Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Qafqaz evi ideyası yenə gündəmdə

Qafqaz evi ideyası yenə gündəmdə

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Qafqaz evi ideyası ilə bağlı bir az mürəkkəblik var”. 

Bu sözləri “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov “Cümhuriyət”-ə açıqlamasında deyib. 

O, fikrini belə əsaslandırıb: “Çünki burada Qafqaz xalqlarının ortaq siyasi məsələləri var. Eyni zamanda, iqtisadi və mədəni biliklərlə bağlı ideyalarının birləşmə nöqtəsi mövcuddur. Ona görə də bunu çox mürəkkəb və çətin həyata keçən ideya kimi qiymətləndirmək lazımdır”. 

Ekspert qeyd edib ki, Qafqaz evi nəzəri baxımdan cazibədar və idealistik görünür: 

“Lakin reallıq bir qədər fərqlənir. Hazırda Qafqaz evi ideyasının həyata keçirilməsi ilə bağlı çox böyük əngəllər mövcuddur. Həmin əngəlləri aradan qaldırmaq üçün müəyyən siyasi addımların atılmasına ehtiyac var. Çünki hələ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Tərəflər arasında sülh müqaviləsi imzalanandan sonra bu məsələlərlə bağlı hansısa müzakirələr aparmaq olar”. 

Həmsöhbətimiz vurğulayıb ki, Qafqaz evi ideya olaraq çox maraqlıdır: 

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması məsələsi ilə yanaşı, Gürcüstanda olan problemləri də nəzərə almaq lazımdır. Həmçinin, Dağıstan və Çeçenistan məsələləri da var. Bütün bunlar Qafqaz evi ideyasının həyata keçirilməsi üçün real şəraitin olmadığının göstəriciləridir”. 

Ramil Hüseynovun sözlərinə görə, bu məsələyə başqa cür də yanaşmaq olar: 

“Bütün sahələrdə deyil, bir sahədə Qafqazda bir mərkəz yaratmaq olar. Lakin bunun qısa zaman kəsiyində baş verə biləcəyini də güman etmirəm. Düzdür, dünyanın yeni nizamında hadisələrin sürətlə inkişaf etdiyini görürük. Qısa müddətdə elə hadisələr baş verir ki, nəzəri baxımdan o hadisələrin həyata keçirilməsi üçün illər lazımdır. Ancaq sadaladığım problemlər aradan qalxsa, Qafqaz evi ideyası haqqında düşünmək və ya onu masa arxasında müzakirə etmək mümkün ola bilər”. 

Xatırladaq ki, “Qafqaz evi” ideyası ilk dəfə 1990-cı illərin əvvəllərində Cənubi Qafqazın müstəqillik qazanan dövlətləri arasında əməkdaşlığın yeni modelini formalaşdırmaq niyyəti ilə gündəmə gəlmişdi. Bu ideyanın əsas fəlsəfəsi region xalqları arasında qarşılıqlı anlaşma, birgə təhlükəsizlik arxitekturasının qurulması və regional əməkdaşlığın dərinləşdirilməsi idi.

Lakin bu təşəbbüs meydana gəldiyi dövrdə mövcud reallıqla uzlaşmadı, çünki ideya sülh və etimada əsaslansa da, həmin dövrün şəraiti münaqişə və işğallarla xarakterizə olunurdu. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Gürcüstandakı siyasi vəziyyət, Ermənistandakı hakimiyyət Qafqaz evi ideyasının gerçəkləşməsinə mane olurdu.  Ancaq 44 günlük Vətən müharibəsində Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etməsi yeni tarixi reallıq yaratdı və məsələnin aktuallaşmasına təkan verdi. 

Ekspertlərin fikrincə, Zəngəzur dəhlizinin açılması ilə təkcə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında birbaşa əlaqə təmin olunmur, eyni zamanda, regionda Şərq-Qərb və Şimal-Cənub dəhlizləri arasında inteqrasiya dərinləşir və Qafqaz yalnız üç ölkənin coğrafiyası kimi deyil, Avrasiya miqyasında bir logistika və enerji mərkəzi kimi formalaşır. Belə bir reallıqda Qafqaz evi artıq planlaşdırıla və tətbiq oluna biləcək inteqrasiya modeli kimi dəyərləndirilə bilər.

Elmir Mustafa
"Cebheinfo.az" 

Açar sözlər: Qafqaz Evi Azərbaycan Ramil Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Avqust 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri