Həmin qadınlarda analıq hissləri olmayacaq... Texnoloji yolla körpə doğuldu
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, qadın bətnindən kənarda böyüyən ilk körpə dünyaya gəlib. Belə ki yumurtaların bədəndən kənarda yetişdirilməsi texnologiyası körpəyə həyat verib. Amerikanın "Gameto" şirkəti dünyada ilk dəfə qadının bədənindən kənarda böyüyən uşağın doğulduğunu açıqlayıb. Bu, “Gameto”da yaradılmış Fertilo texnologiyası sayəsində mümkün olub. Maraqlıdır, bu cür texnologiyalar insanlığın gələcəyi üçün nə vəd edir? Görəsən, bu üsulla dünyaya gəlmiş körpə ilə həqiqi anası arasında emosinonal bağ, hisslər necə qurulacaq?
Psixoloq Gülnar Orucova Demokrat.az-a açıqlamasında deyib ki, bir neçə həftədən sonra artıq döl ana bətnindəykən anasını hiss edir:
“Ana üzülürsə, uşaq da üzülür, ana sevinirsə, uşaq da sevinir, həyəcanlanırsa, o da narahatlıq keçirir. Ultrasəs vasitəsilə bunları müşahidə etmək olur. Hətta anaya dondurma verirlər, o yeyir və xoşuna gəlir, körpə də bundan həzz alır. Düşünürəm ki, dölün ana bətnindən kənarda yetişdirilməsi körpəyə də yansıya bilər, onun duyğularında, hisslərində problemlərə səbəb olar. Ana hamiləykən və uşağı dünyaya gətirərkən əziyyət çəkir, həsrət çəkir, körpəsinin yolunu gözləyir. Körpə dünyaya gələndən sonra ana bu hisslər sayəsində onu sevməyə başlayır, körpəsinə olan məhəbbəti gündən-günə böyüyür. Körpəsi bətnindən kənarda böyüyən ana düşünmürəm ki, həmin hissləri yaşasın, yəqin ki, onda bu hisslər olmayacaq”.
Ekspertin sözlərinə görə, doğulandan sonra bir neçə gün küvəzdə qalan körpəyə qarşı da ana eyni hissləri duya bilir:
“Çünki bu hisslər aylar boyunca onda yaranıb artıq. Bu proseslər boyunca ana ilə körpə arasında emosional bağ, sevgi formalaşır. Biz deyirik ki, ana ilə uşaq arasında yaş fərqi 20-22 ili keçməlidir. Qadın öz gəncliyini yaşamalıdır ki, ailə qurduqdan sonra da uşağına sevgi göstərə bilsin, qayğı versin.
İnanmıram ki, texnoloji yolla dünyaya gələn körpəni anası çox sevə bilsin. Uşağını daşıyıcı (surroqat) ananın dünyaya gətirdiyi qadınlar arasında bir sorğu aparılıb. Onlar deyiblər ki, uşaq mənim olsa da, onu dünyaya mən gətirmədiyim üçün çox sevə bilmirəm. Daşıyıcı ana körpəni daha çox sevir, nəinki uşağın bioloji ana və atası. Çünki 9 ay boyunca körpəni o daşıyıb bətnində”.
Törə Zeynallı
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Texnoloji İnqilabların İdeoloji Zərbələri
14 Fevral 2025 18:27
Təbii resurslardan texnoloji inkişafa...
06 Noyabr 2025 11:19
Süni intellektin texnoloji məsələləri
01 Noyabr 2025 12:42
Sabirabadda körpə ölü doğuldu
21 May 2025 11:05
Bakı metrosunda körpə doğuldu
08 Avqust 2025 08:55
Baxış sayı:146
Bu xəbər 24 Dekabr 2024 19:26 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları