Qafqaz dövlətləri hər cür neqativ ssenarilərə hazır olmalıdırlar
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Rusiya uzun illər bu ölkənin Qafqazdakı forpostu rolunu oynamış Ermənistandan bu qədər asanlıqla imtina etməyəcək".
Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Elçin Ağamalı Rusiyanın Ermənistandakı seçkilərdə məğlub olmasından sonrakı dönəmdə atacağı addımları şərh edərkən səsləndirib. O bildirib ki, Ermənistanı öz təsir dairəsində saxlamaq üçün Rusiyanın növbəti həmlələri daha qanlı və acımasız ola bilər:
"Bu baxımdan həm Ermənistan, həm də digər Qafqaz dövlətləri hər cür neqativ ssenarilərə hazır olmalıdırlar".
Elçin Ağamalı qeyd edib ki, 2020 və 2022 -ci illərdə Qarabağ konfliktini geri dönüşü olmayan və triumfal şəkildə həll edən Azərbaycan bölgənin geosiyasi xəritəsinin yenidən formalaşmasının əsasını qoydu:
"SSRİ-nin dağılması mərhələsində Moskvanın təşkilatçılığı, ermənilərin iştirakı ilə yaradılan Qarabağ konflikti son 30 ildə Qafqaz regionunu təsir dairəsində saxlamaq üçün Rusiyanın müstəsna aləti idi. İki dövlət arasındakı münaqişə mənbəyinin ortadan qalxması ilə Rusiya Azərbaycana yeganə, Ermənistana isə əsas təsir alətindən birdəfəlik məhrum oldu. Bu seçkilər Ermənistan hökumətinin Azərbaycanın da dolayı vasitələrlə iştirakı, təsiri və dəstəyi ilə Rusiyanın təsir dairəsindən çıxmaq siyasətinə qarşı Moskvanın uğursuz cəhdi oldu. Məhz Azərbaycan və Türkiyə ilə yaxınlaşmanın vəd etdiyi təhlükəsizlik şərtləri mövcud Ermənistan hökumətinə hazırki xarici siyasi xətti inkişaf etdirmək imkanı yaratdı".
Süleyman
Bu mövzuda digər xəbərlər:“Azərbaycan hərbi ssenarilərə hazır olduğunu gizlətmir”
19 Dekabr 2024 22:28
Çin bütün ssenarilərə hazır olduğunu bildirir
06 Mart 2025 10:12
Azərbaycan Silahlı Qüvvələri hər zaman hazır olmalıdırlar Deputatdan AÇIQLAMA
13 Mart 2026 18:06
Ukraynalı deputat: Ölkə bütün ssenarilərə hazır olmalıdır
25 Mart 2026 18:13
Qurban Qurbanov: Futbolçular psixoloji cəhətdən hazır olmalıdırlar
26 Avqust 2025 13:57
Baxış sayı:197
Bu xəbər 09 İyun 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















