Icma.az
close
up
RU
Qadınların zəifliyini və mənəvi zənginliyini əks etdirən sərgi “Bir İnci”

Qadınların zəifliyini və mənəvi zənginliyini əks etdirən sərgi “Bir İnci”

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 25 avqust, AZƏRTAC

Avqustun 25-də “Bir İnci” rəsm sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, rəssam Vasif Nəcəfzadənin təşkilatçılığı və bir neçə rəssamın iştirakı ilə keçirilən sərgi çiçəkləri və müxtəlif kompozisiyaları əks etdirən 61 ahəngdən ibarətdir. Sərgidə 22 rəssamın 26 əsəri nümayiş olunur.

Tədbirdə çıxış edənlər sərgidə nümayiş olunan əsərlərin yaratdığı xoş ovqatı və estetik təsiri vurğulayaraq, iştirakçılara uğurlar arzulayıblar. Onlar bu cür sənət layihələrinin davam etdirilməsinin və yeni yaradıcılıq təşəbbüsləri ilə zənginləşdirilməsinin vacibliyini qeyd ediblər.

Təşkilatçı Vasif Nəcəfzadə AZƏRTAC-a bildirib ki, bu gün sərgi ilə yanaşı, studiyanın da açılışıdır. Onun sözlərinə görə, ekspozisiyada əsasən çiçəkləri, qadın zərifliyini, gözəlliyi və daxili zənginliyi əks etdirən rəngarəng kompozisiyalar təqdim olunur.

O qeyd edib ki, “Bir İnci” adlanan sərgi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qarşıdan gələn doğum gününə həsr olunub. Sərgidə çiçək obrazı qadınların zərifliyinin, gözəlliyinin və mənəvi zənginliyinin simvolu kimi təqdim edilir.

Sərgidə ilk dəfə nümayiş olunan əsərlərdən biri də gənc rəssam Könül Rzayevanın akril boyama texnikasında çəkdiyi tablodur. Rəssam AZƏRTAC-a açıqlamasında əsərin onun üçün xüsusi məna daşıdığını bildirib. Onun sözlərinə görə, əsər imtahan stressi, ilk sərgi həyəcanı və tələbə adını qazanma sevinci yaşadığı bir dövrdə, təxminən bir həftə ərzində ərsəyə gəlib. Bu, onun böyük formatda çəkdiyi ilk əsərdir.

K.Rzayeva bildirib ki, rəsm çəkmək ona rahatlıq və hüzur verir. Gələcəkdə güllər mövzusunda daha çox əsər yaratmaq, həmçinin müxtəlif mövzulara müraciət etmək niyyətindədir.

Qeyd edək ki, “Bir İnci” sərgisi rənglərin yaratdığı estetik ovqat və qadın zərifliyinin sənət vasitəsilə ifadəsi ilə diqqət çəkir.

Sərgi avqustun 26-27-də də ziyarətçilər üçün açıq olacaq.

Müxbir - Göyçək Mahmudlu

Fotoqraf - Xanlar Əlizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2026 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri