Icma.az
close
up
RU
Qafqazı qarışdıran müharibə mesajı Bakı və İrəvan hədəf göstərildi

Qafqazı qarışdıran müharibə mesajı Bakı və İrəvan hədəf göstərildi

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Dövlət katibi Mark Rubionun Suriya və Cənubi Qafqazla bağlı son açıqlamaları narahatlıq doğurub. Rubio Azərbaycan və Ermənistan arasında münaqişə riskinin qaldığını bildirib. O, Ağ Evin diqqətinin sülhün təmin edilməsinə yönəldiyini və toqquşmanın qarşısını almağa çalışdığını deyib.

Vaşinqton rəsmisi həmçinin Suriyada vətəndaş müharibəsi ehtimalının proqnozlaşdırıldığını və yaxın həftələr ərzində hazırkı hökumətin süquta uğrayacağını söyləyib.

Son zamanlarda yeni ABŞ hökuməti ilə Bakı arasındakı münasibətlərdə müşahidə olunan müsbət dinamika fonunda bu bəyanat xüsusi diqqət çəkir.

Vaşinqton rəsmisinin açıqlaması diplomatik xəbərdarlıq xarakteri daşıyır, yoxsa real məlumatlara əsaslanır? Vaşinqton Cənubi Qafqaz masasında vasitəçilik üçün cəhd göstərə bilərmi?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, ABŞ dövlət katibi Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələri zamanı Suriyada hərtərəfli vətəndaş müharibəsinin bir neçə aya deyil, bir neçə həftəyə ola biləcəyini açıqlayıb və keçid administrasiyasına dəstək verməyə çağırıb:

“Fikrimcə, zamanlama təsadüfi seçilməyib. ABŞ Prezidenti Donald Tramp mayın 13-də Səudiyyə Ərəbistanına səfəri zamanı Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarına gəldiyini elan etdi. Tramp mayın 14-də Suriyanın keçid hökumətinin prezidenti Əhməd əş-Şara ilə üz-üzə görüşüb. O, Şaraanın parçalanmış Suriyanı yenidən qurmaq şansının olduğunu deyib. Beləliklə Rubionun Senatı razı salmaq üçün ifrat nümunələrdən istifadə etdiyini görə bilirik. Bu, məşhur yazıçı Franz Kafkanın deyimini xatırlatmış olur: “Şişirdirəm ki, izah edə bilim”.

Görünür, Konqresə ABŞ və BMT tərəfindən hələ də terrorçular siyahısına salınan Şaraanın Trampla görüşünə haqq qazandırmaq, hətta sanksiyaları ləğv etməklə onu gücləndirmək üçün addımlar atmaq lazımdır. Vəziyyətlə bağlı Ağ Evin “Vətəndaş müharibəsi” qiymətləndirməsi sanksiyaların ləğvi və birbaşa Suriya administrasiyası ilə məşğul olmaq qərarı verilməmişdən əvvəl razılaşdırılıb”.


Züriyə Qarayeva

ABŞ Bəşər Əsəd rejimi dövründə 13 illik vətəndaş müharibəsi zamanı Suriyaya qarşı sanksiyalar tətbiq edib:

“Daxili münaqişədə 600 mindən çox insan həlak olub, 12 milyon insan öz yurd-yuvasından didərgin düşüb. ABŞ Dövlət Departamenti dini və etnik azlıqların müdafiəsi də daxil olmaqla, sanksiyaların aradan qaldırılması əvəzində müəyyən şərtlərin yerinə yetirilməsini istəyirdi. Suriyadakı keçid administrasiyasının lideri Əhməd əş-Şaraanın bu məsələ ilə bağlı verdiyi vədlərə baxmayaraq, ölkədə son vaxtlar çoxlu insan tələfatına səbəb olan məzhəb qarşıdurmaları yaşanıb.

Rubionun çıxışında mesajını verdiyi gərginlik təhlükəsi həm də bizim coğrafiya ilə bağlı diqqətə çatdırılıb. O, Azərbaycanla Ermənistan arasında real münaqişə təhlükəsinin olduğunu deyib. Vaşinqton rəsmisi bu bəyanatla Konqresdəki erməni lobbisinin təsiri altında olan vəkillərə sələflərinin səhvlərini təkrarlamamaq mesajını verib. “Biz bu münaqişənin qarşısını almağa çalışırıq” deməklə isə regionda sülhün və sabitliyin əldə olunmasının onların əsas vəzifəsi olduğunu diqqətə çatdırmağa çalışıb”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 May 2025 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri