Icma.az
close
up
RU
Qadınlarda analıq hissi və ehtiyatlı davranış qəzaların qarşısını alır Nəqliyyat eksperti

Qadınlarda analıq hissi və ehtiyatlı davranış qəzaların qarşısını alır Nəqliyyat eksperti

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda qadın sürücülərin sayı getdikcə artmaqdadır. Xanımlarımız təkcə şəxsi avtomobili yox, həmçinin taksi də idarə etməkdədirlər. Rəsmi məlumata görə, indiyədək 169 qadın taksi sürücüsü olmaq üçün imtahan verərək şəhadətnamə alıb və onlardan 111-i artıq fəaliyyət göstərir. Bildirilir ki, tezliklə Bakıda ilk qadın avtobus sürücüləri də işə başlayacaq.

Qeyd edək ki, qadın sürücülər haqqında birmənalı fikir yürüdülmür. Çünki zaman-zaman qadınların avtomobil sürərkən müəyyən vəziyyətlərdə reaksiya qabiliyyəti zəif olduğu üçün qayda pozuntularına yol verdikləri müşahidə olunur. Odur ki, paytaxtda taksilərin, o cümlədən avtobusların qadınlar tərəfindən idarə olunması xəbəri ictimaiyyətdə onların bu işin öhdəsindən nə qədər gələ biləcəkləri barədə müzakirələrə səbəb olub.

Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti, təlimçi Adil Nəbiyev bildirdi ki, illər ərzində demək olar ki, təlimə gələn tələbələrin əksəriyyəti qadınlardır:

"Əslində, məsuliyyətli qadınlar daha yaxşı sürücü olurlar. Müqayisə etdikdə statistika da göstərir ki, 1000 qadın və 1000 kişi sürücü arasında qəza sayı, qəza şəraiti və ya yol qaydalarının pozulması baxımından qadınlarda bu hallar daha az müşahidə olunur. Bunun əsas səbəblərindən biri qadınların analıq hissi və müəyyən qədər ehtiyatlı davranışlarıdır. Bu xüsusiyyətlər sürücülükdə vacib amillərdəndir, çünki həddən artıq özgüvən bəzən təhlükə yarada bilir. Qadınlar isə adətən sürət həddini aşmır, ehtiyatla, qaydalara uyğun və təlimdə öyrədildiyi kimi hərəkət edirlər. Buna görə də onların qəzaya düşmə ehtimalı daha az olur. Bununla belə, kişilərdə reaksiya qabiliyyəti adətən daha güclüdür və onlar texniki baxımdan daha bacarıqlı sürücülər hesab olunur. Lakin həddən artıq özgüvən bəzən mənfi nəticə verir. Sürəti artırmaq, riskə getmək meyili kişilərdə daha çox müşahidə olunur və bu da qəza sayının artmasına səbəb olur".

Ekspert əlavə etdi ki, təkcə minik avtomobillərində deyil, taksi, avtobus, hətta dəmir yolu, tramvay, metro və təyyarə kimi nəqliyyat növlərində də qadın sürücülər və pilotlar getdikcə çoxalır.

"Hətta hərbi və döyüş təyyarələrində belə qadın pilotlara rast gəlmək mümkündür. Bu da onu göstərir ki, qadınlar bir çox sahələrdə kişilərdən daha yaxşı nəticə göstərə bilirlər. Bunun səbəbi, qeyd etdiyim kimi, məsuliyyət hissinin güclü olması, ehtiyatlı davranış və təlimatdan kənara çıxmamaqdır. Yaxın gələcəkdə bu meyil avtobus sürücülüyündə də özünü göstərəcək. Əvvəl-əvvəl müəyyən çətinliklər ola bilər, çünki bizim yollarda qayda pozan sürücülərin sayı çoxdur və bu, idarəetməni çətinləşdirir. Xüsusilə də böyük qabaritli avtobus və yük maşınlarının idarəsi müəyyən vaxt və təcrübə tələb edir. Amma zamanla, hər bir sahədə olduğu kimi, qadın sürücülər də bu çətinlikləri aradan qaldıracaq, təcrübə toplayacaqlar. Əvvəllər minik avtomobili sürən qadınların sayı çox az idi, lakin bir-birinə baxaraq bu sahəyə maraq artdı və indi sayları xeyli çoxalıb. Eyni prosesin avtobus sürücülüyündə də baş verəcəyinə əminəm. Qadınlar bir-birindən ruhlanacaq, bu sahəyə maraq göstərəcək və onların sayı tədricən artacaq", - deyə Adil Nəbiyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Oktyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri