Icma.az
close
up
RU
Qafqazdan Yaxın Şərqə uzanan enerji təhlükəsizliyi marşrutu

Qafqazdan Yaxın Şərqə uzanan enerji təhlükəsizliyi marşrutu

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan özünün zəngin enerji resursları və uzaqgörən siyasəti ilə dünya enerji xəritəsində mühüm rol oynayır. Son illərdə enerji diplomatiyası sahəsində mühüm uğurlara imza atan ölkəmiz bu il avqustun 2-də daha bir önəmli layihəyə start verib, Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanıb. Cari ilin aprelin 11-də Antalyada və iyulun 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında keçirilən görüşlərdə bu istiqamətdə əldə olunan razılaşmalar regionda mühüm enerji əməkdaşlığının bünövrəsini qoyub.

Bu layihə yalnız iqtisadi yox, eyni zamanda, siyasi və humanitar əhəmiyyət daşıyır. Enerji sahəsində qlobal proseslərin getdikcə mürəkkəbləşdiyi, enerji resurslarına çıxışın bir sıra ölkələr üçün çətinləşdiyi bir zamanda Azərbaycanın bu təşəbbüsü Suriyanın enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, onun bərpa və inkişaf proseslərini də dəstəkləyir.

Müharibədən əziyyət çəkmiş Suriyanın yenidən qurulması üçün enerji təchizatı mühüm amildir. Elektrik enerjisinin bərpası, sənaye və kənd təsərrüfatı istehsalının canlandırılması, xəstəxana və digər sosial obyektlərin fasiləsiz fəaliyyətinin gerçəkləşdirilməsi məhz davamlı və etibarlı qaz təchizatından asılıdır. Bu kontekstdə Azərbaycanın qaz ixracı Suriyaya təkcə enerji deyil, həm də sülh, sabitlik və rifah gətirəcək bir mesaj kimi qiymətləndirilə bilər. Bu təşəbbüs, eyni zamanda, Azərbaycanın regionda barış və inkişaf siyasətinin davamı kimi çıxış edir.

Layihənin uğurla icrasında əsas rol oynayan tərəflərdən biri, şübhəsiz ki, Türkiyədir. Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri bu mühüm enerji layihəsinin sürətlə reallaşmasına münbit zəmin yaradıb. Türkiyə yalnız tranzit ölkə funksiyasını yerinə yetirməklə kifayətlənmir, eyni zamanda, Suriyanın bərpası istiqamətində Azərbaycanın göstərdiyi təşəbbüsləri dəstəkləyir. Bu baxımdan iki qardaş ölkə arasında qarşılıqlı etimad və koordinasiya regional sabitliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm amildir.

Qeyd edilməlidir ki, Azərbaycanın bu təşəbbüsü beynəlxalq səviyyədə də müsbət qarşılanır. Qaz ixracı layihəsi həm regional əməkdaşlıq modelinin nümunəsi kimi dəyərləndirilir, həm də münaqişə və qeyri-sabitlik şəraitində olan ölkələrin bərpasına töhfə verməyin səmərəli yollarından biri kimi diqqətə çatdırılır. Azərbaycanın həyata keçirdiyi bu siyasət özündə humanitar məram və enerji diplomatiyasını uğurla birləşdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin qlobal çağırışlar fonunda həyata keçirdiyi belə dəyərli təşəbbüslər ölkəmizin məsuliyyətli və praqmatik bir enerji aktoru olduğunu bir daha təsdiqləyir. Dövlətimizin başçısının Antalyada və Bakıda keçirdiyi yüksək səviyyəli görüşlər, bu strateji layihənin siyasi əsaslarını möhkəmləndirməklə yanaşı, onun davamlı və etibarlı icrasına zəmin yaradıb.

Layihənin texniki icrası da yüksək səviyyədə təşkil olunub. TANAP və digər mövcud infrastruktur vasitəsilə Azərbaycan qazı Türkiyə ərazisindən Suriyanın şimalına çatdırılır. Türkiyə bu prosesdə həm logistik, həm də texniki dəstək göstərərək regional enerji təhlükəsizliyinə mühüm töhfə verir. Azərbaycan isə müasir texnologiyalardan və peşəkar resurslardan istifadə etməklə qazın fasiləsiz və dayanıqlı şəkildə ötürülməsini gerçəkləşdirir.

Suriyanın enerji sisteminin bərpası istiqamətində həyata keçirilən bu layihə gələcəkdə daha genişmiqyaslı əməkdaşlıq imkanları da vəd edir. Azərbaycanın Suriyada enerji infrastrukturu, elektrik stansiyaları və digər texniki obyektlərin bərpasında iştirak etməsi də istisna deyil. Bu isə təkcə enerji təminatını deyil, həm də sosial və iqtisadi canlanmanı reallaşdıracaq bir addımdır.

Azərbaycan və Türkiyənin Suriyanın bərpası prosesində ortaq mövqedən çıxış etməsi regional həmrəylik və sülh təşəbbüslərinin real nəticələr verdiyini göstərir. Bu əməkdaşlıq modeli, eyni zamanda, münaqişədən çıxmış və bərpa mərhələsində olan ölkələrin inkişafına dəstək göstərmək baxımından nümunə ola bilər,

Onu da qeyd edək ki, Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya ixracı bir neçə strateji məqsədi həyata keçirir: regionda enerji təhlükəsizliyini möhkəmləndirir, Suriyanın bərpasına dəstək verir, Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlığı dərinləşdirir və bölgədə sabitlik, əməkdaşlıq və tərəqqiyə yönələn yeni bir səhifə açır. Bu, Azərbaycanın yalnız enerji istehsalçısı və ixracatçısı deyil, həm də sülh, inkişaf və humanitar dəyərlərin daşıyıcısı olduğunu bir daha sübut edir.

Burada bir məqamı da xüsusi vurğulamaq istərdik. Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı keçirilən mərasimdə iştirak edən Azərbaycanın iqtisadiyyat naziri, Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sözlərinə görə, ölkəmizin “mavi yanacağ”ının Türkiyə ərazisi ilə Suriyaya nəql olunması respublikamızın enerji ixracı tarixində mühüm mərhələdir. Eyni zamanda, bu qaz ixracı ilə Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsası qoyulur. Azərbaycan qazının ixrac olunduğu ölkələrin sayının 14-ə çatdığını söyləyən nazir bildirib ki, Azərbaycan Dövlət Neft Şirkətinin planları daha böyükdür və hazırda adı çəkilən şirkət xaricdə qaz hasilatı layihələrində paylar əldə edərək sözügedən quruma məxsus “mavi yanacağ”ı yeni istehlakçı ölkələrə çatdırmağı planlaşdırır.

Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri Azərbaycanın həyata keçirdiyi strateji enerji layihələrindən bəhs edərək, bu təşəbbüslərin ölkəmizin regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rola malik olduğunu da bildirib. Nazir qeyd edib ki, Türkiyə – Suriya Təbii Qaz Boru Xəttinin açılışı ilə Azərbaycandan Suriyaya qaz nəqlinin başlanması ölkəmizin etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirir. Bu layihə, eyni zamanda, respublikamızın qaz ixracı coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə mühüm töhfələr verəcəyini şərtləndirir.

Eyyub KƏRİMLİ,
İqtisadçı-ekspert

Azərbaycan – Suriya qaz ixracının iqtisadi və regional əhəmiyyəti böyükdür. Bu bir sıra mühüm göstəricilərdə də öz ifadəsini tapır. Belə ki, 2025-ci ilin yanvar‑iyul aylarında Azərbaycanın ümumi təbii qaz ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azalaraq 12,1 milyard kubmetr təşkil edib. Bu ixracın 50 faiz (6,1 milyard kubmetr Avropaya, 41 faiz (4,9 kubmetr Türkiyəyə, 9 faiz (1,1 milyard kubmetr) Gürcüstana yönəlib. 2024-cü ildə isə Avropaya 6,4 milyard kubmetr, Türkiyəyə 5 milyard kubmetr və Gürcüstana 1,3 milyard kubmetr qaz ixrac edilib. Bu rəqəmlər göstərir ki, Azərbaycan Avropa və Türkiyədən savayı yeni bazarlara – Yaxın Şərqə doğru ixrac coğrafiyasını genişləndirməsi strateji iqtisadi addımdır.

Qeyd edim ki, bu il avqustun 1-dən etibarən Azərbaycan qazı Türkiyədə Kilis – Hələb kəməri vasitəsilə Suriyaya çatdırılacaq. İlk mərhələdə illik 1,2 milyard kubmetr qaz ixracı planlaşdırılır. Turkiyə Enerji Nazirliyinin açıqlamasına görə, layihə çərçivəsində Azərbaycandan Türkiyəyə yönəldilən “mavi yanacağ”ın illik tədarükü 2 milyard kubmetrə qədər genişləndirilə bilər. İlkin tədarük olan 6 milyon kubmetr qaz, təxminən, 1,200 MW elektrik enerjisi istehsalına imkan verəcək. Bu da Suriyada gündəlik elektrik saatlarının həcmini hal‑hazırkı 3‑4 saatdan 10 saata qədər artıracaq.

Hesablamalara əsasən, 2024-cü ildə Azərbaycan təbii qaz ixracı rekord səviyyəyə çataraq 25,3 milyard kubmetr (2023-cü ilə nisbətən 23,9 milyard kubmetrdən çox) olmuşdur. 2024-cü il ərzində yalnız Türkiyəyə qaz tədarükü 11,48 milyard kubmetr (2023‑lə müqayisədə 11,9 faiz çox) təşkil etmişdir. 2023-cü ilin yanvar – noyabr aylarında Türkiyəyə ixrac isə 9,295 milyard kubmetr (əvvəlki ilə nisbətən 17,4 faiz çox) olmuşdur.

Beləliklə, Suriya üçün nəzərdə tutulmuş layihə yalnız iqtisadi maraq məqsədlə deyil, həm də humanitar və bərpa məsələlərinə dəstək baxımından strateji addımdır. Bu layihənin ticari gəliri mövcud dövrdə aşağı ola bilər, çünki Suriyaya satışın tarifləri ehtimal ki, ucuzlaşdırılmış və hökumət subsidiyalı şərtlərlə həyata keçirilir. Bununla belə bu əməkdaşlıq Azərbaycanın regionda etibarlı və məsuliyyətli enerji tərəfdaşı kimi imicini möhkəmləndirir və Türkiyənin tranzit və regional enerji mərkəzi kimi rolu da güclənir.

İlkin mərhələdə illik 1,2 milyard kubmetr qaz ixracı Azərbaycan üçün əməliyyat gəlirlərinin əlavə mənbəyi olmaqla yanaşı, Suriya üçün həyati əhəmiyyət kəsb edir. Layihə geniş perspektivdə ildə 2 milyard kubmetrə arta bilər və birgə elektrik təminatı (1,000‑1,200 MW) vasitəsilə müharibədən zərər çəkən bir ölkənin enerji infrastrukturunun bərpasına ciddi töhfə verməyi şərtləndirər. Bu əməkdaşlıq, eyni zamanda, Azərbaycanın iqtisadi diversifikasiyasını, coğrafi portfelini və geosiyasi nüfuzunu artırır, sadəcə enerji ixracatçısı olmaqla kifayətlənməyərək regionun bərpa prosesində fəal rol oynayan tərəfdaş kimi tanınmasını gerçəkləşdirir.

V.BİNYƏTOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Avqust 2025 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri