artırılması, qadınların ailə həyatı ilə iş həyatının bir-birini təmin etməsinə şərait yaratmaq, qadınların zorakılığa məruz qalmasının qarşısının alınması, ayrı-seçkiliyin qadağan edilməsi və ayrı-seçkiliklə mübarizə məsələsinin təşviqi, bərabər imkanların təmin edilməsi qadına göstəriləcək ən böyük dəstəkdir.

Qadın hüquqları ilə bağlı fəaliyyət göstərən bir çox layihə icraçıları elə düşünür ki qadınların hüquqlarını qadınlara başa salmaqla gender bərabərliyini təmin etmiş olurlar. Amma bu bərabərliyin təmin edilməsi üçün qadınlardan çox kişilərin maariflənməyə ehtiyacı var. Axı qadınları əzən, söyən, döyən, öldürən qadınlar deyil. Haqqını-hüququnu bilməsi qadına nə verir? Əvvəl 10 öldürülürdüsə, indi 9 öldürürlürlər, razıyam. 1 nəfər özünü xilas etdi, bəs yerdə qalanlar?

Vəzifənin qadını, kişisi olur?

Gender bərabərliyinin təmin edilməsi və cəmiyyətdə qadınlara verilən rolların dəyişdirilməsi üçün bütün cəmiyyət olaraq qadınların qarşısında qoyulan maneələri aradan qaldırmaq, onları bərabərhüquqlu şəxsiyyət kimi qəbul etmək və cəmiyyətdə öz layiqli yerini tutmalarına dəstək olmaq lazımdır. Xüsusilə kişilər qadınlara münasibətdə inqilab etməlidir.

Bizim ölkəmizdə iddia etdiyimiz qədər də öncəlik verilmir qadınlara. Doğrudur, əhəmiyyətli postlarda qadın vəzifəlilər var, lakin bu nisbət ölkənin qadın əhalisinin əhəmiyyətli faizi qədər deyil. Dövlət və özəl sektorda təmsil olunan qadınlardan əlavə sadə vətəndaşların iqtisadi imkanları o qədər də yüksək faizlə xarakterizə edilmir. İş qurmaq istəyən, sərbəst gəlir əldə etmək istəyən çox sayda qadın var. Əslində, bizim ölkədə sənədlərdə olan imtiyazlarından istifadə edə bilsələr qadınlar çox rahat həyat yaşayarlar, lakin sənəddə olanlar reallığa ötürülmür. Qadınlar iş mühitində sıxışdırılırlar, biznes imkanı əllərindən alınır, mental ayrı-seçkiliyə məruz qalırlar.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see258

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see199

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see149

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see143

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see132

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see131

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see131

Dambrauskas: “Üç xal qazandıq, amma Mikelsin zədəsi hamımızı üzdü”

05 Oktyabr 2025 18:12see128

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see128

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see126

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

06 Oktyabr 2025 20:34see126

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see124

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see123

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see123

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see123

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

06 Oktyabr 2025 21:11see122

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see120

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

06 Oktyabr 2025 17:46see120

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see118

Səhiyyə Nazirliyi Azərbaycana qrip əleyhinə vaksinlər gətirib

06 Oktyabr 2025 11:42see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri