Qafqazın ən hündür nöqtəsində alpinist şəhərciyi tikiləcək
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
2026-cı ilə qədər Elbrus dağında (Kabardin-Balkar Respublikası, Rusiya) alpinist şəhərciyi salınacaq.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Qafqaz İnvestisiya Forumu çərçivəsində "Kavkaz.RF" inkişaf institutunun nümayəndələri bildiriblər.
"Elbrusa dırmanmaq istəyənlərin hamısı bu yaşayış yerlərində qalacaqlar və son təyinat yeri "Priyut 11" tarixi hoteli olacaq", - "Kavkaz.RF" İnkişaf İnstitutunun baş direktorunun müavini Xisa Bekkayev bildirib.
O qeyd edib ki, alpinistlər üçün şəhərcik "Priyut 11" hotelinin altında tikiləcək. Layihənin 2026-cı ildə həyata keçirilməsi planlaşdırılır. Şəhərcik 68 yaşayış yeri olan 19 moduldan ibarət olacaq.
Qeyd edək ki, 5642 metr hündürlüyə malik Elbrus dağı Qafqaz və Rusiyanın ən hündür nöqtəsi sayılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 25 May 2025 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















