Icma.az
close
up
RU
Qadınların aliment ödəmə öhdəliyi var?

Qadınların aliment ödəmə öhdəliyi var?

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əksər hallarda boşanma sonrası aliment öhdəliyinin kişilərin üzərinə düşdüyü düşünülür. Halbuki qanunvericiliyə əsasən, qadınlar da müəyyən hallarda aliment ödəməyə borclu ola bilərlər.

Vəkil Tağı Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, qadınlarla kişilərin hüquqları bərabər olduğuna görə aliment ödəmə öhdəliyi hər iki tərəfə aiddir.

O qeyd edib ki, Ailə Məcəlləsinin 76-cı maddəsinə görə, bir uşaq üçün aliment əmək haqqının dörddə biri, iki uşaq üçün üçdə biri, üç və daha artıq uşaq üçün isə yarısı miqdarında tutulur:

“Üç və daha artıq uşaq olduqda aliment əmək haqqının və digər gəlirlərin yarısı həcmində hesablanaraq qarşı tərəfə ödənilməlidir. Əgər bu məbləğ uşağın təminatına yetərli deyilsə və aliment ödəyənin gəliri azdırsa, o zaman Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən, aliment sabit pul məbləğində müəyyən edilir. Bu halda məhkəmə uşaq üçün minimum sosial təminat səviyyəsini – məsələn, hazırda 246 manatı əsas götürə bilər”.

Vəkilin sözlərinə görə, məhkəmə təcrübəsində bəzi istisna hallarla qarşılaşmaq mümkündür:

“Elə hallar olur ki, hakim qadın olmasını nəzərə alaraq alimentin miqdarını kişilərlə müqayisədə 10-20 faiz daha az təyin edir. Amma ümumi qayda olaraq, hüquqlar bərabər olduğuna görə aliment öhdəliyi də eyni şəkildə icra olunur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 06 Avqust 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri