Icma.az
close
up
RU
Qadınlara qarşı zorakılıq... Kişi və qadın ekspertdən fərqli baxışlar

Qadınlara qarşı zorakılıq... Kişi və qadın ekspertdən fərqli baxışlar

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə ailə münaqişələri ilə bağlı baş verən hadisələrdə qadınlar böyük təzyiqlə üzləşir. Hər hansı hadisə araşdırılmadan, günahkar, yaxud da günahsız məlum olmadan qadınlar sosial şəbəkələrdə izləyicilər tərəfindən linç edilir, təhqir olunur. Məsələn, dünən TƏBİB-in Şirvan üzrə ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevaya keçmiş əri 11 bıçaq zərbəsi ilə xəsarət yetirib! 

"Gör kişini nə həddə çatdırıb. Yazıq kişi, Allah qapısını açsın. Xanıma da Allah şəha versin” yazan izləyicinin fikirləri sosial şəbəkədə hiddət doğurub. Bu fikirlər hətta kişilər tərəfindən böyük etiraza səbəb olub.

Hadisə araşdırılıb hüquqi qiymət verilmədən qadınların sosial şəbəkələrdə linç olunmasının səbəbi nədir?

Qadın Krizis Mərkəzinin rəhbəri Təranə Həsənova Qaynarinfo-ya açıqlamasında bildirib ki, kişilər ailədə bütün qərarlar və fikirlərin onlara məxsus olmasını istəyir:

"Onlar istəyir ki, hər kəs aldığı nəfəsi kişinin baxışına görə ayarlasın. Bir baxışla qarşısındakı qadını susduracaq və s. Övlad, qadın da, hətta ana da susub yerində oturmalıdır. Düşünürük ki, niyə kişilər belədir? Bu kişiləri kim böyüdür? Tərbiyə anadan gəlir. Onları qadınlar tərbiyə edir. Qadınlar öğlanlarını necə böyüdür? Deyirlər "sən ağlama, səsini kəs, kişisən axı”. Birinci anadan başlayaq. Uşaq ağlayanda ana az qalır onu qucağına alıb yerə çırpa. Ana "sən kişisən, qəddar olmalısan”. Bizim analar uşaqlarını belə böyüdür. Belə böyüyən kişi necə olacaq ki? Sosial şəbəkələrdə yazılanlar qadınlardan irəli gəlir. Onu yazan kişidir və onu da qadın böyüdüb. Bunu yazan kişi aldığı tərbiyəyə uyğun davranır”.

Təranə Həsənova qadınların fikirlərini də tənqid edib:

"Qadınlar həmkarlarını ittiham edir. Nəyə görə? Qadın qadına niyə dəstək verməsin? Bu gün qadınlar həmkarlarından dəstək almır. Niyə bu gün qadınlar bu qədər alçaldılır? Bunun bir çox səbəbləri var. Bu gün kişilərdən çox qadınlarda aqressiya var. Qadınlarda olan aqressiya əks cinsə deyil, bir-birinə qarşıdır. Çox kəskin aqressiyadır. İstəyirlər ki, qarşısında dayanan qadını əzsin, məhv etsin. Bu nədən irəli gəlir? Nə yazıq ki, faktlar budur. Adamın ürəyi ağrıyır. Sən o qadnı necə ittiham edə bilərsən? Bu anadır. Övladının yanında bıçaqlanıb. Adam rəsmi şəkildə boşanıb. Sən boşandığın qadını niyə bu hala salmalısan? Sənin bu qadın üzərində heç bir haqqın yoxdur. Belə olan halda bu fikirdə olan kişilərin tərəfini necə saxlamaq olar”.

Hüquq müdafiəçisi Əkrəm Həsənov belə halların çox olmadığını vurğulayıb:

"Boşanmaların sayı ilə müqayisədə belə hadisələr heç 2% təşkil etmir. Boşanmalar daha çoxdur. Niyə qadınlar ittiham olunur? Çünki Azərbaycanda boşanmaların əsas təşəbbüskarı qadınlardır. Ailəni dağıdan qadındır. Mən bunun xırdalıqlarına getmirəm, amma bəzi hallarda boşanmalarda hər ikisinin günahı var. Azərbaycan qadını çox pis boşanır. Həmkarlarım var, onlarla müzakirə edirik. Qadınlar kişinin əmlakını belə tam əlindən almaq istəyir. Bəzən birgə nikah dövründə əldə olunmayan əmlaka göz dikir. Keçmiş ərini uşaqları ilə şantaj edir, uşaqları ilə görüşə icazə vermir. Qadınlar bir çox hallarda düşməncəsinə boşanır. Bəzi qadınlar Azərbaycan cəmiyyəti üçün əxlaqsız sayılan həyat tərzinə başlayır. Qadın ərindən ayrılıbsa, yeni ailə qura bilər”.

Əkrəm Həsənov əlavə edib ki, boşanma hallarında məhkəmələr uşaqları analarda saxlamağa qərar verir: 

"Amma məhkəmə əxlaq məsələlərinə qiymət vermir. Halbuki Avropa və bir çox ölkələrdə məhkəmələr belə məsələlərə diqqət edir. Uşaqların hansı şəraitdə böyüməsi şərtdir. Mentalitet məsələlərini nəzərə almırıq. Əslində kişilərdə də böyük günah var. Azərbaycanda evlənəndə bəzi kişilər bütün ixtiyarları qadınlara verir, dostlarından uzaqlaşır, ata-anası ilə münasibətləri olmur. Onu qadın idarə edir. Bədbəxt başa düşmür ki, qadının belə kişilərdən xoşu gəlmir. Dildə deyir ki, ərim mənə tabe olsun, amma qadın belə kişiyə qarşı soyuyur. Qadın istəyir güclü kişiyə arxalansın, tabe olsun. Qadın görəndə ki, onun əri zəifdir, axırda bu yol boşanmağa doğru gedir. Kişi qadının ondan boşandığını həzm edə bilmir. Burada günah kişidədir. Əvvəldən vəziyyəti düz qurmur, sonda da əziyyətini özü çəkir”.

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri