Qadınları aldadıb Quşadasına apardı Niyyəti ora çatanda bilindi...
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
İnsan alverində ittiham olunan 40 yaşlı qadının məhkəməsi keçirilib.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Nailə Azadova (şərti ad-soyad) 5 nəfər azərbaycanlı həmcinsini cinsi istismar məqsədilə yoldan çıxarmaqda itiham olunub.
Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda tanış olduğu qadınları Türkiyənin istirahət zonası kimi tanınan Quşadası rayonunda işə düzəldəcəyi adı ilə aldadıb. Qadınlar onun təşkilatçılığı ilə Quşadasına çatdıqdan sonra məsələnin başqa olduğunu anlayıblar. Lakin bundan sonra
N.Azadovanın Türkiyədəki adamları qadınları rüsvay edəcəkləri ilə qorxudub, cinsi istismara cəlb ediblər.
Qadın məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, zərərçəkmiş kimi tanınan həmcinsləri öz istəkləri ilə Quşadasında müştərilərə xidmət etməyə razılaşıblar.
Zərərçəkmiş şəxslər və şahidlərin ifadələri isə verilmiş ittihamın doğruluğunu təsdiq edib. İstismar qurbanı olan qadınlardan biri bu cinayət nəticəsində müxtəlif allergik xəstəliklərə yoluxduğunu, hazırda pis vəziyyətdə qaldığını deyib. O, Nailənin layiqincə cəzalandırılmasını xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Azadova insan alverində təqsirli bilinib. Lakin ona şərti cəza verilib və dərhal həbsdən azad edilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 07 Mart 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















