Qafqazın və regionun ilk süni intellekt əsaslı film festivalı “AİAZ”
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 19 noyabr, Gülay Nəzərova, AZƏRTAC
“AİAZ” Film Festivalı Qafqazın və regionun ilk süni intellekt əsaslı film festivalıdır. Kino ilə texnologiyanın unikal sintezini təqdim edən bu platforma yaradıcı şəxsləri və innovativ texnologiyaları bir araya gətirərək gələcəyin kino təcrübələrini nümayiş etdirir. İnanıram ki, 5 il sonra A kateqoriyalı film festivallarına süni intellekt kateqoriyası əlavə ediləndə əsas mükafatı azərbaycanlı rejissor qazanacaq. Ölkədə bu istiqamətə maraq həddindən artıq çoxdur. Digər ölkələrlə müqayisədə bizim süni intellekt tərtibatçılarının işləri seçilir və zövqlə tərtib olunduğu görünür.
Bunu AZƏRTAC-a açıqlamasında “AİAZ” Film Festivalının təsisçisi Murad Şükürlü deyib.
O bildirib ki, yeni formalaşmağa başlayan bu sahəyə tez adaptasiya olunsa, dünya üzrə ən yaxşı mütəxəssisləri yetişdirmək mümkündür: “Düşünürəm ki, “AİAZ” Film Festivalı bu işdə lokomotiv rolunu oynayaraq marağı olan şəxsləri yönləndirməkdə dəstək olacaq. Festival iştirakçıları həm digər ölkələrdən gələn işlərlə tanış oldular, həm də yerli müəlliflərin istifadə etdiyi üsul və texnikalar barədə məlumatlanaraq təcrübə mübadiləsi apardılar”.
Murad Şükürlü qeyd edib ki, festivala maraq böyük olub və gələn qonaqların əksəriyyəti növbəti il iştirakçı kimi qatılmaq istədiklərini bildiriblər. Festival çərçivəsində keçirilən panel müzakirə və ustad dərsləri buna yaxşı fürsət yaradıb.
“Biz bu festivalla kifayətlənmirik. Sahənin qısa müddətdə təkmilləşməsi üçün şəbəkələşmənin əhəmiyyətini anlayırıq. Bu məqsədlə süni intellekt tərtibatçılarının bir araya gəldiyi, təcrübələrini paylaşdığı və təlim kurslarda iştirak etdiyi “ASİS” (Azərbaycan Süni İntellekt Sənətçiləri) platformasını yaradaraq sahə üzrə mütəxəssislərin yetişmə prosesini sürətləndirməyi hədəfləyirik”, - deyə festivalın təsisçisi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 19 Noyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















