Icma.az
close
up
RU
Valideyn ölkəni tərk etsə də, aliment öhdəliyi qalır Hüquqşünas

Valideyn ölkəni tərk etsə də, aliment öhdəliyi qalır Hüquqşünas

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ədliyyə Nazirliyinin məlumatına görə, ötən il aliment öhdəliklərini yerinə yetirməyən 2 298 nəfərin ölkədən çıxışına məhdudiyyət qoyulub.

2025-ci ilin birinci rübündə isə alimenti qərəzli şəkildə ödəməkdən yayınan şəxslərlə bağlı inzibati və cinayət hüquqi tədbirlər görülüb.

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra məmuru tərəfindən uşağın saxlanılması ilə bağlı alimentin ödənilməsi mütəmadi olaraq yoxlanılır.

O, əlavə edib ki, uşaq kimin himayəsindədirsə, həmin valideyn alimenti ödəməyən şəxs barəsində icra məmuruna ərizə ilə müraciət edə bilər.

“Müəyyən bir yığılmış aliment borcunu borclu valideyn ödəmir. Uşağın mənafeyi baxımından icra məmuru mütləq şəkildə alimentin ödənilməsi ilə bağlı şəxsi məcbur edən tədbirlər həyata keçirməlidir. Burda tədbirlərdən biri şəxsin gəlirləri barədə sorğuların verilməsi və cavab alınmasıdır. Şəxsin hər hansı bir əmlakının olub-olmaması ilə bağlı məsələdir, həmçinin şəxsin bank hesablarının mövcudluğu və həmin bank hesablarında əmanətlərin mövcudluğu barədə sorğuların alınmasıdır. O cümlədən ümumiyyətlə belə əmlakları olmayan şəxslərlə bağlı isə şəxslər icra məmurunun çağırışına gəlmədikdə, hər hansı bir gəlirləri olmadıqda, eyni zamanda həmin şəxsin məhkəmə qətnaməsini icra etməklə bağlı hər hansı bir hərəkətliliyi olmadıqda və bu məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırdığı hallar olduqda mütləq qaydada icra məmuru tərəfindən təqdimat məhkəməyə təqdim olunur. Məhkəmə isə həmin şəxsin ölkədən çıxışına qadağa qoyur”.

Hüquqşünas hesab edir ki, ölkədən çıxışa qadağa qoyulması icra tədbirlərindən biridir:

“Şəxsin ölkənin tərk eləməsi, valideynin övladı ilə görüşməməsi, onu aliment öhdəliklərindən azad etmir. Üstündən 1 il, 3 il, yaxud 5 il də keçsə, onun aliment borcu yığılmaqda davam edir. Şəxs nə vaxtsa ölkəyə geri qayıtdıqda dərhal  barəsində axtarışdan dolayı ölkə sərhədində saxlanılır. Onun qeydiyyatda olduğu ərazi üzrə polis idarəsinə, polis idarəsi tərəfindən icra məmuruna təqdim olunur. İcra məmuru da həmin şəxs barəsində inzibati və ya cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq təqdimatla məhkəmədə çıxış edir və şəxs barəsində inzibati və cinayət məsuliyyəti müəyyən edilən cəza tədbirləri və ya tənbeh tədbirləri həyata keçirilir”.

Ramil Süleymanov vurğulayıb ki, uşağına xərclənən pulu şəxsin özü ödəmək üçün təşəbbüs göstərməlidir:

“Ödədilmədiyi təqdirdə məhkəmə qətnamələri, məhkəmə qərarları dövlətin adından çıxarılır. Dövlətin adından çıxarılan qərarlar məcburi qüvvəyə malik olduğu üçün icra məmurları tərəfindən də icra olunur”.

Günel Həsənova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 May 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see220

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see186

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see148

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see136

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see127

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see125

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see125

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see125

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see122

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see122

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

18 Avqust 2025 14:34see119

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see119

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see119

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see117

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see117

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see117

Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

18 Avqust 2025 08:37see117

Debütündə parlayan serb

18 Avqust 2025 14:01see117

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

19 Avqust 2025 06:17see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri