Icma.az
close
up
RU
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir

Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və ABŞ rəsmiləri Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış müvəqqəti sülh sazişinin əsas elementi olan tranzit dəhlizinə dair əməliyyat sazişinin incəliklərini müzakirə edirlər. “Trampın Sülh və Rifah Marşrutu” (TRIPP) adlanan keçid Azərbaycanı Naxçıvan anklavına birlşdirmək üçün Ermənistan ərazisindən keçəcək və formalaşmaqda olan Orta Dəhliz ticarət şəbəkəsinin əsas qovşağına çevriləcək.
Reyting.az
xəbər verir ki, bu barədə “Eurasia.net” yazıb.
Təhlildə qeyd olunur:
Müzakirələrlə bağlı heç bir təfərrüat verilməyib, yalnız “masanın üzərində müxtəlif elementlərin” olduğu bildirilib.
Paşinyan bəyan edib ki, Ermənistan və Azərbaycan TRİPP-in açılmasını asanlaşdırmaq üçün ortaq sərhədlərinin delimitasiyası və demarkasiyası üzərində çalışacaqlar. Baş nazir jurnalistlərə açıqlamasında TRIPP-in yaradılmasının ABŞ personalının tranzit dəhlizinin istismarında və təhlükəsizliyinin təmin edilməsində fəal olmasına imkan verən 99 illik icarəni nəzərdə tutacağına dair xəbərləri də təkzib edib.
Yeri gəlmişkən, Erməni Apostol Kilsəsinin (EAK) yaydığı bəyanatda baş nazir Nikol Paşinyan hökuməti oktyabrın 15-də kilsə mülkiyyətində axtarış aparıldıqdan və Araqatsotn yeparxiyasında yepiskop Mkrtiç Proşyan da daxil olmaqla, 12 ruhani və kilsə işçisinin saxlanmasından sonra “kilsə əleyhinə sistemli kampaniya” aparmaqda ittiham olunur.
Bəyanatda deyilir: “Bu cür hərəkətlər kilsənin normal fəaliyyətini pozmaq, nüfuzunu sarsıtmaq, ruhanilər, möminlər və daha geniş ictimaiyyət arasında qorxu və narahatlıq mühiti yaymaq kimi qərəzli niyyəti açıq şəkildə nümayiş etdirir”.
İstintaq Komitəsinin yaydığı xəbərdə deyilir ki, axtarışlar “insanları toplantılarda iştiraka məcbur etmək, seçki hüquqlarının həyata keçirilməsinə mane olmaq və etibar edilmiş əmlakı külli miqdarda mənimsəmək” də daxil olmaqla, şübhəli cinayət fəaliyyəti ilə bağlı ilkin istintaqla bağlı olub.
Paşinyan aylardır ki, EAK rəhbərliyi ilə şiddətli ədavətdə ilişib qalıb, bu mübahisənin kökü kilsənin hökumətin islahat proqramına qarşı çıxmasından qaynaqlanır.
Azərbaycan 2030-cu ilə qədər müdafiə xərclərini təxminən 9 faiz azaltmağı planlaşdırır. Bakının 2026-cı maliyyə ili ərzində müdafiəyə təxminən 5,12 milyard dollar xərcləyəcəyi proqnozlaşdırılır.
Xərclər 2030-cu ilə qədər təxminən 4,7 milyard dollara qədər azalacaq. Hazırda müdafiə xərcləri Azərbaycanın ümumi dövlət büdcəsinin təxminən 21 faizini təşkil edir. Faizin beş il ərzində 18,4 faizə düşəcəyi gözlənilir.
Xəzərin o tayında...
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin irəli sürdüyü plan əsasında Konstitusiyaya genişmiqyaslı dəyişikliklər etmək nəzərdə tutulur.
O bildirib ki, Əsas Qanunu özünün sentyabrın 8-də xalqa müraciətində qeyd etdiyi islahat baxışına uyğunlaşdırmaq məqsədi ilə 40-a yaxın düzəliş olacaq. Tokayev konstitusiya dəyişiklikləri ilə yanaşı, faktiki olaraq mövcud Senatın ləğvi mənasını verən birpalatalı qanunvericilik orqanının qəbul edilməsinə çalışır.
Oktyabrın 14-də parlamentin islahat üzrə işçi qrupunun ilk iclasında çıxış edən Tokayev deyib: "Aydındır ki, bütün bu işlərin hamısını bir anda yerinə yetirmək mümkün deyil. Diqqətli hazırlıq tələb olunur".
Qırğızıstanda isə “Böyük Qardaş” möhkəmlənməkdədir. Prezidentin sözçüsü Dayirbek Orunbekov bildirib ki, son üç il ərzində ölkənin şəhər və qəsəbələrində sifətin tanınması qabiliyyətinə malik 2000-dən çox müşahidə kamerası quraşdırılıb.
O əlavə edib ki, hökumət sonda 20 min müşahidə kamerasını işə salmağı planlaşdırır.
Orunbekov bu təşəbbüsü cinayətə qarşı tədbir kimi qiymətləndirib, lakin bu cür texnologiya asanlıqla bütün formalarda siyasi narazılığı izləmək və əzmək üçün istifadə edilə bilər.
Brifinq zamanı Orunbekov cinayətkarlara xəbərdarlıq edib ki, hərəkətə keçməzdən əvvəl iki dəfə düşünsünlər. “Həbsdən qaça biləcəyinizi düşünməyin... qaçmaq şansınız yoxdur”.
Tacikistan və Özbəkistan bəzi informasiya sistemlərinin inteqrasiyasında maraqlıdır. Tacikistan Rəqəmsal Texnologiyalar Agentliyinin rəhbəri Xurşed Mirzo oktyabrın 15-də Düşənbədə Özbəkistanın Rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov ilə görüşüb.
Daşkənddə yerləşən “IT Park Uzbekistan” tərəfindən verilən açıqlamaya görə, onlar “təhlükəsiz məlumat mübadiləsini” təmin etmək üçün gömrük rəsmiləşdirilməsi və digər birgə sistemlər üçün məlumat mübadiləsi bazasının yaradılmasını araşdırmaq barədə razılığa gəliblər.
Tərəflər həmçinin “birgə layihələrin həyata keçirilməsi və rəqəmsal ekosistemlərin uyğunlaşdırılması” imkanlarını araşdırmaq fikrində də uzlaşıblar.
Türkmənistan Çindən Avropaya ticarəti asanlaşdıran yeni Orta Dəhliz ticarət marşrutunda iştirak edir. Birləşdirilmiş multimodal, quru-dəmir və dəniz marşrutu Çinin qərbindəki Kaşqar şəhərindən başlayır. Mallar əvvəlcə yük maşınları ilə Qırğızıstan sərhədindən Oşa aparılır, daha sonra Türkmənistanın Türkmənbaşı limanına çatmazdan əvvəl Qırğızıstan və Özbəkistan ərazisindən keçərək qatarlara yüklənir. Oradan mallar Xəzərdən keçərək Azərbaycana göndərilir. İlk yük oktyabrın 15-də Kaşqardan yola düşüb və oktyabrın 24-də Türkmənbaşıya çatması gözlənilir.
Daha vacib məsələ…
Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmiləri iğtişaş baş vermiş muxtar bölgədə sabitlik yaratmaq üçün Qaraqalpaqstandan sürgün edilmiş fəallarla işə cəlb olunub. Oktyabrın 14-də Varşavada hökumət rəsmiləri ilə muxtar vilayətin Daşkənddən tam ayrılması ideyasını müdafiə edən “Alqa Qaraqalpaqstan”ın lideri Amanbay Sagidullaev də daxil olmaqla, qaraqalpaq fəalları arasında qapalı görüş keçirilib.
“Asia Terra” xəbər agentliyinin məlumatına görə, görüşdə müşahidəçi qismində ATƏT-in nümayəndələri də iştirak edib. Ən azı bir görüş iştirakçısı ümid etdiyini bildirib ki, fikir mübadiləsi siyasi dialoqun başlanmasından xəbər verir.
Özbəkistanın təhlükəsizlik qüvvələri 2022-ci ilin iyulunda regionun mərkəzi Nukusda keçirilən suverenlik etirazlarının zorakılığa çevrilməsindən bəri Qaraqalpaqıstanda güclü təhlükəsizlik varlığını qoruyub. Müstəqillik təşviqatçılarının cinayət təqibləri o vaxtdan bəri davam edir, ən son həbs cəzaları avqust ayında verilib.
Hökumətin “yaşıl” enerjinin inkişafını təşviq etmək planları rəsmiləri qaraqalpaq fəalları ilə həll yolu axtarmağa həvəsləndirən amil ola bilər; Hazırlanmaqda olan əsas layihələrdən biri Qaraqalpaqıstanda ildə 1500 Meqavat elektrik enerjisi istehsal edə bilən nəhəng külək parkının yaradılmasını nəzərdə tutur.
Y. QACAR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri