Qafqaz Şeyxi İstanbul Patriarxı ilə görüşdü FOTO
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Marmara Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin dəvəti ilə Avrasiya İqtisadi Zirvəsində iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə İstanbul Patriarxı Varfolomeylə görüşüb.
Moderator.az xəbər verir ki, görüş zamanı dini liderlər dinlərarası dialoq, qlobal sülh və mədəniyyətlərarası əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bütün Qafqazın Şeyxi Azərbaycanda əsrlərboyu formalaşmış tolerant mühitdən bəhs edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə mədəniyyətlərarası və dinlərarası dialoq ən yüksək mərhələyə çatıb. O vurğulayıb ki, Azərbaycan bu gün dünyada dinlər və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən biri hesab olunur.
Patriarx Varfolomey isə Azərbaycandakı dini tolerantlığı daim yüksək qiymətləndirdiyini deyib. O, həmçinin bu ilin noyabr ayında Türkiyədə keçiriləcək BMT İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının bəşəriyyət üçün mühüm platforma olacağını qeyd edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub, sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 14 May 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















