Icma.az
close
up
RU
Bakı regional oyunçu rolunda: “Qafqaz evi” ideyası reallaşır Şərh

Bakı regional oyunçu rolunda: “Qafqaz evi” ideyası reallaşır Şərh

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Prezident İlham Əliyevin ADA Universitetində “Yeni Dünya Nizamına Doğru” mövzusunda təşkil olunan VII siyasi forumda verdiyi mesajlar Azərbaycanın xarici siyasətinin perspektivlərinə tam aydınlıq gətirdi. Ölkəmizin Qərb dünyası, region üzrə qonşular, habelə, Mərkəzi Asiya və Orta Şərq coğrafiyasında yerləşən bir çox dövlətlərlə qurduğu konstruktiv əlaqələr, həyata keçirdiyi nəqliyyat-enerji layihələri, qlobal sülh təşəbbüsləri artıq nüfuzlu tədqiqat mərkəzləri tərəfindən də rəğbətlə qarşılanır və qəbul edilir”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Deputat bildirib ki, hər bir dövlət üçün onun coğrafi mövqeyi və sahib olduğu təbii resurslar müstəqil inkişaf və iqtisadi tərəqqinin qarantıdır: “Dünyada təbii sərvətlərlə zəngin çoxlu ölkələr var, lakin heç də onların hamısı varlı, yaxud inkişaf etmiş dövlətlərə çevrilə bilmirlər. Bunun üçün qlobal geosiyasi və geoiqtisadi prosesləri düzgün təhlil etmək, yeni dünya nizamı üçün səciyyəvi olan tendensiyaları müəyyənləşdirmək və təmsil etdiyin dövlətin bu tendensiyalara adaptasiya imkanlarını obyektiv qiymətləndirmək lazımdır. Azərbaycan məhz bu dövlətlər sırasındadır və Prezident İlham Əliyevin son mesajları yeni geoiqtisadi trendlərin xarakterinə uyğun siyasətin həyata keçirildiyini, bu siyasətin ölkəmizə böyük dividendlər qazandırdığını göstərir. Məsələn, Azərbaycanın coğrafi mövqeyi onu Avropa və Asiyanın mühüm tranzit mərkəzinə çevirir və beynəlxalq əlaqələrini gücləndirir. Xüsusilə, nəqliyyat-enerji layihələri regional aktordan qlobal aktor statusuna yüksəlməyin əsas komponentləri kimi qiymətləndirilir. Ona görə ki, birincisi, Azərbaycan Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərinin həlledici həlqəsidir və bu gün nə “Bir kəmər-bir yol”, nə də “Orta Dəhliz” nəqliyyat marşrutlarının işlək formaya keçməsini Azərbaycansız təsəvvür etmək mümkün deyil. Şübhəsiz, Bakı-Qars dəmiryolu xəttinin yükdaşıma qabiliyyətinin 5 milyon tona çatdırılması, Xəzərdə ən böyük dəniz ticarət limanının yaradılması, gəmiqayırma sənayesinin daha da inkişaf etdirilməsi Qərb-Şərq nəqliyyat şəbəkəsinin reallaşmasının mühüm elementləri olacaq. Enerji layihələrinə gəldikdə, Azərbaycan Avropa İttifaqının xahişi ilə Qərbə daşınan təbii qazın həcmini indiki rəqəmlə müqayisədə 2027-ci ilə qədər təxminən 2 dəfəyə qədər artırmağı nəzərdə tutur. Bunun üçün yeni qaz yataqlarına sərmayə qoyur, üstəlik, yaşıl enerjiyə keçid strategiyasını həyata keçirməklə daxili bazar üçün nəzərdə tutulan qaza qənaət edərək onu ixraca istiqamətləndirir. Bir sözlə, böyük bir coğrafiyanı əhatə edən nəqliyyat və enerji layihələri birbaşa Azərbaycanın iştirakı və müəllifliyi ilə reallaşır”.

Deputat əlavə edib ki, Azərbaycanın maliyyə müstəqilliyi onun dünyada əsas söz sahibi olan ölkələrlə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmasında müstəsna rol oynayır: “Statistik məlumatlara görə, bu gün beynəlxalq maliyyə institutlarına olan borclar minimal səviyyədədir. Xarici borcun ÜDM-ə nisbəti cəmi 7 faiz, yəni, təxminən 5 milyard dollar təşkil edir ki, bu da Azərbaycanın sabit iqtisadi dayanıqlılığını və beynəlxalq maliyyə sistemindən asılılığını minimuma endirir. Hazırda dünyada müşahidə olunan mənzərə isə tamamilə bunun əksinədir və qlobal iqtisadi böhran hətta ən inkişaf etmiş supergüclərin belə qapısını döyür. ABŞ-də Donald Tramp administrasiyasının fəaliyyətə başlaması ilə Birləşmiş Ştatların qlobal iqtisadiyyat üzrə əsas rəqibləri- Çin və Avropa İttifaqı ciddi təlatümlər yaşamağa başlayıblar. ABŞ-nin Çinə tətbiq etdiyi 125 faizlik rüsum Vaşinqton və Pekin arasında start götürən “iqtisadi müharibə”nin real ştrixləridir. Ağ evin tarif siyasətindən şok keçirən Avropa İttifaqının aparıcı gücləri - Almaniya, Fransa və İtaliya dünyaca məşhur brendlərindən məhrum olmağa başlayıblar. Birləşmiş Ştatların tarif siyasəti Amerika qitəsinin iqtisadi cəhətdən tam müstəqil olmayan ölkələrini də qayğılandırır. Belə bir vəziyyətdə bir çoxları hətta ötən demokratlar hakimiyyəti dövründə gündəmə gətirilən “Yeni Marşall Planı”nın işə düşəcəyini ehtimal edir. Doğrudur, Donald Tramp “rüsum müharibəsi”ni 90 gün müddətində ertələməyə qərar versə də, ekspertlər bu siyasətin bəzi ölkələri tam iqtisadi asılılıq vəziyyətinə salacağını proqnozlaşdırır.

Baş verənlər fonunda Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiya, birmənalı şəkildə Azərbaycanın iqtisadi inkişafının təminatçısına çevrilir. Avropa maliyyə institutlarının qazıntı yanacağı layihələrinə maliyyə ayırmaqdan boyun qaçırması Avropa İttifaqının Bakı ilə qaz anlaşmalarını sual altında qoyduğu üçün Azərbaycan bu münasibətin dəyişdirilməsini tələb edir. Əks halda, enerji asılılığını tam aradan qaldıra bilməyən Qərb ölkələri bu vəziyyətdən itirən tərəf kimi çıxacaqlar. Maraqlı məsələ odur ki, avropalıların nümayiş etdirdikləri “kaprizlər” həm də Ermənistana dəstəklə bağlıdır. Məsələn, xanım Ursula fon der Lyayen bəyan edir ki, Orta Dəhliz marşrutu Azərbaycan və Ermənistandan keçərək Türkiyə vasitəsilə Avropa çıxmalıdır. Göründüyü kimi, Brüssel Gürcüstana olan qəzəbini onu regional layihələrdən kənarda saxlamaqla nümayiş etdirməyə və əvəzində Ermənistanı prosesə qoşmağa çalışır. Ancaq Prezident İlham Əliyev prinsipial şəkildə avropalıların bu arzusunun baş tutmayacağını, regional nəqliyyat layihələri, o cümlədən, Orta Dəhlizin Ermənistana heç bir aidiyyəti olmadığını bildirir və Gürcüstanın Azərbaycanın nəqliyyat-enerji layihələri üzrə ən yaxın tərəfdaşı kimi qalacağını bəyan edir. Çünki, rəsmi Bakı iqtisadi cəhətdən kimsədən asılı deyil və qərarlarını milli maraqlara uyğun olaraq müstəqil şəkildə verə bilər”.

Regional güclərin ölkəmizə vasitəçi kimi yanaşmasına gəldikdə deputat bildirib ki, Prezidentin mesajları həm də regional çərçivədə təhlükəsizlik və bu təhlükəsizliyin təminində rol oynayacaq faktorların nələr olduğuna aydınlıq gətirir: “Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxaracağı, Minsk qrupunun ləğvinə razı olacağı, silahlanmanı dayandıracağı, beynəlxalq havadarları vasitəsilə Bakıya absurd ittihamlardan imtina edəcəyi təqdirdə bölgə ilə bağlı layihələrə “icazə” ala bilər. 30 illik işğal dövründə həyata keçirilən təcavüzkar siyasət Ermənistanı bütün layihələrdən kənar qoyub, bu gün isə regionun yeni formada dizaynı üçün əlverişli imkanlar yaranıb. Haylar bu fürsətlərdən yararlanmağa çalışmalıdır. Bunun üçün onlar Azərbaycanla bəzi istiqamətlər üzrə, məsələn, transsərhəd çaylar, mina təhdidi, ekosid kimi problemlərin aradan qaldırılmasında əməkdaşlığa başlamalıdır. Yalnız o halda İrəvan Azərbaycanın söz sahibi olduğu layihələrə giriş əldə edə və beləliklə də, bölgədə etimad mühiti formalaşmağa başlaya bilər. Etimad mühitinin yaranması isə faktiki, “Qafqaz evi” ideyasının aktuallaşmasını şərtləndirəcək”.

Azərbaycanın İranla start verdiyi regional əməkdaşlıq layihələri də ermənilər üçün dərs olmalıdır. Başqa sözlə desək, Ermənistanın qəti olaraq əleyhinə çıxdığı Zəngəzur dəhlizinə alternativ marşrutlar artıq gündəmdədir və bu marşrutların işə düşməsi hay məmləkətinin bundan sonra da dalanda qalmasına səbəb olacaq. İrəvanın Avropa və Birləşmiş Ştatlara olan ümidləri isə tükənmək üzrədir. Prezident Trampın Azərbaycan Prezidentinə məktubu və Bakının sülh addımlarına ifadə etdiyi dəstək erməni lobbisinin gücsüz qaldığının praktik ifadəsidir. Avropa Şurası Parlament Assambleyası, Avropa İnsan Haqları Məhkəməsinin qətnamə və qərarları isə ölkəmiz üçün heç bir hüquqi məsuliyyət doğurmur. Nəhayət, Prezident İlham Əliyevin Antalya səfəri, Azərbaycanın Türkiyə və İsrail, Suriya böhranı, Yaxın Şərqdə davam edən münaqişələrin həllində aldığı aktiv rol onun bütün güc mərkəzlərinin yanında görmək istədiyi tərəfdaş imicini daha da möhkəmləndirir”.

Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Aprel 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see290

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see211

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see128

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see127

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri