Icma.az
close
up
RU
Tramp Zəngəzura görə hədəf alındı Bakı və İrəvan bacarmayacaq!

Tramp Zəngəzura görə hədəf alındı Bakı və İrəvan bacarmayacaq!

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarovun açıqlaması narazılıq doğurub. Moskva rəsmisi ABŞ Prezidenti Donald Trampın Zəngəzur siyasətini həyata keçirməsinin mümkün olmayacağını söyləyib.

Cabarov həmçinin Rusiyanın iştirakı olmadan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmayacağını bildirib.

Kreml bu bəyanatla regiona hansı mesajı ötürür?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Vladimir Cabarov məlum açıqlamasında təkcə Zəngəzur dəhlizi ilə bağlı deyil, eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinə dair də fikirlər səsləndirib:

“O, Azərbaycanın hazırkı kursundan asılı olmayaraq gənc dövlət olduğunu bildirib. Həmçinin Moskvanın hər qeyri-dost addıma reaksiya verməsinin yaxşı nəticələnməyəcəyini söyləyib. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini faktiki olaraq Azərbaycanın davranışlarını qeyri-dost addım kimi qiymətləndirir və iki ölkə arasındakı gərginliyə görə Bakını günahkar hesab edir.

Cabarov daha sonra bir qədər də irəli gedərək, Rusiyanın Azərbaycanı Asiyanın dərinliklərində harasa “ötürə” bilməyəcəyini bəyan edir. Bununla da demək istəyir ki, Bakının müstəqil xarici siyasi kurs həyata keçirməsi Moskva üçün məqbul deyil. Rusiyanın iştirakı olmadan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşa bilməyəcəyi və ya Zəngəzurla bağlı razılaşmaların icrasının mümkün olmayacağına dair verilən bəyanatlar da, əslində həm Bakıya, həm də İrəvana yönəlmiş təhdid kimi qiymətləndirilə bilər.

Bütün bunlar Rusiyanın Cənubi Qafqaz siyasətində heç bir dəyişikliyin olmadığını və Moskvanın hələ də özünü regionun ağası hesab etdiyini göstərir. Rusiya təzyiq və təhdid yolu ilə itirdiyi mövqeləri bərpa etməyə çalışır. Lakin bütün bu cəhdlər uğursuzdur”.


Rəşad Bayramov

Politoloq əlavə edib ki, Azərbaycan olaraq artıq bizimlə təhdid dili ilə danışmağın heç bir faydasının olmadığını dünyaya sübut emişik:

“Biz təzyiqlərə rəğmən milli maraqlarımızdan imtina etməyəcəyik. Digər tərəfdən, Rusiyanın Azərbaycana təzyiq göstərmək üçün real təsir imkanları da mövcud deyil. Görünür, avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalardan sonra Rusiyanın hətta iqtisadi və təhlükəsizlik baxımından özündən asılı vəziyyətdə olan Ermənistana belə ciddi təsir imkanları yoxdur.

Təbii ki, Moskva öz maraqlarını təmin etmək və itirdiyi mövqeləri geri qazanmaq üçün İrəvana maksimum təzyiq siyasətini davam etdirəcək. Qarşıdakı parlament seçkilərində “beşinci kolonu” vasitəsilə, eləcə də iqtisadi təzyiq rıçaqlarını işə salmaqla nəyəsə nail olmağa çalışacaq. Lakin bütün bu cəhdlərin indiki şəraitdə hansısa ciddi dəyişikliyə səbəb olması inandırıcı görünmür. Rusiyanın Moldovadakı uğursuzluğunu Ermənistanda da yaşamaq ehtimalı kifayət qədər yüksəkdir”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri