Icma.az
close
up
RU
Qafqazda ölüm dirim mübarizəsi başlayır KONKRET

Qafqazda ölüm dirim mübarizəsi başlayır KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Ermənistanda keçiriləcək parlament seçkiləri sadəcə daxili siyasi mübarizə deyil, Rusiya ilə Qərbin yeni geosiyasi toqquşmasının mərkəzinə çevrilib”.

KONKRET.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a politoloq Aydın Tağıyev deyib.

O bildirib ki, erməni xalqının seçimi yalnız daxili siyasəti yox, Cənubi Qafqazın sabitliyini də müəyyən edəcək:

“Görünür, Nikol Paşinyan Qərbin dəstəyi ilə hakimiyyəti qorumağa çalışır, Moskva isə revanşist qüvvələri gücləndirir. Bu da günü-gündən gərginliyi artırır. Hadisələrin bu cür sərt ritorikalarla inkişaf etməsi seçki ərəfəsi tərəflərin ölüm-dirim mübarizəsinin təsirindəndir. Erməni hökumətinin hazırkı vəziyyəti, Moskvanın revanşist qüvvələri maliyyə və informasiya dəstəyi ilə gücləndirməsi, Qərbin isə Paşinyanı qorumaq cəhdləri ölkəni fərqli riskli ssenariyə aparır. Ermənistan seçkiləri və geosiyasi mübarizəyə qısa nəzər salsaq görə bilərik ki, Paşinyanın Qərbyönlü Vətəndaş Müqaviləsi Partiyası ilə Moskvanın dəstəklədiyi oliqarxlar və revanşist bloklar arasında qızğın mübarizə gedir. Burda Rusiya faktoru danılmazdır”.

Politoloq qeyd edib ki, media, maliyyə və küçə aksiyalarına minlərlə gəncin cəlb olunması ilə Moskva seçkiyə dolayı təsir göstərir:

“Alternativ hissədə Aİ, Fransa və ABŞ Paşinyanı dəstəkləyir. Məqsəd Ermənistanın Rusiyanın tam nəzarətinə qayıtmasının qarşısını maksimum şəkildə almaqdır. Ermənistanın Qərbə inteqrasiyası Azərbaycanın sülh gündəliyini irəli aparmaq üçün daha münasib şərait yaradır”.

A.Tağıyev əlavə edib ki, nəticə etibarilə, Ermənistan seçkiləri Rusiya ilə Qərbin qarşılıqlı maraqlarının toqquşduğu yeni siyasi müstəviyə çevrilib:

“Bir tərəfdə Qərbin dəstəyinə arxalanan, lakin zəif mövqedə qalan Paşinyan, digər tərəfdə isə Moskvanın maliyyə resursları və ictimai təsir mexanizmləri üzərində qurduğu strategiyalar qarşı-qarşıya gəlir. Fikrimcə, bu seçkilərin nəticəsi yalnız Ermənistanın daxili siyasətini deyil, Cənubi Qafqazın sülh və sabitlik perspektivini də müəyyən edəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 İyun 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri