Icma.az
close
up
RU
Qafar Çaxmaqlı: Makunts təyinatı Ermənistanda və dünyada bir mənalı qarşılanmır

Qafar Çaxmaqlı: Makunts təyinatı Ermənistanda və dünyada bir mənalı qarşılanmır

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çünki bu şəxs hazırkı ABŞ prezidentinə qarşı arzuolunmaz hərəkətlərə yol verib

Lilit Makunts geri çağırılma səbəbi prezident seçkilərində Trampı deyil, Kamala Harrisi dəstəkləməsidir

Ermənistanın xarici siyasətindəki yeni istiqamət dəyişiklikləri regionda diqqətlə izlənir. Qərbə yaxınlaşma və Rusiya ilə münasibətlərdə yaranan gərginlik bu dəyişikliklərin əsas xəttini təşkil edir. Son olaraq, Ermənistan Baş naziri Nikol Paşinyanın qərarı ilə ABŞ-dəki keçmiş səfir Lilit Makunts baş nazirin baş müşaviri təyin edilib. Bu addım onun diplomatik fəaliyyətinə dair mübahisələrin fonunda xüsusilə maraq doğurur. Eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı verilən açıqlamalar və Rusiyaya qarşı atılan siyasi addımlar İrəvan-Moskva xəttində münasibətlərin daha da gərginləşəcəyinə işarə edir. Bu proseslər Ermənistanın xarici siyasət kursunda köklü dəyişikliklərin baş verdiyini göstərir.

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a Ermənistanın Qərb yönümlü siyasətindən danışıb:

"Ermənistanın Amerikadakı səfiri Lilit Makunts geri çağırılıb. Onun geri çağırılma səbəbi prezident seçkilərində Trampı deyil, Kamala Harrisi dəstəkləməsidir. Yəni Ermənistanın Kamala Harrislə işləyəcəyini bildirirdi. Bu səbəblə də onun orada qalması mümkün deyildi. Amma çox qəribədir ki, baş nazir Paşinyan onu özünə müşavir təyin edib. Bu da Ermənistanda və dünyada bir mənalı qarşılanmır. Çünki bu şəxs hazırkıABŞ prezidentinə qarşı arzuolunmaz hərəkətlərə yol verib. Ona görə indi bu müzakirə mövzusudur. Ermənistan Qərbə yönəlik siyasətini əvvəlcədən formalaşdırmışdı. Avropa Birliyi və Avropadakı bəzi ölkələrlə əlaqələr saxlaması da Rusiyada müəyyən mənada qıcıq yaratmışdı. İndi də bu tendensiya davam edir. Rusiyanın Ermənistanı əldən verməməsi üçün təzyiqlərinə qarşı İrəvan bəzi hərəkətlərə yol verilir. Bu hərəkətlərdən biri kimi Rusiyanın Gümrüdəki ikinci bazasının qarşısında hökumətin təşkil etdiyi mitinqi göstərə bilərik. Ermənistan Rusiyadan qopmaq üçün bundan əvvəl də tədbirlər görmüşdü, bundan sonra da həmin tədbirləri davam etdirməkdədir".

Müsahibimiz "Rusiyanın Ermənistanı hansı şəkildə cəzalandıra bilər?" sualını da cavablandırıb:

"Rusiyanın Ermənistandakı dayaqları hələ ki, güclüdür və təsir imkanları da çoxdur. Ona görə Rusiyadan qopmaq Ermənistan üçün elə də asan olmayacaq. Bu mənada Rusiya-Ermənistan münasibətlərində müəyyən gərginliklər davam edəcək. Əsas məsələ də ondan ibarətdir ki, Zəngəzur dəhlizinə nəzarət 10 noyabr 2020-ci il bəyanatında nəzərdə tutulurdu. Artıq o, yoxdur. Vaşinqton bəyənnaməsindən sonra bu məsələ ortadan qalxıb. Paşinyan belə bir fikir söylədi ki, 10 noyabr sənədi artıq öz qüvvəsini itirib. Buna görə Rusiyadan da biz müəyyən etirazların şahidi olacağıq. Ermənistan-Rusiya arasında gərginlik bundan sonra da davam edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Avqust 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri