Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Ermənistan ordusu qadınların ümidinə qalır ŞƏRH

Ermənistan ordusu qadınların ümidinə qalır ŞƏRH

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ordunun komplektləşdirilməsində şəxsi heyətin çatışmazlığı sindromundan qaynaqlanır


Son illərdə Ermənistanın siyasi-ictimai çevrələrində qadınların hərbi xidmətə çağırılması ilə bağlı başlayan müzakirələr davam etməkdədir. Sabit emiqrasiya ilə əhalinin azalması tendensiyası işğalçı ölkənin ordusunda qadınların xidmət keçməsini zərurətə çevirib və bunun üçün ordu strukturlarında dəyişikliklərin edilməsinə ehtiyac yaranıb.  

Ermənistanda  bu məsələ ilə bağlı aparılan “islahatlar”ın mədəni dünyanın tələbi olduğu bildirilsə də, əsas məqsəd Ermənistan ordusunda insan resursu ilə bağlı yaşanan problemi həll, daha dəqiq desək, ört-basdır etməkdir. Ermənistanda davam edən acınacaqlı sosial-iqtisadi vəziyyət kişilərin kütləvi surətdə ölkəni tərk etməsi ilə xarakterizə olunur və işğalçı ölkənin üzləşdiyi demoqrafik fəlakət, ordu strukturunu məhv edir. İndi isə Ermənistan orduda yaşanan kadr böhranını qadınların hesabına həll etməyə çalışır.

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında təkrar bu məsələyə toxunub. Nikol qeyd edib ki, qadınların hərbi xidmətə cəlb edilməsi prosesi son dərəcə ləng gedir. Bu prosesi bir qədər sürətləndirmək və orduda qadınların sayını artırmaq lazımdır: “Çətinliklərin olduğu aydındır. Amma etiraf etməliyik ki, əhalimizin əksəriyyətini qadınlar təşkil edir. Əgər onların potensialından tam istifadə etməsək, ölkəmizin inkişaf yolunu bağlayacağıq” .

Müdafiə naziri Suren Papikyan isə deyib ki, qadınların orduya cəlb olunmasında problemlər var. Hər dəfə hərbi xidmətə çağırış zamanı ən azı iki qadın orduya könüllü gedir və onların əksəriyyəti xidmətini davam etdirir.

Paşinyan da bildirib ki, bizə həndəsi irəliləyiş lazımdır, ən azı 50-100 nəfərlik göstəriciyə çatmalıyıq. Bəli, stereotiplərlə bağlı problemimiz var. Bu istiqamətdə hərəkət etmək üçün bizə sərt addımlar atmaq lazımdır.

 

Hərbi ekspert Elxan Şıxəliyev də “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistan ordusuna qadınların cəlb olunması yeni təklif deyil, daha əvvəl də bu məsələ gündəmə gətirilib, müxtəlif fikirlər səsləndirilib. Onun sözlərinə görə, müharibədən sonra Paşinyan ordu və hərbi sistemin yenilənəcəyini açıqlamışdı: 

“Bu "yeniliklərdən" biri də qadınların orduda iştirakıdır. Söhbət qadınların potensialından maksimum dərəcədə istifadə olunmasından gedir. Ermənistan ordusuna qadınların cəlb olunması ordunun komplektləşdirilməsində şəxsi heyətin çatışmazlığı sindromundan qaynaqlanır. Son 3-4 ildə Ermənistanda bu məsələ ciddi müzakirə mövzularından birinə çevrilib. Məsələ qanunvericilikdə də öz əksini tapıb. Lakin görünən odur ki, qadınlar erməni ordusunda xidmət etməkdə maraqlı deyillər".


Ermənistanda ordunun komplektləşdirilməsi məsələsinin  ciddi problemə çevrildiyini vurğulayan ekspert deyib ki, 

44 günlük müharibədə və antiterror əməliyyatları zamanı yaşadıqları məğlubiyyət erməni cəmiyyətində ümidsizlik, xəyal qırıqlığı yaradıb: 

“Onlarda artıq orduda xidmət prioritet olaraq qiymətləndirilmir. Ermənistan ordusunun acı məğlubiyyəti ermənilər arasında ordudan yayınma hallarına gətirib çıxarıb. Nəinki qadınlar, kişilər də hərbi xidmətə getmək istəmir. Ermənistan ərazisində yaşayan ermənilər müxtəlif yollarla müharibədə iştirakdan yayınır və orduda xidmət etmək istəmirlər.

Müharibədə də çoxsaylı itkilər də verdilər, yaralılar oldu deyə orduda şəxsi heyətin komplektəşdirilməsində ciddi problem var. Ermənistan rəhbərliyi ordu sıralarında yaranan əsgər çatışmazlığını aradan qaldırmaq üçün qadınların xidmətindən istifadə etməyə başlayıb. İşğalçı ordunun qadınların ümidinə qalması Ermənistanın düşdüyü vəziyyəti açıq şəkildə ortaya qoyub.

Halbuki Ermənistan Azərbaycanın tələblərini qəbul edərək sülh sazişini imzalayaraq müharibə ritorikasını minimuma endirməklə ordusunu qadınların ümidinə buraxmamış olar” .

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Yanvar 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri