Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Bakıda 28 istiqamətdə sıxlıq var

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

57 yaşlı Cennifer Lopez belə formada qalır

Qadınların fədakarlığı və sevgisi dünyanı dəyişdirir ŞƏRH

Qadınların fədakarlığı və sevgisi dünyanı dəyişdirir ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Martın 8-i bütün dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu tarixi gün qadınların cəmiyyətdəki rolunu, hüquqlarını və nailiyyətlərini xatırlamaq üçün xüsusi əhəmiyyət daşıyır. Bu təqvimin əsasında XX əsrin əvvəllərində qadınların əmək və seçki hüquqları uğrunda apardıqları mübarizə dayanır. 1910-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Beynəlxalq Sosialist Qadınlar Konfransında qadınların beynəlxalq həmrəylik gününün təsis olunması təklifi irəli sürülüb. Qısa müddətdə qlobal xarakter alan bu təşəbbüs qadınlara hüquqlarının tanınması üçün ümid və dəyişiklik işığı olub.1975-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 8 Martın rəsmi şəkildə qeyd olunmağa başlanması isə bu günün beynəlxalq səviyyədə tanınmasını və qadın hüquqlarının ümumbəşəri dəyər kimi qəbul edilməsini bir daha təsdiqləyib. Bu tarix qadınların sosial, iqtisadi və siyasi hüquqları uğrunda apardıqları mübarizənin simvoluna çevrilib. Azərbaycan qadını tariximizin müxtəlif mərhələlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıb. Nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik, insanpərvərlik – bu keyfiyyətlər Azərbaycan qadınına xas xüsusiyyətlərdir. Diqqətəlayiq məqamlardan biri budur ki, ölkəmiz 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixdə öz yerini tutub. Müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi də məhz ölkəmizdə, azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə Bakı şəhərində yaradılıb. Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyinin prioritet istiqamətlərindən birinə çevrilib. Ulu Öndər Heydər Əliyev 1999-cu ildə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli gecədə çıxışında bildirirdi: “Azərbaycan qadını mərd, cəsarətli, qeyrətli, namuslu qadındır. Biz fəxr edirik ki, Azərbaycan qadını xalqımız üçün qəhrəman ərlər yetişdirir. Biz fəxr edirik ki, Azərbaycan qadını dünyaya böyük alimlər bəxş edir. Azərbaycan qadını dünyaya böyük sənət ustaları, siyasi, dövlət xadimləri bəxş edir. Bunlar hamısı Azərbaycan qadınının xidmətidir”. Ulu Öndər Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün var qüvvələrini sərf ediblər. Ümummilli Lider çıxışlarında qeyd edirdi ki, “Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin formalaşmasında müstəsna rol oynamışdır”. Məhz dahi şəxsiyyətin diqqət və qayğısı, dəstəyi nəticəsində ölkəmizdə qadın hərəkatı güclənib, qadınlarımızın cəmiyyət həyatının bütün sahələrində özünü təsdiqləməsi və fəaliyyəti üçün lazımi şərait yaradılıb, ən bacarıqlı qadınlarımız müxtəlif yüksək vəzifələrə irəli çəkilərək vətənimizin inkişafına öz töhfələrini veriblər. Ulu Öndərin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra yaranan sabitlik şəraitində qadın hərəkatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Qadınlar cəmiyyətimizdə gedən demokratikləşmə proseslərindən istifadə edərək qısa bir müddətdə yeni dövrün tələblərinə uyğun qadın təşkilatları yaradıblar. Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan qadınlarının rolunun artırılması” haqqında 14 yanvar 1998-ci il tarixli sərəncamı və “Azərbaycan Respublikası dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanı kişilər və qadınlar arasında bərabərliyin, xüsusilə qadınların dövlət idarəçiliyinin müxtəlif səviyyələrində təmsil olunmasının təmin edilməsi, gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması məqsədlərinə xidmət edən önəmli addımlardır. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə respublikamızda qadın hərəkatının müxtəlif təbəqələrində təmsil olunan qadınlardan ibarət Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da bu sahədə fəaliyyətin genişlənməsinə öz töhfəsini verib. Ulu Öndər Heydər Əliyev qadınların cəmiyyətdə roluna yüksək qiymət verirdi: “Qadınlara yaradılmış şərait, ölkəmizdə qadınlara göstərilən münasibət və qayğı, eyni zamanda qadınların daxili istedadı, onların potensialı, ağlı, zəkası, biliyə, təhsilə, elmə, mədəniyyətə olan hədsiz marağı və öz istedadlarını həyata keçirmək üçün çalışqanlığı - bunlar hamısı birlikdə Azərbaycan qadınını yüksəklərə qaldırmışdır”. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət qadın siyasəti hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində uğurla davam etdirilir. 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun ölkəmizdə gender bərabərliyinin təşviqi sahəsində atılmış mühüm addımdır. Prezident İlham Əliyevin hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik dövlət başçısının ölkəmizin tərəqqinə öz töhfələrini verən qadınlarımıza diqqət və ehtiramın bariz nümunəsidir. Ölkə başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. Sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları ölkəmizdə baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlməklə daim milli dövlətçilik mövqeyindən çıxış ediblər. Bu gün Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafında xüsusi fəallığı ilə seçilir. Ölkəmizdə qadın hərəkatının formalaşmasında, Azərbaycan qadınının yüksək dəyərlərə bağlılığının dünyaya tanıdılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi əhəmiyyət daşıyır. Mehriban Əliyeva öz fəaliyyətini cəmiyyətin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai-siyasi fəaliyyətinin yeni səhifəsini açıb. Mehriban xanım Əliyeva özünün ictimai-siyasi fəaliyyəti, xeyirxah əməlləri, Azərbaycan naminə fədakarlığı ilə bütün qadınlarımız üçün liderlik nümunəsidir. Məhz Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin, xeyriyyəçiliyinin, nəcibliyinin, insanlara qayğısının timsalında bütün dünya Azərbaycan qadınının hansı yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olduğunu görür. Beləliklə də Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda gender tərkibli bir dövlət siyasəti formalaşıb. Bu siyasət Azərbaycan qadınının daim irəliyə, tərəqqiyə doğru aparır. Azərbaycan qadınının vətənpərvər ruhda tərbiyə etdiyi övladlar 44 günlük Vətən müharibəsi dövründə qəhrəmanlıq göstərərək ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasına nail oldular. 44 günlük Vətən müharibəsində qazandığımız qələbədə qadınlarımızın rolunu xüsusi qeyd etmək vacibdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədiyi və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Dövlətçiliyimizə ən böyük töhfə də, heç şübhəsiz, 44 günlük müqəddəs Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu gənc nəsildir”. Ölkəmizdə hazırda həyata keçirilən dövlət qadın və gender siyasətinin mühüm tərkib hissəsi qadın və qızların ali təhsilə və elmi fəaliyyətə fəal şəkildə cəlb olunmasının təşviq və təmin edilməsidir. Azərbaycanda son illərin statistik göstəriciləri elm sahəsində qadınların, xüsusilə də gənc tədqiqatçıların rolunun sürətlə artdığını və gender bərabərliyi istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu təsdiqləyir. Faktlara diqqət yetirək. Ölkəmizdə savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son illərdə ali təhsil müəssisələrinə qəbul olan qızların sayı oğlanları üstələməyə başlayıb. Qızların təhsilinə dəstək layihələri çərçivəsində minlərlə tələbə qız müxtəlif tədqiqat və inkişaf proqramlarında iştirak edib. UNESCO-nun məlumatlarına əsasən, dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Ölkəmizdə isə bu rəqəm 40 faizdən çoxdur, yəni orta dünya göstəricisindən artıqdır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Ali təhsil müəssisələrində professor-müəllim heyətinin 64,5%, orta ixtisas təhsili müəssisələrində müəllim heyətinin 81,2%, rəhbər vəzifələrin 63.9%-ni qadınlar təşkil edir. 2025-ci ilin məlumatlarına görə, elmi təşkilatlarda qadın tədqiqatçılar 50,2% təşkil edir ki, bu da dünya orta göstəricisindən (41%) yüksəkdir. Ümumi orta təhsil müəssisələrində qadınlar 54.5% təşkil edir, bu göstərici 2021-ci ildə 49.3% olub. Bu, müsbət tendensiyanı göstərir. 2025-ci ildə ümumi orta təhsil müəssisələrinə 165 nəfər direktor, 282 nəfər direktor müavini təyin edilib. Azərbaycan qadınları yalnız ailədə və ictimai həyatda deyil, elmdə və təhsildə də liderlik edir. Universitetlərdə dekan və rektor vəzifələrini tutur, elmi institutlarda tədqiqat layihələrinə rəhbərlik edirlər. Fizika, kimya, tibb, informasiya texnologiyaları və humanitar elmlərdə qadın alimlər ölkəni beynəlxalq səviyyədə təmsil edir, elmi nailiyyətləri ilə həm cəmiyyətin intellektual inkişafına töhfə verir, həm də qadınların idarəçilik və təşəbbüskarlıq qabiliyyətini nümayiş etdirir. Onların fəaliyyəti cəmiyyətdə qadınların potensialının tam qiymətləndirilməsinin göstəricisidir. Bu gün Azərbaycan qadınları yeni hədəflərə doğru irəliləyir. Bu hədəflər sırasında işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, ətraf mühitin, ekologiyanın sağlamlaşdırılması, sağlam və təhlükəsiz yaşam üçün imkanların genişləndirilməsi, dünya elminə daha geniş inteqrasiya, beynəlxalq elmmetriya reytinqlərində ölkənin göstəricilərinin yüksəldilməsi və digər məsələlər xüsusi yer tutur. 8 Mart - Beynəlxalq Qadınlar Gününün ölkəmizdə hər il rəsmi bayram günü kimi qeyd edilməsi Azərbaycanda qadınlara verilən diqqət və önəmin göstəricisidir. Qadınların zəhməti, fədakarlığı və sevgisi dünyanı dəyişdirir. Qadının əzmi hər çiçəkdə, hər təbəssümdə, hər uğurda görünür. 8 Mart isə bu işığın, bu gücün və bu ümidin bayramıdır. Beynəlxalq Qadınlar Gününüz mübarək, əziz qadınlar!

Aytən Qurbanova

YAP Yasamal rayon "H.B.Zərdabi pr.61" (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Mart 2026 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see313

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see310

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see305

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see302

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see280

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see266

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see264

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see260

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see254

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see254

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see252

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see250

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see237

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see231

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see225

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see224

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see213

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see212

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see195

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri