Icma.az
close
up
RU
Çin bütün ssenarilərə hazır olduğunu bildirir

Çin bütün ssenarilərə hazır olduğunu bildirir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının Baş naziri Li Çianqın parlamentin çərşənbə günü açılmış iclasındakı məruzəsi ölkə rəhbərliyinin iqtisadiyyatın uğurlu inkişafına əmin olduğunu göstərdi. İqtisadi artımın 2025-ci ildə 5 faiz təşkil edəcəyi gözlənilir. Tayvan boğazında və Cənubi Çin dənizində gərginliyin artması ilə əlaqədar büdcədə müdafiə xərclərinin 7,2 faiz artaraq 1,78 trilyon yuana (246 milyard dollar) çatdırılması nəzərdə də tutulur. Bu rəqəm ABŞ-ın hərbi büdcəsilə müqayisədə çox kiçikdir. Amma Pentaqon rəsmilərinin fikrincə, rəsmi rəqəmlər Çinin hərbi xərclərinin real mənzərəsini əks etdirmir. 

Təbii ki, Çin mediası ÇXR silahlı qüvvələrinin yalnız ölkəni qorumaq məqsədi daşıdığını və heç kim üçün təhlükə yaratmadığını vurğulayır. “Sinhua” dövlət agentliyi xəbər verir ki, hərbi büdcə son 10 ildə “birrəqəmli" artmışdır. Çinli hərbi ekspert Fu Qianshao isə deyir ki, artım orta səviyyədədir və ölkənin maraqlarını müdafiə etmək üçün lazımdır, burada başqa məqsəd yoxdur. 

Mütəxəssislər son bir ildə silahlı qüvvələrin müasirləşdirilməsi sahəsində üç uğurun əldə edildiyini bildirirlər. Belə ki, ötən ilin may ayında 40 döyüş təyyarəsini, bir neçə kəşfiyyat təyyarəsini, nəqliyyat təyyarələrini, helikopterləri və dronlardan ibarət hava qrupunu daşıya bilən “Fujian” təyyarədaşıyan gəmisində təlimlər keçirilmişdi. Dekabr ayında dünyada ilk elektromaqnit katapultlarla təchiz olunan “Siçuan” desant gəmisində işlərə başlanıldığı qeyd olunur. Bundan başqa, havada, “Airshow China” sərgisində tamaşaçıların iştirakı ilə gizli texnologiyadan istifadə edərək hazırlanmış yeni tipli J-35A qırıcısı havaya qalxmışdı. Bu təyyarənin seriya istehsalına 2025-ci ildə başlanacaq.

Fu Qianshao vurğulayır ki, Şərqi Asiya və Cənubi Çin dənizində vəziyyətin pisləşməsi ilə əlaqədar Çin Xalq Azadlıq Ordusu döyüş hazırlığını artırmalıdır. Belə ki, Filippin “Çinə məxsus” adalar yaxınlığında təxribatları gücləndirir və hətta ABŞ-ın “Tayfun” orta mənzilli raketlərini ölkə ərazisində yerləşdirməsinə razılıq vermişdir.

Digər çinli ekspert Sonq Cunpinin sözlərinə görə, müdafiə büdcəsinin artırılması təlimlərin keçirilməsi və hərbçilərin rifahının yaxşılaşdırılması xərclərini ödəmək üçün lazımdır. 

Dünya Bankı 2023-cü ildə orta qlobal müdafiə xərclərinin ÜDM-in 2,4 faiz, ABŞ-da isə 3,4 faiz təşkil etdiyini bildirir. AP agentliyinin məlumatına görə, Çinin hərbi büdcəsinin real rəqəmləri rəsmi rəqəmləri 40 faiz üstələyir və digər büdcə maddələri arasında bölüşdürülür. Çin təkcə ABŞ-la münasibətlərin pisləşməsi fonunda deyil, Şərqi Çin dənizindəki adalarla bağlı mübahisəsi olan Yaponiya ilə də hərbi xərcləri artırmağa məcburdur.

“The New York Times” yazır ki, ÇXR sədri Şi Cinpin ABŞ prezidenti Donald Trampın tarifləri artırdıqdan sonra onunla güzəştə gedən Kanada və Meksika liderlərindən fərqli olaraq, möhkəm dayanmışdır və ABŞ-ın kənd təsərrüfatı məhsullarına yüksək rüsumlar tətbiq etməklə amerikalılara cavab verir. Çin üzrə amerikalı ekspert Cud Blanşet isə deyir ki, Pekin hələ də ticarət müharibəsindən və ya “daha pis bir ssenaridən” qaçmaq üçün Trampla razılığa gəlməyə ümid edir. Lakin Çinin Vaşinqtondakı səfirliyi bildirir ki, “Çin geri çəkilməyəcək, ticarət müharibəsinə və ya hər hansı başqa müharibəyə hazırdır”.

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Mart 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri