Qafqazşünaslıq İnstitutunda bu il 18 iş üzrə tədqiqat aparılıb AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 29 dekabr, AZƏRTAC
AMEA Qafqazşünaslıq İnstitutu tərəfindən bu il Qafqaz dövlətlərinin daxili vəziyyəti”, “Qafqaz dövlətləri arasında münasibətlər və xarici ölkələrin region siyasəti”, “Qafqaz tarixi” adlı 3 elmi istiqamət, 4 problem, 5 mövzuya dair 18 iş üzrə tədqiqat aparılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrinin 2024-cü il üzrə illik hesabatlara həsr olunmuş iclasında müəssisənin direktoru vəzifəsini icra edən, siyasi elmlər doktoru Ramilə Dadaşova məlumat verib.
Ramilə Dadoşova elmi-tədqiqat müəssisəsində 3 mühüm nəticənin əldə edildiyini diqqətə çatdırıb. Bildirib ki, “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003-2024)” kitabı, “Heydər Əliyev: Azərbaycan - Türkiyə münasibətlərinə konseptual baxış” və “Azərbaycan Respublikası-Gürcüstan münasibətləri” monoqrafiyalar institutun 2024-cü il üzrə ən mühüm uğurlarındandır.
O, bu il institut əməkdaşlarının 170 əsərinin işıq üzü gördüyünü qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 29 Dekabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















