Tiktoker Mahirə qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilindi
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Tiktoker Mahirə Marandskayanın fahişəliyə cəlbetmə ittihamı ilə mühakimə edildiyi məhkəmə işi yekunlaşıb.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, onun işinə Abşeron Rayon Məhkəməsində baxılıb.
İş üzrə bir neçə qadın zərərçəkmiş qismində tanınıb. Onların sırasında tələbə qızların da olduğu iddia olunur. İttihama görə, tiktoker həmcinslərini pul qarşılığında müxtəlif şəxslərlə intim münasibətə cəlb edib.
Mahirə istintaq müddətində həbsdə olmayıb. Azyaşlı övladı olması nəzərə alınaraq onun barəsində alternativ qətimkan tədbiri seçilmişdi. Sonda da bu vəziyyət nəzərə alınıb.
Məhkəmənin hökmü ilə M.Marandskaya gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etməkdə təqsirli bilinərək 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Amma övladı 14 yaşına çatana qədər cəzanın çəkilməsi təxirə salınıb.
Qeyd edək ki, tiktoker Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 25 Sentyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















